Dünya Azərbaycanlı Alimlər Birliyi elmi biliklərin inkişaf etdirilməsi, innovasiyaların təşviqi, Azərbaycanda və dünya çapında fərq yarada biləcək alimlərin, mühəndislərin, incəsənət xadimlərinin, səhiyyə işçilərinin yetişdirilməsinə yönəlmiş fəaliyyətində mükəmməlliyi ilə tanınan beynəlxalq bir qurum olmaq niyyətindədir. Biz Azərbaycanın dünya miqyasında zəngin və dərin tarixə malik, bəşəriyyət üçün firavan və dinc gələcək yaratmaq uğrunda böyük sərmayə yatırmış sülhsevər bir dövlət kimi tanınması və qəbul edilməsini istəyirik. Dünya Azərbaycanın qlobal arenada iştirakından faydalanacaq və öz növbəsində Azərbaycan da beynəlxalq təcrübədən yararlanaraq gələcək nəsillər üçün daha güclü dövlət qurmağa davam edəcək.