Eldar Ahadov
Poetic epics and legends

Poetic epics and legends

Illustration for "Poetic epics and legends"

Poetic epics and legends

The Azerbaijan epic — Khari Bulbul

1

Orda al günəşə salaraq pərdə

Əlçim buludlardan naxış cızılmış,

Yenisey suları baş alan yerdə

Kitabələr yatır türkcə yazılmış.

Bəlkə bu yerlərdə oğuz elini

İlk ozan- şüarlar sözlə oxşayıb,

Mizrabla döyərək qopuz telini,

Sibir küləyilə mahnılar yayıb.

Dənizdən- dənizə geniş diyarda,

Türkün Xaqanlığı yenilməz idi,

O sonsuz çöllərdə, o səhralarda

Oğuz köhlənləri sədd bilməz idi.

Aşin ilə Sibir-Xanın halisi,

Mənə Turan şəhərindən tanışdı,

Onlar olub bu yerlərin valisi,

Pıçıldayan otlar mənə danışdı...

Qədim Tenqridən bir cüt məğrur dağ,

İlahi simalı Altay və Sayan,

Uzaqdan-uzağa bir doğma sayaq,

Səni seyr edirlər, Can Azərbaycan!...

Soraq ver, gəl söylə, ey Dədə-Qorqud,

Sizin hər sözünüz müdrik kəlmədi,

Nəsildən-nəsilə keçdi hər öyüd,

Nə zaman, nə tarix silə bilmədi.

Ey sülh ilə xeyir carçısı söylə,

Necə əsrlərdən bu ziya çatdı?

Müdrik Cavanşirin etdiyi səylə

Daşqurançı salnamələr yaratdı.

Vardı səkkizinci yüzildən qalan

Ziyarətdən Arazacan məmləkət,

Orda torpağı da müqəddəs olan,

Cəbrayıl-Ataya var idi hörmət.

Babək al bayrağı qaldırıb başa,

Sərkərdəlik etdi bu məğrur elə,

Xalq onun ardınca girdi savaşa,

Azəri dilində şərqilər ilə.

Zaman, tarix keçdi başqa dövrana,

Səlcid, Sələridlər oldular hakim,

Bərdəyə, Gəncəyə, Təbriz, Zəncana

Sonra Rəvvadidlər sülalə təki.

Onlar da görürdü hər şeyi, qərəz,

Ölkə sənə vətən olarsa əgər,

Xalqı qarət etmək xeyir gətirməz,

Diqqət ilə qayğı uğur gətirər.

Yaxşı xatırlayır Bağdad şəhəri,

Oğuzun dilini şirin kəlmədən,

Toğrul bəy etdiyi yürüşdən bəri,

Şərqə yayılırdı sərhəd bilmədən.

Quran surəsi tək səslənir dəniz,

Dənizlə həmahəng gilavar idi,

Vaxtilə qul olmuş məğrur Eldəniz

Arrana ən yaxşı hökmdar idi.

O da cəm eylədi bu torpaqları,

Bir ölkə yaratdı, birgə getdilər,

Və haqlı olaraq bu gen diyarı

Məğrur "El" sözüylə təmsil etdilər.

O vaxtlar öz ölməz əsərləriylə

O şair, o müdrik, dahi Nizami

Gəncədən dünyaya edib hədiyyə,

Tarixə yazdırdı məşhur "Xəmsə"ni.

Xaqani yaradıb qəsidə cəmi,

İnsan qəlblərini fəth edən zaman,

Xarüqələr yapdı memar Əcəmi,

Onunla fəxr etdi şanlı Naxçıvan.

2

Fırlanırdı dövran, keçirdi zaman,

İbrahim Dərbəndi hökmü, qərarı,

Ötən əsrlərin qovğalarından

Xilas eyləmişdi Şirvanlıları.

Oxu şair, oxu, səslənsin rübab,

Heç bir edam kəsə bilməz səsini,

Səndə "sığzr iki cahan" bu xitab,

Səninləyik İmadəddin Nəsimi!...

Xatirələr əgər olsa imdadım,

Yazardım adına bir böyük dastan,

Qara Yuluk Osman olmuş əcdadım,

Onun müttəfiqi idi Temirlan.

Sonra hakim oldu onun nəvəsi,

Zirvədən yayılan bir şölə sayaq,

Uzun Həsən idi "El" sərkədəsi,

Birləşdi torpağa minlərlə torpaq.

Elə bil gün çıxdı, yox idi tayı,

Yaydı məmləkətə bülbül səsini,

Məşhur oldu Şah İsmayıl Xətai,

Həm padişah kimi, həm şair kimi.

Göylərin, yerlərin şahənşahları,

Şah Təhmasib idi, Şah Abbas idi,

Dahi Fuzulinin hicran "ahları"

Şirvana, Şiraza bir miras idi.

Xalqımız qorudu bu inci, varı,

Obadan- obaya gəzdi hər yanı,

O, Sarı Aşığın bayatıları,

Bir də "Koroğlu" tək ölməz dastanı.

Parladı Nadirin şahlıq çırağı,

Hər yürüşü aparırdı zəfərə,

Əfsanələr oldu onun sorağı,

Yayıldı gör neçə yüzilliklərə.

Pənah Əli Xanın Qarabağ ilə

Taleyi də birdi, qəlbi də birdi,

O gözəl Şuşaya kim etsə həmlə

İgidliklə döyüşlərə girirdi.

Molla Pənah Vaqif kimi şəxsiyyət

Həm şair olmuşdu, həm də ki vəzir,

Hamı o dahidən alırdı ibrət,

Adına dillərdə dastanlar gəzir.

Xatirimizdədir o şanlı xanlar,

Çələbi, Cavad Xan, bir də Fətəli,

Onlardı çəkərək gözəl planlar,

Oldular tarixin parlaq məşəli.

Xatirimizdədir o dövr, o zaman,

Bizim yaddaşlardan silinməz bir an,

İbrahim Xəlil Xan- mötəbər insan,

Nə də uyuduğu müqəddəs məkan.

Natəvan, Axundov və Bakıxanov,

Dillər xəzinəsi Mirzə Cəfərin,

Ürəklərdən gələn o atəş, alov,

Ulduzdan ucaydı, dəryadan dərin.

Bayrağı yellənir Azərbaycanın,

Xışıldayır sanki qulaqlarımda,

Səslənir çıxışı Əlimərdanın,

Gah da Rəsulzadə dodaqlarında.

Bizə xatırladır hər nurlu sabah,

Yaddaşlarda qalıb tarixdən bəri,

Hacı Zeynalabdın- böyük xeyirxah,

Həm Mikayıl Müşviq, həm Pişəvəri...

Mehmandarov ilə Həzi Aslanov,

Həm Rostropoviç, həm Əhməd Cavad,

Hacıbəyov, Xoyski, Nərimanov

Yazıblar tarixə şərəfli bir ad!

3

Bu sırada Qarayev və Salmanov,

Rza və Orucov, həm Lütvizadə,

Aqarunov ilə Zakir Həsənov

Tanındı dünyada, həm də ölkədə.

Behbudovla Bülbül bir də Niyazi,

Maqomayev ilə Bədəlbəylilər,

Ürəkləri fəth edirdi musiqi,

Tanrıya da xoşdu insanlar qədər.

Vaqifin mükəmməl cazının səsi,

Ya Fikrət Əmirov səslənsə daha,

Valeh edir onu dinləyən kəsi,

Çevirir onları pərəstişgaha.

İnsanlar içində çıxarıblar ad,

Bunu yalnız bilir düşünən dərin,

Topçubaşov ilə Mahmudov Rəşad,

Əlləri qızıldı bu həklmlərin!

Səttarla Tahirin rəsm əsərləri,

Toğrulun da narı, od kimi yanan,

Gəzdi onillərlə çox ölkələri,

Xəbərlər yayırdı Odlar Yurdundan.

Vahidin, Vurğunun qoyduğu sənət

Əbədi dünyaya bir şölə saçır.

Deyirlər Bəxtiyar, Mədinə, Fikrət

Canlı poeziya sirləri açır...

Təbrizdən yazanda saçırdı alov,

Yanıqlı yazırdı şair Süleyman.

Müdrik idi Maqsud İbrahimbəyov,

Bir də ki, sevimli qardaşı Rustam...

Mənsur və Anar öz silsiləsiylə

Ədəbi aləmdə saldı dərin iz,

Yazıçı dühası haşiyəsiylə

Xalqı heyran etdi Natiqlə Çingiz.

Hamıdan yazmağa çatarmı imkan?

Var neçə qəhrəman, var neçə şair,

Onlara bir zərif qayğıyla inan

Xarı-bülbül yazda mahnılar deyir.

Gərək biz öyrənək bu həqiqəti,

Hansı rəhbərlərdı vətənpərvərlər,

Yaddan çıxarmayaq həyatda qəti,

Biri Əbülfəzdi, biri Mir Çəfər.

İttifaq dağıldı, yerində o an

Savaş alovlanır, alırdı vüsət,

Xalqı xilas etməyə Mockvadan

Ulu Heydər döndü gəldi nəhayət.

Xalqa başçı oldu doğma Əliyev,

Ardınca sevinclə hamı yürüşdü,

Onu alqışladı hər oba, hər ev,

İşləri yenə də nizama düşdü.

Verdiyi vədinin ardınca getdi,

Döyüşdü qələbə çalana qədər,

Ata tövsiyyəsi yerinə yetdi,

Şuşanı qaytardı İlham-Müzəvfər!

Onunla yanaşı həyat yoldaşı,

Həm gözəlliyi var, həm də kamalı,

Ona köməkçidir, həm də sirdaşı,

Tale bəxş eyləyib belə amalı.

Hələki dağlarda Azərbaycanın

Gül açır, ecazkar rənglərlə dolğun,

Sonu olmayacaq bil bu dastanın,

Çünki Vətənimiz haqdadır, oğlum!

Index of names mentioned in the Khari Bulbul epic

1

Türk xaqanlığı 6-cı əsr - 7-ci əsr

Aşina - VI-VIII əsrlər, türk xaqan ailəsi

Sibir (Şibir) - xan - (609 - 619)

Cavanşir (hakimiyyəti: 638-681) VII əsr

Musa Daşqurançı VII əsr

Cəbrayıl ata (VIII əsr)

Babək (hakimiyyəti: 816-838) IX əsr

Sacilər, Salarilər, Rəvvadilər - IX, X, XI əsrlər

Toğrul-bək (990 - 1063)

Şəmsəddin Eldəniz (hakimiyyəti 1136-1175)

Nizami Gəncəvi (1141 - 1209)

Xaqani Şirvani (1126-1199)

Əcəmi ibn Əbubəkr Naxçıvani (XII - XIII əsrlər)

Şeyx İbrahim Dərbəndi (səltənət: 1382-1417)

Seyid İmadəddin Nəsimi (1369-1417)

Tamerlan (1336 - 1405)

Qara Yuluk Osman (1356-1435)

Uzun Həsən (1423-1478)

Şah İsmayıl Xətai (17 iyul 1487 - 23 may 1524)

Məhəmməd Füzuli (təxminən 1488 - 1556)

Şah Təhmasp 1 (1514 - 1576)

1 Böyük Şah Abbas (1571-1629)

Sarı Aşıq (1605-1645)

Koroğlu (XVI-XVII əsrlər)

Nadir şah Əfşar (hökmdarlığı: 1736-1747)

Pənah Əli Xan (1693-1763)

Molla Pənah Vaqif (1717-1797)

Hacı Çələbi (1703 - 1755)

2

Qubalı Fətəli xan (hökmdarlığı: 1758-1788)

Cavad xan (hökmdarlığı: 1748-1804)

İbrahim Xəlil xan Cavanşir (1732-1806)

Mirzə Cəfər Topçubaşov (1790 - 1869)

Abbas-Kuli ağa Bakıxanov (1794 - 1847)

Mirzə Fətəli Axundov (1812 -1878)

Xurşidbanu Natəvan (1832 - 1897)

Əlimərdan bəy Topçubaşev (1863-1934)

Məmməd Emin Rəsulzadə (1884-1955)

Hacı Zeynalabdin Tağıyev (1838 - 1924)

Mikayıl Müşviq (1908 - 1938)

Seyid Cəfər Pişəvəri (1892 - 1947)

Səməd bəy Mehmandarov (1855-1931)

Həzi Aslanov (1910 - 1945)

Mstislav Rostropoviç (1927 - 2007)

Əhməd Cavad 1892 - 1937)

Fətəli Xan Xoyski (1875-1920)

Üzeyir Hacıbəyov (1885-1948)

Nəriman Nərimanov (1870 - 1925)

Qara Qarayev (1918 - 1982)

Fərman Salmanov (1931 - 2007)

Rəsul Rza (1910 - 1981)

Sabit Orucev (1912 - 1981)

Lütfi Zadə / Lütfi Ələsgərzadə (1921-2017)

Albert Aqarunov (1969 - 1992)

Zakir Həsənov (1959)

Rəşid Behbudov (1915 - 1989)

Bülbül (1897 - 1961)

Müslüm Maqomayev (1942 - 2008)

3

Niyazi (1912-1984)

Bədəlbəyli Əfrasiyab (1907 -1976)

Bədəlbəyli Şəmsi (1911 - 1986)

Bədəlbəyli Fərhad (1947)

Fikrət Əmirov (1922 - 1984)

Vaqif Mustafazadə (1940-1979)

Mustafa Topçubaşov (1895 – 1981)

Rəşad Mahmudov (1974)

Səttar Bəhlulzadə (1909 - 1974)

Tahir Salahov (1928 - 2021)

Toğrul Nərimanbəyov (1930 - 2013)

Əliağa Vahid (1895 - 1965)

Səməd Vurğun (1906-1956)

Bəxtiyar Vahabzadə (1925 - 2009)

Mədinə Gülgün (1926 - 1992)

Fikrət Qoca (1935 - 2021)

Süleyman Rüstəm (1906 - 1989)

Maksud İbrahimbəyov (1935 - 2016)

Rüstəm İbrahimbəyov (1939 - 2022)

Mənsur Vəkilov (1939 - 2008)

Anar Rzayev (1938)

Natiq Rəsulzadə (1949)

Çingiz Abdullayev (1959)

Mir Cəfər Bağırov (1895-1956)

Əbülfəz Elçibəy (1938-2000)

Heydər Əlirza oğlu Əliyev (1923 - 2003)

İlham Heydər oğlu Əliyev (1961)