İstanbul Təsis Toplantısı

İstanbul toplantısı, 9 dekabr 2022
9 dekabr 2022-ci il tarixində İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlər Birliyinin təsis toplantısı keçirildi (Məqalə)
İstanbul Təsis Toplantısı — YouTube

Video Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmışdır.

Görüşdə dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı elm xadimləri ilə yanaşı DİDK, TKTA, TADF və Türkiyə EA-nın nümayəndələri də iştirak etdilər:

Ad, Soyad Vəzifə
Ahmet Cevat Acar Türkiyə EA İH üzvü, İstanbul Sabahattin Zaim Universitetinin rektoru
Cahid Kazımov DİDK sədrinin müşaviri
Emin Rüstəmov Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin gənclər sektorunun müdiri
Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Pərviz Məmmədzadə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini
Rüfət Sarabin DİDK aparıcı məsləhətçisi
Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri
Vəsilə Zeynalova Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri
Xıdır Kazımov Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri

Görüşdə iştirak etmiş Azərbaycanlı elm xadimləri

Ad, Soyad & Yaşadığı Ölkə
Akif Alaferdov
Qırğızıstan
Aqşin Əliyev
Çin
Arzu Qurbanova
Qazaxıstan
Bəxtiyar Siracov
Avstriya
Əli Əsgərov
ABŞ
Əmirullah Mehmetov
Türkiyə
Əsgər Ələkbərov
Oman
Feridun Hamdullahpur
Kanada
Heydər İmanov
Rusiya
Mahmud Hacıxəlilov
Gürcüstan
Mehdi İsmayılov
Türkiyə
Məsud Əfəndiyev
Almaniya
Mübariz Qarayev
S. Ərəbistanı
Niyazi Niyazov
Rusiya
Ramin Sadık
Türkiyə
Rövşən İbrahimov
Koreya
Səadət Kərimi
İsveç
Seymur Nəsirov
Misir
Teymur Rzayev
Türkiyə
Toğrul İsmayıl
Türkiyə
Vüqar İmanbəyli
Türkiyə
Xaqani Qayıblı
Estoniya
Xəlil Kələntər
Yaponiya
Zaur Sadıqbəyli
Fransa

Əsas Hədəflər

İştirakçılar qruplara bölünərək müzakirələr apardılar

Təklif Edilmiş Strateji Addımlar

  1. Regional qrupların yaradılması: Avropa, Türkiyə, Ərəb ölkələri və Afrika, Rusiya, Mərkəzi Asiya, Uzaq Şərq, Amerika, Avstraliya və digər regionlar üzrə alimlərdən ibarət qruplar formalaşdırılsın. Hər bir qrupun üzvləri və rəhbərləri təyin edilsin
  2. Strukturun müəyyənləşdirilməsi: Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) idarəetmə və fəaliyyət strukturu formalaşdırılsın
  3. Vahid elmi şəbəkənin yaradılması: Alimlər arasında qlobal əməkdaşlığı gücləndirmək üçün vahid platforma və şəbəkə qurulsun
  4. Strateji yol xəritəsi: Qısa, orta və uzunmüddətli fəaliyyət planları hazırlanaraq icra edilsin
  5. Rəqəmsal təhlükəsizlik: Sosial şəbəkələrdə rəsmi hesablar açılsın, eyni zamanda kənar müdaxilələrin qarşısını almaq üçün maksimum təhlükəsizlik tədbirləri görülsün
  6. Elmi informasiya bazasının yaradılması: Alimlərin elmi məqalələrini, kitablarını və tədqiqatlarını özündə cəmləşdirən geniş bir elmi məlumat bazası formalaşdırılsın
  7. Elmi jurnalın nəşri: İldə dörd dəfə olmaqla beynəlxalq səviyyədə elmi jurnal dərc edilsin. Xaricdə elmi məqalələri çap olunan alimlərin yazılarının da bu jurnalda yayımlanması təmin edilsin
  8. Gənc alimlər üçün mentorluq proqramı: Elmi tədqiqatla məşğul olan gənc alimlər üçün həm Azərbaycandan, həm də xarici ölkələrdən elmi rəhbərlərin təyin olunmasına dəstək verilsin
  9. İlk Forumun təşkili: DAAB-ın birinci forumu 2023-cü ildə Bakı və ya Ağdamda keçirilsin və müxtəlif elmi dairələrdən müvafiq şəxslərin iştirakı təmin edilsin
  10. Rəqəmsal infrastruktur: DAAB-ın rəsmi veb saytı və mobil tətbiqi yaradılsın
  11. Strateji layihələrin dəstəklənməsi: Ekoloji mühit, "ağıllı şəhər" və bu tip digər innovativ layihələrə dəstək verilsin
  12. Gənc tədqiqatçıların inkişafı: Gənc alimlərin inkişafına yönəlmiş proqramlar həyata keçirilsin və "Qarabağ" və "Şuşa" adları ilə xüsusi təqaüdlər təsis edilsin
  13. Azərbaycan alimlərinin AMEA üzvlüyü: Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) üzvlüyü məsələsi nəzərdən keçirilsin
  14. Beynəlxalq elmi araşdırmalar: Alimlər tərəfindən yaşadıqları ölkələrin xüsusiyyətlərinə uyğun tədqiqatlar aparılsın, eyni zamanda arxivlərdə araşdırmaların təşkili təmin edilsin
  15. Dil biliklərinin inkişafı: Alimlərin yaşadıqları ölkələrin dilini bilməsi üçün mütəxəssis hazırlığına dəstək verilsin
  16. Alimlərin tanıdılması: Xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin çalışdıqları ölkələrdə elmi və ictimaiyyət arasında daha geniş tanıdılması üçün təşviq işləri aparılsın
  17. İş dünyası ilə əməkdaşlıq: Xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamları bu proseslərə cəlb edilsin və elmi layihələrin maliyyələşdirilməsində onların iştirakı təşviq edilsin

Alınmış Qərarlar