Xaricdə Yaşayan
Azərbaycanlı Alimlər

Alimlərimiz və onların fəaliyyət sahələri haqqında daha ətraflı məlumat əldə edin

Asəf Salamov
ASƏF SALAMOV Ph.D.

ABŞ

Staff data scientist, Birləşmiş Genom İnstitutu, Lawrence Berkeley Milli Laboratoriyası

İxtisas:Biologiya

2014–2020-ci illərdə “Clarivate Analytics” tərəfindən dünyanın ən çox istinad edilən alimlərindən biri seçilmişdir.

Hazırladığı “Fgenesh” kompüter proqramı genomlarda genlərin proqnozlaşdırılması üçün nəzərdə tutulmuşdur və bu proqram 50-dən çox aparıcı əczaçılıq, biotexnoloji və kənd təsərrüfatı şirkətləri tərəfindən lisenziyalaşdırılmışdır. Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS) üzvüdür.

QR kodu: ASƏF SALAMOV
Aytəkin Hüseynli
AYTƏKİN HÜSEYNLİ Ph.D.

ABŞ

Asistent Tədqiqat Professoru, Vaşinqton Universiteti (St. Louis)

İxtisas:Sosial Siyasət

Aytəkin Hüseynli sosial siyasət, sosial iş, uşaq və ailə rifahı üzrə beynəlxalq mütəxəssisdir. Doktor Hüseynli Vaşinqton Universitetində Asistent Professordur. Onun tətbiqi tədqiqatı sosial siyasətlərin formalaşması, xüsusilə ailə və uşaq rifahının yaxşılaşdırılmasına yönəlmişdir. Aytəkin Hüseynli həmçinin neft, qaz və minerallarla zəngin ölkələrdə təbii sərvət gəlirlərin sosial inkişafa yönləndirmək üçün strategiyaları və yolları araşdırır. Aytəkin Hüseynlinin doktorluq dissertasiyası Qazaxıstanda 7 milyon uşağı əhatə edən, neft-qaz sərvətinin müəyyən hissəsi hesabına maliyyələşdirilən Milli Uşaq Fondu dövlət proqramının yaradılmasına səbəb olmuşdur.

Sosial siyasət, sosial iş və sosial inkişaf sahəsində 3 kitabda 3 fəslin, 15 beynəlxalq elmi jurnalda 15 elmi məqalənin, 20-dən çox nəşrin müəllifi, sosial inkişaf, sosial siyasət və sosial iş sahəsində 2 elmi jurnalda redaksiya heyətinin üzvüdür. 20-dən çox beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, elmi işinə görə 2 beynəlxalq mükafat almışdır. 10-dan çox tələbənin elmi rəhbəri olmuşdur. Aytəkin Hüseynli sosial tədqiqat, statistika, proqramların qiymətləndirilməsi və sosial siyasət üzrə dərslər deyir. Hal-hazırda bir neçə tədqiqat layihəsinin rəhbəridir.

Öz sahəsində qabaqcıl olan Aytəkin Hüseynli postsovet məkanında sosial iş sahəsində təhsil almış ilk peşəkar sosial işçilərdən biridir və Azərbaycanda sosial iş peşəsini və təhsilini yaradanlardandır. Azərbaycanı beynəlxalq və regional sosial inkişaf sahəsində təmsil edən “Azərbaycan Sosial İş” İctimai Birliyinin təsisçisidir.

O, Vaşinqton Universitetinin Braun Məktəbinin Qlobal Proqramının İdarə Heyətinin üzvüdür, Sosial İnkişaf Mərkəzinin Beynəlxalq Proqramlarının direktor müavinidir, Uşaq Zorakılığı Tədqiqat, Təlim və Təhsil Mərkəzinin tərəfdaş professorudur. Qlobal səviyyədə Aytəkin Hüseynli UNİCEF-nin Avrasiya üzrə Tədqiqat və Statistika mütəxəssisidir, Sosial İş Məktəbləri üzrə Beynəlxalq Assosiasiyasının Tədqiqat Komitəsinin üzvüdür.

QR kodu: AYTƏKİN HÜSEYNLİ
Cəmilə Cavadova-Spitzberg
CƏMİLƏ CAVADOVA-SPİTZBERG Ph.D.

ABŞ

Tətbiqi orqan və klavesin professoru, musiqi ifaçılığı üzrə incəsənət doktoru, Texas Dövlət Universiteti, Arlinqton

İxtisas:Musiqiçi

Konsert proqramları ABŞ, keçmiş SSRİ və Qərbi Avropa ölkələrini, o cümlədən Hollandiya, Almaniya, Fransa, Danimarka, Çexiya və İngiltərəni əhatə edir.

Holland barokko bəstəkarı Antoni Van Noordt və onun 1659-cu ildə yazdığı “Tabulatuurboeck van Psalmen en Fantasyen” əsərinə həsr olunmuş doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Azərbaycan bəstəkarlarının orqan əsərlərinin beynəlxalq səviyyədə təbliğatçısıdır.

2022-ci ilin dekabrında Hollandiyanın Den Haaq şəhərindəki Elandstraat kilsəsində Azərbaycan bəstəkarlarının orqan əsərlərini ehtiva edən videofilmlər təqdim etmişdir.

2016-cı ildə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin (1918–1982) əsərlərindən ibarət audio diski (CD) hazırlamış və onu “Tritonus Musicproduction” vasitəsilə nəşr etdirmişdir.

2023-cü ildə alman-avstriyalı bəstəkar Yohan Ernst Eberlinin əsərlərini lentə almışdır və 2025-ci ilin yanvarında bu səsyazma Almaniyanın “Ambiente-Audio” qrupu tərəfindən disk şəklində buraxılmışdır.

Azərbaycanda orqan musiqisinin tarixi və inkişafı ilə bağlı biliklərə sahib olan C.Cavadova dünyanın müxtəlif ölkələrində və onlayn konfranslarda məruzələrlə çıxış edib.

QR kodu: CƏMİLƏ CAVADOVA-SPİTZBERG
Elşad Allahyarov
ELŞAD ALLAHYAROV Ph.D.

ABŞ

Tədqiqat professoru, Fizika, “Case Western Reserve” Universiteti, Klivlend, Ohayo,

İxtisas:Fizika

Tədqiqat professoru, Yumşaq Maddə İnstitutu, Nəzəri fizika II, HHU, Düsseldorf, Professor, Nəzəri fizika bölməsi, Yüksək Temperaturlar İnstitutu, Rusiya Elmlər Akademiyası, Moskva

200-dən çox elmi məqaləsi 40-a yaxın elmi jurnalda dərc olunub. 30-a yaxın elmi jurnalda rəyçi kimi çalışır. 10-a yaxın tələbəyə elmi rəhbərlik edir. 100-ə yaxın elmi konfransda iştirak etmişdir.

Elmi maraqları:

Protonu keçirən ionomerlərin morfoloji dəyişiklikləri, ionomerlərin keçiriciliyi, sudan azad keçirici nanokompozit ionomerlərin inkişafı.

Elastomer kompozitlərinin hərəkətə gətirilməsi, dipol sistemlərində elektrostriksiyon təsirləri, tətbiq sahələrində hərəkət qabiliyyətinə malik nanokompozitlərin inkişafı.

Kolloid fizika, elektrolitlərdə təsirli qarşılıqlı təsir potensialının nəzəriyyəsi, yüklü sistemlərdə faza keçidi, maye-kristal nüvə əmələ gəlmə prosesləri, nanoporlarda kritik elektrolitlər.

Çox cisimli sistemlərdə korrelyasiya effektləri, DNA-DNA kondensasiya təsirləri, protein-DNA qarşılıqlı təsirləri.

Tozlu plazma sistemlərində nüvələmə prosesləri və şablonla idarə olunan faza keçidi.

Əyri səthlərdə maye kristalları, defekt-defekt qarşılıqlı təsirləri, sahə asılı morfologiyalar.

Enerji saxlama tətbiqləri üçün yeni kompozit materiallar, induksiya edilmiş dipollar üçün Coulomb korrelyasiya effektləri.

Material araşdırmalarında süni intellekt və dərin öyrənmə tətbiqləri.

QR kodu: ELŞAD ALLAHYAROV
Sevinc Məmmədova
SEVİNC MƏMMƏDOVA Ph.D.

ABŞ

Dekan müavini, Təhsil Siyasəti və Təhsilin İdarə Edilməsi üzrə professor, Corc Vaşinqton Universiteti

İxtisas:Təhsil

Sevinc Məmmədova təhsil siyasəti sahəsində çox təcrübəli bir mütəxəssisdir. O, təhsil sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş strategiyaların hazırlanması və tətbiqi sahəsində ixtisaslaşıb. Sevinc Məmmədova təhsilin keyfiyyətinin və əlçatanlığının artırılmasına və təhsil almaq istəyən hər bir şəxsin mənşəyindən, sosial-iqtisadi vəziyyətindən, cinsindən, etnik mənsubiyyətindən və digər amillərdən asılı olmayaraq, bərabər imkanlar, resurslar və dəstək əldə etməsini təmin edən genişmiqyaslı beynəlxalq layihələrə rəhbərlik etmişdir. Onun fəaliyyəti, təhsil sistemlərinin daha effektiv işləməsinin təmin edilməsi və milli prioritetlərlə uyğunluğunun gücləndirilməsinə yönəlmişdir.

Sevinc Məmmədova irihəcmli layihələrin idarə edilməsi, resursların səmərəli istifadəsinin təmini və təhsil nəticələrini yaxşılaşdıran mühüm qərarların qəbulu sahəsində geniş bacarıqlara malikdir. Bundan əlavə, qlobal tərəfdaşlıqların qurulması, tədris proqramlarının ölkənin ehtiyaclarına uyğunlaşdırılması və elmi tədqiqatlara əsaslanaraq təhsil islahatlarının həyata keçirilməsi sahəsində də əhəmiyyətli fəaliyyətlər göstərir.

Sevinc Məmmədova təhsil proqramları üçün maliyyə idarəetməsi sahəsində də geniş təcrübəyə malikdir. O, müəllimlər, tələbələr və hökumət nümayəndələri kimi əsas tərəfləri qərar qəbul etmə prosesinə cəlb edir və uzunmüddətli təhsil hədəflərinin müəyyənləşdirilməsində fəal iştirak edir.

Sevinc Məmmədova Təhsil İdarəetməsi və Strategiyaları sahəsində doktorluq elmi dərəcəsi alıb ki, bu da onun təhsil islahatlarına rəhbərlik etmək və tövsiyələr irəli sürmək bacarığını daha da gücləndirir. O həmçinin beynəlxalq səviyyədə təhsil strategiyalarının və təcrübələrinin formalaşmasında mühüm rol oynayır, dünya miqyasında daha yaxşı təhsil nəticələrinə nail olunmasına töhfə verir.

Mükafatları:

  • ABŞ Dövlət Departamentinin “Ayın beynəlxalq məzunu” mükafatı – fevral 2013
  • Texas Universiteti, Arlinqton – “Universitet alimi” – noyabr 2009
  • ABŞ Dövlət Departamenti – Edmund S. Muskie məzun təqaüdü – aprel 2008
  • ABŞ Dövlət Departamenti – Bakalavr UGRAD təqaüdü – iyul 2005.
QR kodu: SEVİNC MƏMMƏDOVA
Şuay Abdullayev
ŞUAY ABDULLAYEV Ph.D.

ABŞ

Əczaçılıq və biotibbi elmlər departamenti və Kompleks Karbohidratlar Araşdırma Mərkəzi – postdoktorant, Corciya Universiteti

İxtisas:Kimya

Fransanın Lion şəhərində Klod Bernard Lion 1 Universitetində magistratura təhsili alıb. Təhsil müddətində Molekulyar və Supramolekulyar Kimya və Biokimya İnstitutunda və ABŞ-nin Miçiqan ştatında Ueyn Dövlət Universitetində elmi təcrübə keçib. 2016–2021-ci illərdə Kanadada Kvebek Universitetində “Terapevtik nanomaterialların sintezi” üzrə PhD dərəcəsi alıb.

2022-ci ildən ABŞ-nin Corciya Dövlət Universitetində post-doktoral alim-tədqiqatçı kimi fəaliyyət göstərir.

Yüksək impact-faktorlu beynəlxalq jurnallarda dərc edilmiş 10 elmi məqalənin müəllifidir. Onun H-indeksi “Scopus” data bazasına görə 4 olaraq qiymətləndirilmişdir.

Elmi fəaliyyəti karbohidrat molekullarının bioaktiv kimyəvi sintezini əhatə edir. Xüsusilə xərçəngin diaqnostikasında istifadə olunan di- və trisaxaridlərin səmərəli sintezi ilə bağlı məqalələrini “Carbohydrate Research” və “International Journal of Molecular Science” jurnallarında dərc edib. Nadir “Fabri xəstəliyi” üçün istifadə olunan “Migalastat” dərmanının yeni və effektiv sintezini inkişaf etdirib və bu metodologiyanın patentləşdirilməsi məqsədilə müraciət etməyi planlaşdırır.

QR kodu: ŞUAY ABDULLAYEV
Toğrul Talişinski
TOĞRUL TALİŞİNSKİ Ph.D.

ABŞ

St. Joseph Universiteti Minimal invaziv cərrahiyyə direktoru, Seton Hall Universitetinin Hackensack Meridian Tibb Məktəbində cərrahiyyə üzrə dosent

İxtisas:Həkim

Nyu-York Tibb Kollecinin Westchester Sound Shore Tibb Mərkəzində təcrübə keçmiş və Nyu-York Universitetinin Cərrahiyyə Departamentində rezidentura proqramını tamamlamışdır.

O, Miçiqan Universitetinin Cərrahiyyə Departamentində cərrahi kritik baxım sahəsində, həmçinin Hackensack Universitetinin Tibb Mərkəzində minimal invaziv cərrahiyyə sahəsində təqaüd proqramlarını uğurla bitirmişdir.

Amerika Metabolik və Bariatrik Cərrahiyyə Cəmiyyəti, Amerika Cərrahlar Kolleci, Kritik Baxım Tibb Cəmiyyəti, Miçiqan Dövlət Tibb Cəmiyyəti kimi nüfuzlu tibbi təşkilatların üzvüdür.

QR kodu: TOĞRUL TALİŞİNSKİ
Məsud Əfəndiyev
MƏSUD ƏFƏNDİYEV Prof. Dr.

Almaniya

DAAB İdarə Heyətinin Sədri

İxtisas:Riyaziyyat

“Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri, Münhen, Almaniya

Marmara Universitetində Rector’s Distinguished Visiting Professor, İstanbul, Türkiyə

Professor Məsud Əfəndiyev həm qazandığı nüfuzlu beynəlxalq mükafatlar, həm də şərəfinə təşkil olunan beynəlxalq konfranslarla tanınan, xaricdə yaşayan ilk azərbaycanlı alimdir. 35 ildən artıqdır ki, Almaniyada yaşayıb yaratsa da, Azərbaycan vətəndaşı olaraq qalır.

Qeyri-xətti analiz və riyazi fizikaya töhfələri

Qeyri-xətti tənliklərin qlobal həlli üçün yeni topoloji invariantlar nəzəriyyəsini yaratmışdır.

Bu invariantlar qeyri-xətti sistemlərin keyfiyyət dəyişikliklərinin (lokal və qlobal bifurkasiya) analizində mühüm rol oynayır.

Riyazi modelləşdirmə

Biologiya, tibb, ekologiya, mexanika və fizika sahələrində qarşılaşılan problemlərin riyazi modelləşdirilməsi üzrə fundamental tədqiqatlar aparmışdır.

Təkamül tənliklərinə uyğun dinamik sistemlərin attraktorlarının yeni siniflərini yaratmış və onların sistematik şəkildə öyrənilməsinə mühüm töhfə vermişdir.

Beynəlxalq elmi jurnallarda fəaliyyəti

Ondan çox aparıcı beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.

“International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktorudur.

Elmi nəşrləri

Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunan 8 kitabın müəllifidir.

200-dən çox elmi məqalə yazmış, dünyanın 15 ölkəsindən həmmüəlliflərlə əməkdaşlıq etmişdir.

Beynəlxalq universitetlərdə fəaliyyəti

2018-ci ildə Kanada Toronto Universiteti və Fields İnstitutunda “Dean’s Distinguished Visiting Professor” kimi yüksək statusda 6 ay müddətində mühazirələr oxumuş və “Emerging Challenges in Mathematical Biology” tematik proqramının həyata keçirilməsində mühüm rol oynamışdır.

2019-cu ildə Vaterloo Universitetinə “James D. Murray Distinguished Visiting Professor” statusu ilə dəvət olunmuşdur.

Mükafatlar və təltiflər

  • 1991-ci ildə Almaniya hökumətinin təsis etdiyi “Aleksandr von Humboldt” mükafatını qazanan ilk azərbaycanlı alim olmuşdur.
  • 2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Science – JSPS” mükafatına layiq görülmüşdür.
  • 2007-ci ildə Danimarka hökumətinin nüfuzlu “Otto Monsted” mükafatını qazanmışdır. Bu mükafatları qazanan ilk azərbaycanlı alimdir.
  • 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Əməkdar elm xadimi fəxri adı ilə təltif edilmişdir.
  • 2023-cü ildə Fields İnstitutunun ömürlük mükafatına (“The Life Achievement Award”) layiq görülmüşdür.

Beynəlxalq konfranslar və tanınma

Məsud müəllimin 60 illik yubileyi Almaniyada (Münhen), 70 illik yubileyi isə Bakıda (dövlət səviyyəsində) beynəlxalq elmi konfranslarla qeyd olunmuşdur.

Münhendə keçirilən konfransda 25 ölkədən 75 aparıcı alim iştirak etmişdir.

Bakıda keçirilən konfransa isə 23 ölkədən 55 tanınmış alim qatılmışdır.

QR kodu: MƏSUD ƏFƏNDİYEV
Mirzə Mütəllimov
MİRZƏ MÜTƏLLİMOV Ph.D.

Almaniya

Mainz Universitetinin Tədris Klinikasında Ritmologiya şöbəsinin müdiri, baş tədqiqatçı həkim, Saarland Universitet Klinikasında aparıcı baş mütəxəssis-kardioloq, dosent

İxtisas:Həkim

10-dan çox elmi məqalənin müəllifidir və tədqiqatları nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. Doktorantura təhsilini Köln Universitetində tamamlamışdır. Hazırda Nürnberq-Erlangen Universitetində səhiyyənin idarə edilməsi üzrə magistratura təhsili alır. Bir çox beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Dəfələrlə Azərbaycanda keçirilən Beynəlxalq Kardiologiya konfranslarında Almaniya Federativ Respublikasını təmsil edərək məruzəçi qismində iştirak etmişdir. Həmkarlarını ən son elmi tədqiqatlar və müasir kardioloji əməliyyatlarla bağlı məlumatlandırmışdır. “Clinical Research in Cardiology” jurnalında rəyçi (reviewer) kimi fəaliyyət göstərir. Saarland Universiteti və Mainz Universitetinin Tədris Klinikasında dosentdir. Avropa Kardiologiya Cəmiyyətinin (ESC) fəxri üzvüdür (Fellow of the ESC). Bu fəxri ad kardiologiya sahəsinə elmi və kliniki baxımdan mühüm töhfələr vermiş tibb mütəxəssislərinə təqdim edilir.

QR kodu: MİRZƏ MÜTƏLLİMOV
Rasim Cənnətəliyev
RASİM CƏNNƏTƏLİYEV Ph.D.

Almaniya

Ağıllı Enerji Sistemləri üzrə layihə meneceri, EnBW AG, Stuttgart, Almaniya

İxtisas:Mühəndis

2013-cü ildən etibarən Almaniyanın “EnBW AG” konsernində ağıllı enerji sistemləri sahəsində mühəndis və layihə meneceri kimi fəaliyyət göstərir. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş 14 elmi məqalənin və 1 dərsliyin müəllifidir. Müxtəlif ölkələrdə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hal-hazırda külək, günəş və hibrid elektrik stansiyalarının optimallaşdırılması üzərində işləyir və bu sahədə kompüter modelləri və süni intellekt metodikalarından istifadə edir.

QR kodu: RASİM CƏNNƏTƏLİYEV
Rauf Abdullayev
RAUF ABDULLAYEV Ph.D.

Almaniya

“Stadler” şirkəti

İxtisas:Kompüter Elmləri

Fransanın Strasburq və Almaniyanın Duisburq-Essen universitetlərinin məzunu olub. “Programming of a data storage application with an in-mobile app option to change the data entry templates” mövzusunda araşdırmalar aparmışdır. “Stadler” şirkətində İT üzrə sistem administratoru vəzifəsində çalışır. Eyni zamanda İT yenilikləri sahəsində elmi araşdırmaları davam etdirir.

QR kodu: RAUF ABDULLAYEV
Sevda Kərimova
SEVDA KƏRİMOVA Ph.D.

Almaniya

Bochum Ruhr Universiteti Tibb etikası və tarixi İnstitutunda beynəlxalq tədqiqatçı, Hacettepe Universiteti Bioetika Mərkəzində beynəlxalq tədqiqatçı, “Vice Versa Consulting” hüquq şirkətində hüquqşünas

İxtisas:Hüquq

Əsas tədqiqat sahəsi bioetika olmaqla, tibb hüququ, cinayət hüququ və insan hüquqları sahəsində 10-dan çox elmi, eləcə də elmi-publisistik məqalə və metodik vəsaitin müəllifi olmuş, bir çox beynəlxalq konvensiya və digər baza materialları Azərbaycan dilinə tərcümə etmişdir. 10-dan çox yerli və beynəlxalq konfrans və seminarda məruzələrlə çıxış, eləcə də təşkilatçı kimi iştirak etmişdir.

QR kodu: SEVDA KƏRİMOVA
Toğrul Kərimov
TOĞRUL KƏRİMOV Ph.D.

Almaniya

Max Planck Institute for Software Systems, postdoktoral tədqiqatçı

İxtisas:Kompüter Elmləri

Kompüter elmləri sahəsində Oksford Universitetində bakalavr və magistr təhsili alıb. Doktorluq dissertasiyası nəzəri kompüter elmləri üzrə nüfuzlu Akerman mükafatına və Maks Plank Cəmiyyətinin “Otto Hahn Medal”ına layiq görülüb. Beynəlxalq jurnallarda və konfranslarda 20-dən çox məqalənin müəllifidir. Həmmüəllifi olduğu məqalələr “ACM SIGBED Best Paper Award” və nüfuzlu “Logic in Computer Science” konfransında “Distinguished Paper Award” mükafatlarına layiq görülüb..

QR kodu: TOĞRUL KƏRİMOV
Valeh Rüstəmov
VALEH RÜSTƏMOV Ph.D.

Almaniya

Mannhaym Tətbiqi Elmlər Universiteti, Biotexnologiya fakültəsi, Hüceyrə və molekulyar biologiya İnstitutu və həmçinin CeMOS Tədqiqat və Transfer Mərkəzinin elmi işçisi və qrup rəhbəri

İxtisas:Həkim

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın dəstəyi ilə Haydelberq Universitetinin Mannhaym Tibb fakültəsinin doktorantura pilləsini fərqlənmə ilə bitirmişdir. Əsas elmi istiqaməti şiş xəstəliklərinin öyrənilməsi üçün “in vitro” mürəkkəb 3D hüceyrə kulturalarının yaradılması və həmin kulturalarda şiş hüceyrələrinin dərmanlara təsirinin müxtəlif biomarkerlər vasitəsilə araşdırılmasıdır. Bu elmi işlərin məzmunu indiyə qədər iki resenziyalı məqalədə dərc olunmuşdur. Sonuncu məqaləsi “Frontiers in Oncology” jurnalı tərəfindən yüksək qiymətləndirilmiş və xüsusi buraxılışda yenidən nəşr olunmuşdur. Bundan əlavə, böyük həcmli konfokal mikroskopik şəkillərin seqmentasiyası üçün yazdığı proqram hazırda ixtira olaraq qeydiyyata alınma mərhələsindədir. Qrup rəhbəri olaraq 2 magistr və 1 doktoranta elmi rəhbərlik edir.

QR kodu: VALEH RÜSTƏMOV
Xədicə Zeynalova
XƏDİCƏ ZEYNALOVA Ph.D.

Almaniya

Bəstəkar, musiqişünas, alim tədqiqatçı, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyası, Detmold Musiqi Akademiyası (Hochschule für Musik Detmold), və Paderborn Universitetinin məzunu, Almaniya BRİDGE OF SOUND təşkilatının sədri və eyniadlı orkestrin təsisçisi, bədii rəhbəri, HARMONY OF SOUND Beynəlxalq Musiqi Festivalının yaradıcısı, kuratoru və bədii rəhbəri

İxtisas:Musiqiçi

Almaniyada nüfuzlu “Friedrich-Ebert-Stiftung” doktorluq təqaüdünə layiq görülən ilk azərbaycanlı bəstəkar və musiqişünasdır. Bundan əlavə, “DAAD” təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin təqaüdünə Almaniya Şimali Reyn Vestfaliya Mədəniyyət Nazirliyinin təqaüd mükafatı, “GVL” Fondunun təqaüd mükafatı, “GEMA” fondunun və “Musikfonds” fondunun təqaüd mükafatları laureatıdır.

2020-ci ildə Xədicə Zeynalova Azərbaycan Respublikasının “Diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə” Təşəkkürnamə ilə təltif edilmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının “Nizaminin 880 illiyi” medalı ilə təltif edilmişdir.

2021-ci ildə – Nizami və Yunus Əmrə İlində TÜRKSOY-un təşkil etdiyi “Türk Dünyasının Şah Əsərləri” layihəsində bəstəkar kimi iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.

2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayında Azərbaycan Respublikasının “Diaspor Fəaliyyətində Xidmətə görə” medalı ilə təltif edilmişdir.

2024-cü ildə o, Almaniyada ilk azərbaycanlı bəstəkar kimi Almaniya Mədəniyyət Nazirliyinin və “Klosterlandschaft OWL”in “İlin bəstəkarı və incəsənət xadimi” adlı nominasiyasına layiq görülmüşdür.

2025-ci il 3–5 noyabr tarixlərində Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri I Forumunda Xədicə Zeynalova bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin dünyada təbliğinə verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif olunmuşdur.

Musiqişünaslıq və sənətşünaslıq üzrə doktorluq dissertasiyasının, bəstəkarlıq sahəsində Almaniyada nəşr edilmiş 1 elmi kitabın, Azərbaycan, Hollandiya, Yaponiya, İngiltərə və Almaniya nəşriyyatlarında çap olunmuş 35 kitabın, elmi jurnallarda dərc edilmiş 10 məqalənin müəllifidir. 20 beynəlxalq elmi konfransda bəstəkar və musiqişünas kimi elmi məruzələrlə çıxış etmiş, 20-yə yaxın müxtəlif beynəlxalq layihənin, festivalların, konsertlərin müəllifi və bədii rəhbəridir.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

QR kodu: XƏDİCƏ ZEYNALOVA
Yaşar Musayev
YAŞAR MUSAYEV Ph.D.

Almaniya

“Siemens Energy” şirkəti, senior management

İxtisas:Mühəndis

Yaşar Musayev bərpa olunan enerji, avtomobil innovasiyaları, e-mobilitet, yaşıl hidrogen və nanotexnologiya sahələrində mütəxəssisdir. O, sənaye və akademik sahədə mühüm tədqiqat layihələrinə rəhbərlik edərək yeni enerji texnologiyalarının inkişafına töhfə vermişdir. 80-dən çox patenti və 150-dən çox elmi məqaləsi var.

Əsas tədqiqat sahələri:

Yaşıl hidrogen və bərpa olunan enerji: Elektroliz və yanacaq elementləri texnologiyalarının inkişafı.

Səth texnologiyaları və tribologiya: Örtük texnologiyaları, nazik təbəqəli sensorlar və nanotexnologiyalar.

Avtomobil və e-mobilitet: Yanacaq səmərəliliyi və dayanıqlı mobillik həlləri.

Strateji elmi-tədqiqat rəhbərliyi: Strateji yol xəritələri, qlobal universitetlər və tədqiqat institutları ilə əməkdaşlıqlar.

Peşəkar təcrübə:

Siemens Energy AG (2020–indiyədək): Yaşıl hidrogen və yeni enerji texnologiyaları, Senior Management

Schaeffler AG (2005–2020): Nanotexnologiya, tribologiya və yanacaq elementi texnologiyaları üzrə qlobal tədqiqat işləri, 100+ alim və mühəndisdən ibarət qruplara rəhbərlik, Senior Vice Prezident

SIA Schaeffler Baltic, CEO (2016–2018): Naco Technologies-in Schaeffler AG tərəfindən alınmasına və inteqrasiyasına rəhbərlik.

Digər vəzifələr: H-O-T GmbH, Erlangen-Nürnberg Universiteti, Daimler AG Azərbaycan tərəfdaşı, Azərbaycan Texniki Universiteti.

Mükafatlar və tanınma:

  • Qlobal yapon avtomobil istehsalçısının “Təchizatçı” mükafatı (2017).
  • Materialica Dizayn + Texnologiya mükafatı (2016, 2014).
  • Almaniyanın TOP-5 innovatorlarından biri (2005–2020).
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 2022

Təhsil və peşəkar hazırlıq:

Doktorantura (Dr.-Ing.), Erlangen-Nürnberg Universiteti (2001).

DAAD təqaüdçüsü, Erlangen-Nürnberg Universiteti (1997–1998).

Mexanika Mühəndisliyi (Dipl.-Ing.), Azərbaycan Texniki Universiteti (1991).

Üzvlük və beynəlxalq əlaqələr:

“Nano in Germany e.V.” təsisçi üzvü.

“BalticNet-Plasmatech e.V.” İdarə Heyətinin sədri.

“Bakı-Nürnberg e.V.” İdarə Heyətinin sədri.

Alman Mühəndislər Birliyinin (VDI) üzvü.

Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı İdarə Heyətinin sədri

QR kodu: YAŞAR MUSAYEV
Bəxtiyar Siracov
BƏXTİYAR SİRACOV Ph.D.

Avstriya

DAAB-nin İdarə Heyətinin həmsədri

İxtisas:Kompüter Elmləri

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Safeguards” Departamentində “İnformasiya Sistemləri Yaradılması” şöbəsinin rəhbəri olmuşdur

1995–2021-ci illər ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Safeguards” Departamentində həyata keçirilən proqram təminatı yaradılması üzrə layihələrdə iştirak etmiş, layihə meneceri, qrup rəhbəri və şöbə rəhbəri vəzifələrində çalışmışdır.

  • 2006-cı ildə AEBA tərəfindən “Komanda İşinə Müstəsna Töhfəsinə Görə” (Outstanding Team Award) mükafatına layiq görülmüşdür.
  • 2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə AEBA-nın Baş Direktoru Məhəmməd əl-Baradei və Agentliyin əməkdaşları, nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınması və onun dinc məqsədlərlə təhlükəsiz istifadəsinin təmin edilməsi sahəsindəki mühüm xidmətlərinə görə Nobel Sülh mükafatına layiq görülmüşlər. Bəxtiyar Siracov da AEBA-nın digər əməkdaşları ilə birlikdə Nobel Sülh mükafatına layiq görülənlər sırasındadır.
  • Diaspor fəaliyyətindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.
  • Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
QR kodu: BƏXTİYAR SİRACOV
Dinara Abbasova
DİNARA ABBASOVA Ph.D.

Avstriya

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məsləhətçisi, “Qadınlar Nüvə Sahəsində” (“Women in Nuclear”) Ümumdünya Assosiasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi

İxtisas:Kimya

Dinara Abbasova nüvə enerjisi, nüvə təhlükəsizliyi, radioaktiv tullantıların idarə olunması və nüvə biliklərinin saxlanması sahələrində ixtisaslaşmış alimdir. Onun əsas tədqiqat sahələrinə radiasiya kimyası, izotop və biomarker analizləri, xromatoqrafiya texnologiyaları və nüvə materiallarının təhlükəsizliyi üzrə beynəlxalq standartların öyrənilməsi daxildir. O, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) məsləhətçi, Helmholtz-Zentrum Dresden-Rossendorf (HZDR) Resurs Ekologiyası İnstitutunda tədqiqatçı alim, Polşa Elmlər Akademiyasında dəvətli professor və AMEA Radiasiya Problemləri İnstitutunda rəhbər vəzifələrində çalışmışdır. 80-dən çox elmi məqalə və təqdimatın müəllifi olan Abbasova 40-dan artıq beynəlxalq konfransın təşkilatçısı və spikeri olmuş, AEBA və Avropa Komissiyası üçün e-öyrənmə materialları hazırlamışdır. O, “Elmdə Nailiyyətlər” (2010), AEBA-nın “Gənc Nüvə Mütəxəssisi” (2012), Simon’s Fellowship (2015–2020) və OECD/NEA üzrə İDKM (information–data–knowledge management) eksperti mükafatı (2022) ilə təltif olunmuşdur. “Women in Nuclear” təşkilatının üzvü, AEBA Ekspertlər Şəbəkəsinin və Avropa Komissiyasının nüvə təhlükəsizliyi üzrə ekspertidir.

QR kodu: DİNARA ABBASOVA
Kamal Əkbərov
KAMAL ƏKBƏROV Ph.D.

Avstriya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), radiasiya, nüvə, kimyəvi və bioloji təhlükələrə qarşı mütəxəssis, Ukrayna və Avropa regionu

İxtisas:Həkim

Tibb üzrə fəlsəfə doktoru və tibb elmləri doktoru, onkologiya və radioterapiya sahəsində 100-dən artıq elmi nəşrin, məqalənin və metodik tövsiyənin müəllifidir.

Şüa onkologiyası və səhiyyə idarəçiliyi üzrə geniş akademik və klinik təcrübəyə malik mütəxəssisdir. Səhiyyə layihələrinin idarə olunması, xərçənglə mübarizə proqramlarının təşkili, radioterapiya texnologiyalarının inkişafı və beynəlxalq əməkdaşlıqların qurulması sahələrində yüksək ixtisasa sahibdir.

2018–2023-cü illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışdığı müddətdə 15–24 ölkənin iştirakı ilə həyata keçirilən dörd beynəlxalq multisentrik elmi-tədqiqat layihəsinə rəhbərlik etmişdir.

Əsas nailiyyətləri:

60-dan çox texniki əməkdaşlıq layihəsinə rəhbərlik etmişdir (ümumi büdcə: 331 milyon ABŞ dolları);

BMT-nin servikal xərçənglə mübarizə üzrə qlobal proqramında rəhbər ekspert qismində çıxış etmişdir;

Radioterapiyada süni intellekt texnologiyalarının tətbiqinə yönəlmiş “ELAISA” e-öyrənmə layihəsinə rəhbərlik etmişdir;

ICARO3, ESTRO tədris kursları və GEC-ESTRO seminarlarının təşkilində aparıcı rol oynamışdır.

Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı kimi Ukraynada radiasiya və nüvə təhlükəsizliyi proqramlarına elmi və texniki dəstək göstərir.

QR kodu: KAMAL ƏKBƏROV
Murad Abuzərli
MURAD ABUZƏRLİ Ph.D.

Avstriya

Vyana Universiteti (University of Vienna) Fizika fakültəsi, ”kvant optikası, kvant informasiya və nanofizika” qrupunda postdoktorantura

İxtisas:Fizika

2022-ci ildə Parisin Sorbon Universitetində eksperimental kvant optikası sahəsində fəlsəfə doktoru dərəcəsini əldə edib. Beynəlxalq jurnallarda çap olunmuş 6 elmi məqalənin və 1 elmi patentin müştərək müəllifidir. 2023-cü ildə çoxcisimli kvant optomexanikası sahəsində post-doktoral araşdırmaları layihəsini həyata keçirmək üçün “Horizon Europe” proqramı tərəfindən “Marie Skłodowska-Curie Actions” elmi qrantına layiq görülmüşdür.

QR kodu: MURAD ABUZƏRLİ
Qərib Mürşüdov
QƏRİB MÜRŞÜDOV Ph.D.

Birləşmiş Krallıq

Birləşmiş Krallığın Kembric şəhərində MRC Molekulyar Biologiya laboratoriyası

İxtisas:Biologiya

Bakıda Azərbaycan ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu qrup rəhbəri və laboratoriya müdiri

Tədqiqat sahələri:

Prof. Dr. Qərib Mürşüdov molekulyar biologiya, kristalloqrafiya və struktur biologiya sahəsində dünyanın aparıcı alimlərindən biridir. Onun əsas tədqiqat istiqamətləri aşağıdakılardır:

Makromolekulyar kristalloqrafiya və struktur biologiya (zülalların və nüvə turşularının üçölçülü quruluşlarının analizi).

Krio-elektron mikroskopiya (Cryo-EM) və bioinformatika (molekulyar modelləşdirmə, struktur təhlil və məlumatların emalı).

Statistik və riyazi modelləşdirmə (maksimum ehtimallılıq və Bayes statistika üsullarının bioloji sistemlərdə tətbiqi).

Akademik və peşəkar təcrübə:

MRC Molekulyar biologiya laboratoriyasında (Cambridge, Böyük Britaniya) qrup rəhbəri və Azərbaycan Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda (Bakı) laboratoriya müdiri olaraq fəaliyyət göstərir.

Böyük Britaniya, Rusiya və Azərbaycanın nüfuzlu elmi-tədqiqat institutlarında və universitetlərində çalışıb.

Makromolekulların eksperimentdən istifadə edərək atomik model quran, şəffaflaşdıran və statistik yoxlayan proqram təminatlarının əsas müəlliflərindədir (REFMAC, BALBES, Servalcat, AceDRG və s.)

Mükafatlar və tanınma:

  • Azərbaycan Respublikasının “Əməkdar alim” fəxri adı ilə təltif edilib.
  • Wellcome Trust Senior Fellowship mükafatı – biologiya sahəsində Böyük Britaniyada ən nüfuzlu Fellowship qazanıb
  • Avropa Molekulyar Biologiya Təşkilatının (EMBO) üzvü.
  • Böyük Britaniyanın Kral Statistika Cəmiyyətinin üzvü.
  • CCP4 icraiyyə komitəsinin üzvü – bu komitə hesablama struktur biologiya sahəsində aparıcı beynəlxalq tədqiqatçıları birləşdirir.

Nəşrlər və elmi töhfələr:

120-dən çox yüksək impakt faktorlu elmi məqalənin müəllifidir, o cümlədən Nature, Science, PNAS və Acta Crystallographica kimi nüfuzlu jurnallarda.

Molekulyar strukturların analizi və modelləşdirilməsi üçün innovativ proqram təminatlarının (REFMAC5, SERVALCAT, EMDA, BALBES, AceDRG) hazırlanmasında aparıcı tədqiqatçı olub.

Beynəlxalq simpozium və konfranslarda müntəzəm iştirak edir və müxtəlif ölkələrdə elmi seminarlar təşkil edir (Böyük Britaniya, Yaponiya, Çin, ABŞ, Braziliya, Hindistan və s.).

QR kodu: QƏRİB MÜRŞÜDOV
Vəhid Gəruslu
VƏHİD GƏRUSLU Prof. Dr.

Birləşmiş Krallıq

Birləşmiş Krallığın Belfast şəhərindəki ”Queen’s” Universitetinin proqram təminatı mühəndisliyi professoru

İxtisas:Kompüter Elmləri

Vəhid Gəruslu İT mütəxəssisi və akademik olaraq iki əsas rolda fəaliyyət göstərir. O, 1998-ci ildən etibarən proqram təminatı mühəndisliyi, test və keyfiyyət təminatı (QA) sahələrində beynəlxalq İT şirkətlərinə konsaltinq və təlim verir. Eyni zamanda İngiltərənin Belfast şəhərində yerləşən Queen’s Universitetində Proqram Təminatı Mühəndisliyi professoru kimi çalışır.

Bundan əlavə, Azərbaycanda ProSys MMC və Türkiyədə Testinium A.Ş. şirkətlərində Proqram Testi Strategisti və Komanda Lideri vəzifələrində fəaliyyət göstərir.

Elmi nailiyyətlər və tanınma:

  • 2018-ci ildə “Journal of Systems and Software” jurnalında nəşr olunan bibliometrik araşdırmaya görə, Dr. Gəruslu dünya üzrə ən aktiv 8-ci orta karyera proqram mühəndisliyi tədqiqatçısı kimi qiymətləndirilib (4000-dən çox aktiv tədqiqatçı arasında).
  • 150-dən çox elmi məqalənin müəllifidir və sahəsində geniş akademik töhfələr verib.
  • 2012–2015-ci illərdə IEEE Kompüter Cəmiyyəti tərəfindən Seçkin Natiq (Distinguished Speaker) olaraq seçilib.
  • IEEE Kompüter Cəmiyyətinin üzvüdür və Kanadanın Alberta əyalətində lisenziyalı peşəkar mühəndisdir (PEng).
QR kodu: VƏHİD GƏRUSLU
Xaqani Qayıblı
XAQANİ QAYIBLI Ph.D.

Estoniya

Fin-Uqor və Türk Xalqları Araşdırma Mərkəzinin sədri

Tartu Universiteti - Türk Dili Mərkəzinin müdiri, professor

İxtisas:Filologiya
E-poçt:hakan@ut.ee

Xaqani Qayıblı şair, tərcüməçi, alim və ictimai xadimdir. O, Azərbaycan ədəbiyyatı, dilçiliyi və jurnalistikası sahəsində geniş tədqiqatları ilə yanaşı, beynəlxalq arenada diaspor fəaliyyəti və akademik əməkdaşlıqları ilə də tanınır. "Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir.

Əsas Elmi Araşdırmaları və Tədqiqat Sahələri

Türkologiya və dilçilik:

  • "Eston və türk dillərində feil quruluşlarının müqayisəsi"
  • "Türkcə və estonca arasında dil əlaqələri və struktural fərqlər"

Siyasi və mədəni əlaqələr:

  • "Estoniya ilə Türk Dünyası arasında siyasi və mədəni əlaqələr"

Jurnalistika və vizual media:

  • "Yazılı mətbuatda fotoqrafiyanın əhəmiyyəti"

Mükafatlar və Fəxri Adlar:

  • "Tərəqqi" medalı (2022) – Azərbaycan diasporunun inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti tərəfindən təltif edilib.
  • "Altın Yıldız Madalyası" (2024) – Türkiyə Respublikası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən verilib.
  • "Diaspor fəaliyyətində xidmətə görə" medalı (2024) – Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilib.

Nəşrlər və Ədəbi Fəaliyyət:

Xaqani Qayıblı həm elmi-publisistik məqalələrin, həm də şeir və nəsr əsərlərinin müəllifidir. Əsərləri eston, gürcü, rus, latış, alman, ingilis və digər türk dillərinə tərcümə olunub.

  • 40-dan çox ictimai-siyasi, tarixi və elmi-mədəni məqalənin,
  • 6 kitab və 1 monoqrafiyanın,
  • 2 elmi jurnalda dərc olunmuş 4 elmi məqalənin müəllifidir.
  • 20-dən çox beynəlxalq simpozium və konfransın məruzəçisi və iştirakçısıdır.

Peşəkar və Akademik Fəaliyyət:

  • Fin-Uqor və Türk Xalqları Araşdırma Mərkəzi – sədr
  • Tartu Universiteti (Estoniya) – Türk Dili Mərkəzinin müdiri
  • Dünya Azərbaycanlıları Konqresi – İdarə Heyətinin üzvü, sədr müavini
  • Estoniya-Azərbaycan Cəmiyyəti – sədr
  • Dünya Azərbaycanlı Alimlər Dərnəyi – Təşkilat Komitəsinin üzvü
  • Azərbaycan Yazıçılar Birliyi – üzv
  • Estoniya Akademik Şərqşünaslar Cəmiyyəti – üzv
  • Türk Ədəbiyyatı Vakfı – fəxri üzv

Diplomatik və Tərcüməçilik Fəaliyyəti:

Xaqani Qayıblı Estoniyada və Türkiyədə yüksək səviyyəli rəsmi görüşlərdə tərcüməçi kimi iştirak edib. O, Azərbaycan, Türkiyə və Estoniya prezidentlərinin, parlament sədrlərinin və nazirlərinin rəsmi səfərlərində xüsusi tərcüməçi olub.

QR kodu: XAQANİ QAYIBLI
Aynur Quliyeva
AYNUR QULİYEVA Ph.D.

Fransa

Fransa Toulouse Universitetləri nəzdində Milli Tarbes Mühəndislik Akademiyasında (ENIT/UTTOP) dosent, Fransa dövlət qulluqçusu

İxtisas:Kimya

2019-cu ildə Fransanın Orleans Universitetində Materialların Kimyası üzrə PhD dərəcəsi əldə etmişdir. Onun tədqiqat sahələri polimer materiallarının struktur-xüsusiyyət əlaqələri, nanostrukturlaşdırma, funksional materialların hazırlanması və bu sahələrin müasir texnologiyalarda tətbiqi kimi geniş istiqamətləri əhatə edir. Çoxsaylı beynəlxalq laboratoriyalarla əməkdaşlıq etmiş və Fransanın ENSAM/PIMM laboratoriyası və ABŞ-də University of Delaware-də postdoktoral araşdırmaları olub. Aynur Quliyeva eyni zamanda sənaye təcrübəsinə də malikdir – o, Lonza şirkətinin tərkibində fəaliyyət göstərən Capsugel-də 2 il ərzində dərman kapsulları üzrə layihə rəhbəri kimi çalışmışdır. Hal-hazırda universitetdə dosent vəzifəsində çalışır, pedaqoji fəaliyyətlə yanaşı, “ağıllı polimer materiallar” üzrə tədqiqat qrupu yaratmış və bu sahədə elmi araşdırmalar aparır. O həmçinin universitetdə müxtəlif tədris və inzibati vəzifələri yerinə yetirir, qadın alimlərin inkişafını dəstəkləmək məqsədilə mentorluq fəaliyyəti göstərir. Aynur Quliyevanın bir sıra elmi məqalələri mövcuddur və beynəlxalq konfranslarda həm şifahi, həm də poster formatında təqdimatlarla çıxış etmişdir.

QR kodu: AYNUR QULİYEVA
Günel Səfərova
GÜNEL SƏFƏROVA Ph.D.

Fransa

Paris-Sakle Universitetinin (Université Paris-Saclay) iqtisad elmləri üzrə fəlsəfə doktoru, Fransada təsis edilmiş ALİM elmi assosiasiyasının rəhbəri və assosiasiyanın layihələri çərçivəsində elmi konfransların təşkilatçısı

İxtisas:İqtisadiyyat

7 il ərzində Fransanın Versal Universiteti (Université de Versailles – Saint-Quentin-en-Yvelines) ilə ABŞ-ın Corctaun Universiteti (Georgetown University) arasında elmi tədqiqat və təhsil layihələrinin rəhbəri vəzifəsində işləmişdir. Hal-hazırda Onepoint beynəlxalq konsaltinq şirkətində menecer-konsultant vəzifəsində çalışır. Fransanın Versal Universitetində və Azərbaycanın ADA Universitetində MBA tələbələrinə “Project Management”, “Change Management” və “Leadership” fənnlərindən mühazirələr keçir.

Müxtəlif ölkələrdə bir çox beynəlxalq elmi konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. Associate Researcher kimi üzvü olduğu LAREQUOİ elmi laboratoriyasının təşkil etdiyi beynəlxalq elmi konfransların Təşkilat Komitəsində yer alıb. Bir neçə elmi, eləcə də elmi-publisistik məqalələrin müəllifidir. Fransız dilli mətbuatda Azərbaycanla bağlı məqalələri nəşr olunub. Hər il təxminən 10–15 MBA və magistr tələbələrinin tezislərinə rəhbərlik edir. 2019-cu ildən Fransanın Gənc Səfirlər Assosiasiyasının ilk Azərbaycanlı nümayəndəsidir. 2020-ci ildən Fransa Akademik Tədqiqatlar İnstitutun Mərkəzi Asiya ölkələri üzrə əlaqələndiricisidir. 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

QR kodu: GÜNEL SƏFƏROVA
Reyhan Həsənova
REYHAN HƏSƏNOVA Ph.D.

Fransa

Beynəlxalq şirkət olan “Oracle France”da tədqiqat məsləhətçisi

İxtisas:Biologiya

İlk təhsilini həkim bioloq olaraq başa vuran Reyhan Həsənova daha sonra Fransada molekulyar biologiya və genetikada tədqiqat istiqamətli iki master təhsili almışdır. Bunun ardınca, “bağırsaq xərçəngində biomarkerlərin tədqiqi” mövzusunda tibb elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Hazırda Parisdə dünyanın ən böyük şirkətlərindən biri olan “Oracle” şirkətinin Life Sciences bölümündə onkologiya və nadir xəstəliklər üzrə tədqiqatçı konsultant olaraq fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən layihələr vasitəsilə dərmanların, müalicələrin təhlükəsizliyini, effektivliyini və dəyərini qiymətləndirmək, müalicələrin gündəlik klinik praktikada necə həyata keçirildiyinə dair fikirlər verməklə klinik sınaqları tamamlamaq mümkündür. Layihələri beynəlxalq elmi jurnallarda çap edilir və konfranslarda təqdim olunur. Çalışdığı şirkət 200-ə qədər müxtəlif farmakoloji və biotexnoloji şirkətlə əməkdaşlıq edir.

QR kodu: REYHAN HƏSƏNOVA
Aygül İsayeva
AYGÜL İSAYEVA Ph.D.

Gürcüstan

SOCAR-Enerji Gürcüstan, biznes kommunikasiyaları və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis

İxtisas:İqtisadiyyat

İqtisadiyyat sahəsində 2 kitabın və 8 elmi məqalənin müəllifidir. 12 beynəlxalq elmi konfransda elmi məruzələrlə çıxış etmişdir. Məqalələri yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuşdur.

Beynəlxalq Qara Dəniz Universitetində İdarə Heyətinin üzvü olmuş, doktorant (PhD) tələbələrin dissertasiya və elmi işləri üzrə daxili ekspert kimi fəaliyyət göstərmişdir. Həmçinin həmin universitetdə magistr tələbələrinin elmi işlərinə rəhbərlik etmişdir.

“Maarif” təşkilatının direktoru kimi Gürcüstan azərbaycanlılarının təhsil və maarif məsələləri ilə bağlı müxtəlif layihələr həyata keçirir. Onun təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I və II Qurultayları keçirilmişdir. Bu tədbirlər azərbaycandilli məktəblərin problemlərinin müzakirəsi, müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması baxımından mühüm platforma olmuşdur.

Onun fəaliyyəti Gürcüstanda yaşayan azərbaycanlıların milli-mədəni kimliyinin və ana dilinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

2013-cü ildə “Borçalı” İctimai Birliyi tərəfindən elmdə nailiyyətlərinə görə “Şərəf” medalı ilə təltif edilmişdir. 2020-ci ildə isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən icmaya xidmətlərinə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin qorunmasına verdiyi töhfələrə görə Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının iştirakçısı olmuşdur.

QR kodu: AYGÜL İSAYEVA
Lev Eppelbaum
LEV EPPELBAUM Ph.D.

İsrail

Təl-Əviv Universitetinin professoru,

İxtisas:Geofizika

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professoru

Professor Lev Eppelbaum (Təl-Əviv Universiteti, Geofizika Departamenti) təxminən 460 elmi nəşrin müəllifidir. Bunlar arasında beynəlxalq elmi nəşriyyatlar (Kluwer Academic Publisher, Springer, Elsevier, Chapman and Hall, Institute of Physics (Böyük Britaniya)) tərəfindən nəşr edilmiş 12 kitab, 18 kitab fəsli, 194 rəyçi tərəfindən təsdiqlənmiş jurnal məqaləsi, 81 konfrans materialı və 171 tezis təqdim olunan elmi konfrans məruzələri yer alır. Prof. Eppelbaumun əsas tədqiqat sahələri geodinamika və textonik rekonstruksiyalar, tətbiqi və ətraf mühit geofizikası, arxeoloji geofizika, həmçinin geofiziki, geoloji və əlaqəli məlumatların inteqrasiya edilmiş təhlilidir.

O, beynəlxalq konfranslarda 26 dəfə elmi bölmələrin rəhbəri seçilmişdir. Professor Lev Eppelbaum “Geology, Geophysics, and Earth Sciences” jurnalının baş redaktoru və “Positioning”, “Open Petroleum Engineering Journal”, “Archaeological Discovery”, “Stratigraphy, Petroleum, Sedimentology, Geochemistry”, “ANAS Transactions, Earth Sciences”, “International Journal of Earthquake Engineering”, “Discover Geoscience”, “Academy Green Energy”, “Contributions to Geosciences”, “Geosciences”, “Russian Journal of Physical Chemistry”, “World Journal of Physics” kimi nüfuzlu jurnalların redaksiya heyətinin üzvüdür. Eyni zamanda, “Advances in Geosciences”, “Journal of Geophysics and Engineering”, “Continent and Life Evolution”, “Frontiers in Earth Sciences”, “Geosciences (Switzerland)”, “Land” və “Applied Sciences (Switzerland)” jurnallarında qonaq redaktor vəzifəsini icra etmişdir.

Professor Lev Eppelbaum iki beynəlxalq geofizika komissiyasının üzvüdür: “Rotation of the Earth” komissiyası və “WebmedCentral Ecology Advisory Board”.

2020-ci ildə o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professoru adına layiq görülmüş, 2023-cü ildə isə Gürcüstan Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.

Professor Eppelbaum bir sıra mükafatlara layiq görülmüşdür; bunların arasında Avropa Yer Elmləri Birliyinin (European Geosciences Union) Kristian Hüygens medalı (2019) da vardır.

Google Scholar məlumatına görə, onun elmi nəşrlərinə təxminən 8000 istinad verilmişdir.

QR kodu: LEV EPPELBAUM
Mark Vilen Applebaum
MARK VİLEN APPLEBAUM Prof. Dr.

İsrail

Riyaziyyat təhsili üzrə professor və Kaye Akademik Təhsil Kollecində İnteqrativ STEM Təhsili Magistr Proqramının rəhbəri

İxtisas:Riyaziyyat

Professor Mark Applebaum 16 kitabın və ingilis, ivrit, rus, ispan, ərəb, ukrayna və polyak dillərində elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş 90-dan çox məqalənin müəllifidir. Onun tədqiqat maraqları arasında riyaziyyatın populyarlaşdırılması, istedadlı uşaqlar üçün riyaziyyatın tədrisi, yaradıcı və tənqidi düşüncənin inkişafı, həmçinin STEM təhsilinin inkişaf etdirilməsi kimi sahələr yer alır.

Akademik karyerası ərzində professor M. Applebaum 30-dan çox beynəlxalq konfransda çıxış etmiş, tez-tez əsas məruzəçi (keynote speaker) və elmi komitələrin üzvü olaraq fəaliyyət göstərmişdir. 2022-ci ildə o, Beynəlxalq Riyaziyyat Yaradıcılığı və İstedadlılıq Qrupu (IGMCG) Beynəlxalq Komitəsinə və Avropa Riyaziyyat Cəmiyyəti (EMS) Təhsil Komitəsinə üzv seçilmişdir. 2023-cü ildən etibarən isə Kaye Təhsil Kollecində İnteqrativ STEM Təhsili üzrə magistr proqramının rəhbəri vəzifəsini icra edir.

Son 15 il ərzində professor M.Applebaum, Azərbaycanın universitetləri və məktəblərində keçirilən müxtəlif akademik tədbirlərdə dəvət olunmuş məruzəçi kimi iştirak etmişdir. Bu müəssisələr arasında Bakı Dövlət Universiteti (BDU), Moskva Dövlət Universitetinin Bakı filialı (MDU), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, 134 nömrəli məktəb və digər təhsil müəssisələri də yer alır.

QR kodu: MARK VİLEN APPLEBAUM
Səadət Kərimi
SƏADƏT KƏRİMİ Prof. Dr.

İsveç

DAAB İdarə Heyətinin üzvü, mətbuat katibi

İxtisas:Riyaziyyat

Boras Universiteti, dosent, universitet lektoru, kurs rəhbəri

Gothenborq, Stokholm və Umea Universitetlərində 2021-ci ilə qədər həmin vəzifələrdə çalışıb. Bu universitetlərin birgə SONOMA elmi mərkəzinin elmi işçisi – tədqiqatçısıdır

1999-cu ildə elmlər namizədi dərəcəsinə yiyələnmək üçün dissertasiyasını Bakıda AMEA-nın Riyaziyyat-Mexanika İnstitutunda müdafiə etmişdir. 2000-ci ildə həmin dissertasiyasını İsveçdə təsdiq etmiş və Umea Universitetində postdoktor vəzifəsində işləməyə başlamışdır. 10 elmi jurnalda bu sahədə 20 məqalənin müəllifi və həmmüəllifidir. 2006-cı ildə yeni dissertasiyasını Gothenborq Universitetində müdafiə etmişdir. Həmçinin riyaziyyatın didaktikası üzrə mütəxəssisdir. Bu sahədə 12 məqaləsi çap olunmuşdur. Dil və filologiya üzrə dissertasiya müdafiə etmişdir, master dərəcəsi vardır. Rus-ingilis-isveç dilləri və sosioloji yönümlü filologiya üzrə mütəxəssisdir. Bu sahədə 100-ə yaxın məqaləsi vardır. 50 beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir. Riyaziyyatın didaktikası üzrə 1 doktor, 20 master və 60 magistr işinə elmi rəhbərlik, 5 PhD işinin müdafiəsində opponentlik etmişdir.

2000-ci ildən İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasiyasının (AFİ) İdarə Heyətinin üzvüdür. “Qobustan-Azərbaycan Aydınlar Ocağı” təşkilatının rəhbəridir.

2022-ci ildə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

QR kodu: SƏADƏT KƏRİMİ
Zərifə Osmanlı
ZƏRİFƏ OSMANLİ Ph.D.

İtaliya

Padova Universiteti, Biotibbi Elmlər departamenti, postdoktoral tədqiqatçı

İxtisas:Bioinformatika

2023-cü ildə Fransanın Monpelye Universitetində struktur bioinformatika sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Altı elmi məqalənin müəllifidir. Marie Skłodowska-Curie Tədqiqat və İnnovativ Mübadilə qrantının idarəetmə heyətində Avropa üzrə nümayəndə kimi fəaliyyət göstərmişdir. Onun əsas tədqiqat sahəsi süni intellekt və maşın öyrənməsi metodlarının neyrodegenerativ xəstəliklər kontekstində zülal quruluşları və funksiyalarının öyrənilməsinə yönəlib.

QR kodu: ZƏRİFƏ OSMANLİ
İlham Axundov
İLHAM AXUNDOV Ph.D.

Kanada

Vaterloo Universiteti (University of Waterloo), riyaziyyat, biznes və mühasibat proqramları direktoru

İxtisas:Riyaziyyat

Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində 24 elmi məqalə və 3 dərs vəsaitinin müəllifidir. Üç elmi jurnal və bir kitab üçün rəyçi (referee) kimi çıxış etmişdir.

Sankt-Peterburq Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda və Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif elmi seminarlarla yanaşı, 18 beynəlxalq seminar və konfransda məruzəçi kimi iştirak etmişdir.

İki doktorant və dörd magistrantın elmi rəhbəri olmuş, həmçinin imtahan komissiyalarında fəaliyyət göstərmişdir.

2017-ci ildə Vaterloo Universitetinin Ən yüksək performans mükafatına layiq görülmüşdür.

Azərbaycan diasporunun inkişafına verdiyi töhfəyə görə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

QR kodu: İLHAM AXUNDOV
Rıza Moridi
RİZA MORİDİ Ph.D.

Kanada

Toronto Universiteti, Massey Kolleci, böyük elmi işçi

İxtisas:Fizika

Kanada Radiasiya Təhlükəsizliyi İnstitutu, Direktorlar Şurasının sədri

Ser Nevill Mottun (Nobel mükafatı laureatı) kristal olmayan yarımkeçiricilər nəzəriyyəsinin eksperimental yoxlanılması üzrə apardığı tədqiqat 1986-cı ildə Böyük Britaniyanın Fizika İnstitutu tərəfindən təqaüdlə mükafatlandırılmışdır. 1992-ci ildə isə Böyük Britaniya Mühəndislik və Texnologiya İnstitutunun təqaüdünü alaraq qeyri-kristal yarımkeçirici cihazlarda yaddaş kommutasiya mexanizminin eksperimental yoxlanılması sahəsində tədqiqat aparmışdır.

O, 27 resenziyalı elmi məqalənin, 18 konfrans tezisinin, 81 texniki hesabat və sənədin, 13 radiasiya təhlükəsizliyi üzrə təlim kitabçasının və əlavə olaraq 18 məqalənin müəllifi və ya həmmüəllifidir.

50-dən çox beynəlxalq konfransda məruzələrlə çıxış və elmi ictimaiyyət qarşısında tədqiqat nəticələrini təqdim etmişdir.

QR kodu: RİZA MORİDİ
Səbinə İsgəndərova
SƏBİNƏ İSGƏNDƏROVA Ph.D.

Kanada

Kalqari Universiteti Ətraf Mühitin İdarə Edilməsi Proqramının təlimatçısı, Bay River kolleci, Kalqari, Alberta, Kanada, Tətbiqi ətraf mühit texnologiyaları fakültəsinin üzvü və təlimatçısı

İxtisas:Biologiya

Tədqiqat nəticələri tanınmış elmi jurnallarda (məsələn, Journal of Biological Chemistry (JBC), Biochemistry) nəşr olunmuş 18 elmi məqalə və bir sıra konfrans materiallarında təqdim edilmişdir. Elmi fəaliyyətinə görə bir sıra fərdi mükafatlara, o cümlədən Max Planck Society Doktorantura Təqaüdü (2003–2004), Alberta Innovates Health Solutions Təqaüdü (2008–2010) və Merck-Frosst Sənaye Tədqiqat Mükafatına (2008) layiq görülmüşdür. Son 11 il ərzində 1000-dən artıq şagird və tələbəyə təlim keçmişdir.

QR kodu: SƏBİNƏ İSGƏNDƏROVA
Yulduz Rəhimov
YULDUZ RƏHİMOV Ph.D.

Kanada

Kanada, York Universitetinin Elm fakültəsinin Riyaziyyat və Statistika departamenti, mövsümi dosent (Uzun Xidmət Tədris Təyinatlı)

İxtisas:Riyaziyyat

Əməliyyatların tədqiqi ve riyazi modelləşdirmə sahəsində mütəxəssisdir. 1981-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində (Moskva şəhəri) Tətbiqi Riyaziyyat üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə Hesablama Texnikasının, Riyazi Modelləşdirmənin və Riyazi Metodların Tədqiqatda Tətbiqi sahəsində Baş Elmi Tədqiqatçı diplomuna layiq görülmüşdür. 1999–2024-cü illərdə Kanadanın York və Toronto Universitetlərində 25-dən çox müxtəlif PhD, magistr və bakalavr kursları tədris etmişdir. Müxtəlif beynəlxalq elmi jurnallarda 25-dən çox məqaləsi dərc olunmuşdur. Bir dərs vəsaiti və bir kitabın müəllifidir. ABŞ, Kanada, Avstraliya, İtaliya, Çin və Rusiyada keçirilmiş 12 beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun, Kanadanın Fields Riyazi Tədqiqatlar İnstitutunun, Toronto və York Universitetlərinin və ADA Universitetinin elmi seminarlarında məruzələrlə çıxış etmişdir. 2008-ci ildə Vyanada (Avstriya) keçirilən Modelləşdirmə, İdarəetmə və Avtomatlaşdırmada Hesablama İntellekti üzrə Beynəlxalq Konfransın Təhlil Komitəsində fəaliyyət göstərmişdir. İNFOCOMP 2013 (Lissabon, Portuqaliya) və İNFOCOMP 2015 (Brüssel, Belçika) beynəlxalq konfranslarının proqram komitələrinin üzvü olmuşdur. İki ali məktəb dərs vəsaitində istinad olunmuşdur. 2013-cü ildə York Universitetinin Elm fakültəsi tərəfindən “Tədrisdə Mükəmməllik Mükafatı” ilə təltif olunmuşdur – bu mükafat ona tədris mükəmməlliyinə və fakültə qarşısında göstərdiyi xidmətlərə görə verilmişdir. Professor Robert G.Burns ilə birlikdə keçmiş SSRİ Elmlər Akademiyasının akademiki N.N.Moiseyevin “İnsan və Noosfera” və “Sabah nə qədər uzaqdır” adlı əsərlərini İngilis dilinə tərcümə etmişdir. Sonuncu kitabın tərcüməsi 2022-ci ildə Birkhauser nəşriyyatı tərəfindən nəşr edilmişdir.

QR kodu: YULDUZ RƏHİMOV
Rövşən İbrahimov
RÖVŞƏN İBRAHİMOV Prof. Dr.

Koreya

Regionşünaslıq üzrə Hankuk Universitetinin professoru

İxtisas:Beynəlxalq hüquq

Rövşən İbrahimov Azərbaycan, Türkiyə, Almaniya, Polşa, Qazaxıstan və Cənubi Koreyanın müxtəlif universitetlərində beynəlxalq əlaqələr və enerji siyasəti sahəsində professor vəzifəsində çalışıb və hazırda Hankuk Xarici Dillər Universitetində (HUFS) və Xəzər Universitetində professor kimi fəaliyyət göstərir.

O, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Xarici Siyasət Analizi, beynəlxalq əlaqələr və diaspor sahəsindəki fəaliyyətlərinə görə təltif edilib.

Professor R.İbrahimov, Oxford Universiteti, Soros Fondu, Sasakava Fondu və Soyuq Müharibə Araşdırmaları Proqramı kimi nüfuzlu institutlardan təqaüd və elmi mükafatlar alıb. Enerji təhlükəsizliyi, xarici siyasət və beynəlxalq münasibətlər sahəsində 200-dən çox elmi məqalənin müəllifidir.

2024-cü ildə “Kiçik Dövlətlərin Xarici Siyasəti: Müasir Dünyada Cənubi Qafqaz Dövlətləri və Onun Hüdudlarından Kənar” adlı kitabı nəşr olunub. “Springer Nature Switzerland”, “Routledge” və “Caspian Report” kimi beynəlxalq nəşriyyat və tədqiqat institutlarında məqalələri dərc olunub.

Beynəlxalq enerji, geosiyasət mövzularında elmi konfrans və zirvə görüşlərində mütəmadi çıxışlar edir. Prof. Dr. Rövşən İbrahimov, Azərbaycanın enerji diplomatiyası və xarici siyasəti sahəsində aparıcı mütəxəssislərdən biri olub, geniş akademik təcrübəyə və zəngin elmi araşdırma portfelinə malikdir. Beynəlxalq strateji müzakirələrdə fəal iştirakı ilə fərqlənir.

Eyni zamanda Qafqaz Universitetində Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Beynəlxalq Əlaqələr üzrə prorektor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Alim beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür və müxtəlif beyin mərkəzlərinə elmi töhfələr verir. Beynəlxalq əlaqələr və diaspor sahəsindəki fəaliyyətlərinə görə 2024-cü ildə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətlərində xidmətlərə görə” medalı təltif edilmişdir.

QR kodu: RÖVŞƏN İBRAHİMOV
Natiq Atakişiyev
NATİQ ATAKİŞİYEV Ph.D.

Meksika

Meksika Milli Muxtar Universitetinin Riyaziyyat İnstitutu, Fizika-riyaziyyat elmləri doktoru, Meksikanın Əməkdar milli tədqiqatçısı (Emeritus National researcher) Meksika Elmlər Akademiyasının üzvü

İxtisas:Fizika

Riyazi fizika sahəsində dünyanın aparıcı jurnallarında dərc edilmiş 131 elmi məqalənin və Avropa, Şimali və Cənubi Amerikanın 15 ölkəsində keçirilən beynəlxalq konfranslarda 62 elmi məruzənin müəllifi və həmmüəllifi. Bu elmi işlərə oxşar problemlərin tədqiqi ilə məşğul olan alimlərin 2825 nəşrində istinad edilmişdir (Google Scholar h-indexi 28-dir). Azərbaycanda dissertasiya müdafiə etmiş 4 aspirant və Meksikada bir doktorantın elmi rəhbəri olub.

QR kodu: NATİQ ATAKİŞİYEV
Seymur Nəsirov
SEYMUR NƏSİROV Ph.D.

Misir

DAAB İdarə Heyətinin həmsədri

İxtisas:Ərəb dili və ədəbiyyatı

Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimi, fakültənin Şərq dilləri və Ərəb dili kafedrasında elmi rəhbər, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının prezidenti, Ümumdünya Fətva Qurumları Baş Katibliyinin xarici əlaqələr üzrə müşaviri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misirdə Azərbaycan Diasporunun rəhbəri.

2016–2017-ci tədris ilindən etibarən Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimi, fakültənin Şərq Dilləri və Ərəb Dili kafedrasında elmi rəhbər kimi fəaliyyət göstərir. 2026-cı ilə qədər 1700-dən çox misirliyə Azərbaycan dilini tədris etmişdir.

İctimai və peşəkar fəaliyyəti:

  • Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının təsisçisi və prezidenti
  • Ümumdünya Fətva Qurumları Baş Katibliyinin xarici əlaqələr üzrə müşaviri
  • Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri
  • Misirdə Azərbaycan Diasporunun rəhbəri
  • Halqa Fondunun icraçı direktoru
  • Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun koordinatoru.
  • 2003-cü ildən etibarən Misirdə 100-dən çox ölkədən təhsil almağa gələn 1000-lərlə tələbəyə rəhbərlik etmiş və onların vasitəsilə Azərbaycan həqiqətlərini dünyada təbliğ etməkdədir. Hazırda (2025-ci ildə) dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 2000-dən çox tələbəyə rəhbərlik edir.

Elmi və tədqiqat fəaliyyəti:

25 ildən artıqdır ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu araşdırmaların nəticəsi olaraq, ərəbcə 250-dən çox azərbaycanlı alim haqqında iki kitab qələmə almışdır.

“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər” əsəri 2022-ci ildə Azərbaycan dilində çap olunmuşdur.

Misir kitabxanalarında yüzlərlə azərbaycanlı alimin əlyazma əsərlərini üzə çıxarmış, onların tədqiqi ilə məşğul olmuşdur.

15-dən çox elmi və publisistik məqaləsi ərəb ölkələrinin və Azərbaycanın nüfuzlu jurnallarında, ərəb və Azərbaycan dillərində dərc olunmuşdur.

Beynəlxalq fəaliyyət:

Dünyanın müxtəlif ölkələrində keçirilən 20-dən çox beynəlxalq konfransda iştirak və Azərbaycanla bağlı elmi, mədəni mövzularda çıxışlar etmişdir.

Təltifləri:

  • 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş;
  • Misirlə Azərbaycan arasında mədəni və elmi əlaqələrin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə, 2018-ci il 18 iyul tarixində Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunmuş;
  • 2019-cu ildə Misirdə yaşayan Özbəkistan Diasporuna verdiyi dəstəyə görə Özbəkistanın Misirdəki səfirliyi tərəfindən mükafatlandırılmış;
  • 2019-cu ildə Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Misirdə Seyidlərin Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılmış;
  • 2020-ci ildə ölkəmizin diaspor siyasətinə verdiyi böyük töhfələrə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuş;
  • 2024-cü ildə əl-Əzhər Universitetində təhsil alan Ərəb Ölkələri Tələbələr Birliyi (ƏÖTB) tərəfindən fəxri mükafatla təltif olunmuş;
  • 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycançılıq ideyasının həyata keçirilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi” (1923–2023) yubiley medalı ilə təltif olunmuşdur.
  • 2025-ci il sentyabrın 3-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisi tərəfindən birinci dərəcəli “Elm və fənlər” ordeni ilə təltif edilib. Seymur Nəsirov Misirdə yaşayan əcnəbilər arasında bu ordenlə təltif olunan ilk şəxsdir.
  • 2025-ci il oktyabrın 1-də Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub və Bakıda Misir Mədəniyyət Mərkəzi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.
  • 2025-ci il dekabrın 16-da, dini və intellektual işə verdiyi böyük töhfələrə, eləcə də tolerantlıq, mötədillik və mədəniyyətlərarası dialoq dəyərlərinin təşviqindəki səylərinə görə Misirin Müftisi və Dünya Fətva Evləri və Qurumları Baş Katibliyinin sədri professor Nəzir Məhəmməd Əyyad tərəfindən, dünyanın 50 ölkəsindən olan müfti və böyük alimlərin iştirakı ilə təltif olunub.
  • 2026-cı il martın 17-də elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə Misirdə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edilib.
QR kodu: SEYMUR NƏSİROV
Səidə Xəlilova
SƏİDƏ XƏLİLOVA Ph.D.

Oman

Muskat (Oman) şəhərində yerləşən Kral Konservatoriyasının təsisçisi və direktoru

İxtisas:Musiqiçi

Yeddi jurnal məqaləsinin, iki metodik və bir tədris kitabının müəllifidir. Oman Royal Opera House-da beş seminar, Sultan Qaboos Universitetində isə bir seminar keçirmişdir. 20-dən çox proqramın tərtibatçısı, həmçinin 20-yə yaxın müxtəlif layihənin, müsabiqənin və konsertin müəllifi və bədii rəhbəridir.

Dəfələrlə Yaponiya, Türkiyə, Fransa və Rusiya səfirliklərində çıxışlar etmiş, göstərdiyi fəaliyyəti üçün təşəkkürnamə və sertifikatlarla təltif olunmuşdur. Aşağıdakı iki iri həcmli konsert proqramlarının həyata keçirilməsində iştirak etmişdir:

• 31 may 2024-cü il – Şuşa şəhərində keçirilmiş “Şərq mədəniyyətinin beşiyi” adlı təxminən 250 nəfərlik auditoriya üçün təşkil edilmiş konsert proqramı.

• 30 may 2025-ci il – Oman–Azərbaycan dostluğuna həsr olunmuş və təxminən 300 nəfərlik auditoriya üçün təşkil edilmiş konsert proqramı.

Omanın nüfuzlu mətbuat orqanlarında Dr. Səidə Xəlilovanın yaradıcılığı və fəaliyyəti haqqında dəfələrlə məqalələr dərc olunmuşdur.

QR kodu: SƏİDƏ XƏLİLOVA
Şəhriyar Muxtarov
ŞƏHRİYAR MUXTAROV Ph.D.

Polşa

Vistula Universitetində doktorantura proqramının rəhbəri, İqtisadiyyat və Maliyyə kafedrasının professoru, eyni zamanda Koreya Universitetinin İqtisadiyyat kafedrasının professoru.

İxtisas:İqtisadiyyat

İqtisadiyyat sahəsində 2 dərsliyin, 3 kitab fəslinin, 1 tədqiqat qrantının və 100-dən çox elmi məqalənin müəllifidir. Bu məqalələrin 70-dən çoxu “Web of Science” və “Scopus” məlumat bazalarında indekslənən nüfuzlu jurnallarda dərc edilmişdir.

Bundan əlavə, 30-dan artıq beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, həmçinin 4 dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsində iştirak etmişdir.

Şəhriyar Muxtarov, 2023, 2024 və 2025-cü illərdə Stanford Universiteti tərəfindən hazırlanmış, dünyanın ən nüfuzlu alimlərini əhatə edən “Top 2%” siyahısında yer almışdır. O həmçinin “Journal of Sustainable Development Issues” jurnalının baş redaktorudur.

QR kodu: ŞƏHRİYAR MUXTAROV
Akif Suleymanov
AKİF SULEYMANOV Ph.D.

Qazaxıstan

Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi yanında Elmi Məsləhət Şurasının üzvü, Turan Universitetinin Beynəlxalq hüquq və hüquq kafedrasının professoru, hüquq elmləri doktoru; Parlamentarizmin İnkişafı Fondunun layihə proqramının rəhbəri

İxtisas:Hüquq

Professor Akif Süleymanov – konstitusiya hüququ və dövlət idarəçiliyi sahəsində tanınmış hüquqşünas və alimdir. Hüquq üzrə fəlsəfə doktoru (PhD) və hüquq elmləri doktoru elmi dərəcələrinə malikdir. Elmi tədqiqatları əsasən Qazaxıstan Prezidentinin Konstitusiya Şurası ilə qarşılıqlı münasibətləri və icraedici hakimiyyət orqanları üzərində ictimai nəzarətin nəzəri və praktiki aspektlərinə həsr olunmuşdur.

İyirmi ildən artıq akademik təcrübəyə malik olan professor Süleymanov Qazaxıstanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində – İqtisadiyyat və Hüquq Akademiyası, Abay adına Milli Pedaqoji Universitet, Narxoz Universiteti və hal-hazırda fəaliyyət göstərdiyi Turan Universitetində pedaqoji və inzibati vəzifələrdə çalışmışdır.

O, dövlət idarəçiliyi, konstitusionalizm, ictimai nəzarət, insan və vətəndaş hüquqları sahələrinə dair 2 dərsliyin və 8 dərs vəsaitinin müəllifi və ya həmmüəllifidir. Konstitusiya hüququ, ictimai nəzarət, gender siyasəti və Qazaxıstanın siyasi sistemi üzrə aparılmış tədqiqatları nəticəsində 100-dən çox elmi məqaləsi dərc olunmuşdur. Bu məqalələrdən 6-sı nüfuzlu beynəlxalq elmi jurnallarda və “Scopus” indeksli bazalarda yer alır. Eləcə də onun elmi yazıları Qazaxıstan və MDB ölkələrinin Ali Attestasiya Komissiyalarının təsdiqlədiyi jurnallarda, habelə yaxın və uzaq xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir.

Elmi fəaliyyəti ilə yanaşı, dövlət idarəçiliyi sahəsində də fəal iştirak edən professor Süleymanov Qazaxıstan Xalq Assambleyasının, Konstitusiya Məhkəməsinin və Parlamentarizmin İnkişafı Fondunun ekspert və müşavirə şuralarının üzvüdür.

Elmi nailiyyətlərinə və ictimai xidmətlərinə görə “Birlik” qızıl medalı ilə, habelə Qazaxıstan Respublikasının Ədliyyə və Təhsil Nazirliklərinin fəxri fərmanları ilə təltif edilmişdir. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Qırğızıstanda hüquq sahəsinə dair bir sıra elmi jurnalların redaksiya heyətlərinin üzvü kimi fəaliyyət göstərir.

QR kodu: AKİF SULEYMANOV
Arzu Qurbanova
ARZU QURBANOVA Ph.D.

Qazaxıstan

Pedaqoji elmlər namizədi, Orta Asiya İnnovasiya Universitetinin Dillər və Ədəbiyyat kafedrasının professoru

İxtisas:Filologiya

Professor Arzu Qurbanova “İngilis dilinin stilistikası”, “İngilis dilinin qrammatikası”, “İngiltərə tarixi”, “İngilis dilinin praktiki fonetikası” və digər fənlər üzrə mühazirələr aparmışdır. “İngilis dilinin qrammatikası”, “İngilis dilinin fonetikası”, “İngilis dilinin stilistikası” dərsliklərinin və “Ali məktəb tələbələrinin ingilis dili dərsində müstəqil işinin artırılması üçün pedaqoji şərtlər” adlı monoqrafiyanın müəllifidir.

Yerli və xarici nəşrlərdə, o cümlədən “Scopus” bazasında indekslənən jurnallarda 250-dən çox elmi məqalənin müəllifidir. Müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq elmi konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. İngilis dilinin tədrisi metodikası üzrə 100-dən çox magistr dissertasiyasının elmi rəhbəri olmuş, 2 namizədlik dissertasiyasının müdafiəsində opponent kimi iştirak etmişdir.

2020-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə Təşəkkürnamə ilə təltif edilmişdir.

Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərini Azərbaycan dilindən qazax dilinə tərcümə etmişdir (2012). Həmçinin məşhur pəhləvan Hacımükan Mınaytpasovun 150 illik yubileyi münasibətilə çap olunmuş “Güc sahibi – Hacımükan” kitabını qazax dilindən rus və ingilis dillərinə tərcümə etmişdir (2021).

Elmi-pedaqoji fəaliyyəti çərçivəsində 150-dən çox magistrantın dissertasiya işinə rəhbərlik etmişdir.

Mükafatlar:

  • “Bilik sahəsinin əlaçısı” medalı («Білім беру ісінің үздігі»), 2013
  • Qazaxıstan Xalq Assambleyasının 20 illik yubiley medalı, 2015
  • “Birlik” qızıl medalı («Бірлік»), 2018
  • “Mehriban ana” qızıl medalı, Azərbaycan Respublikasının Dədə Qorqud Fondu, 2019
  • Qazaxıstan Xalq Assambleyasının 25 illik yubiley medalı, 2020
  • Qazaxıstan Xalq Assambleyasının “Meyirim” döş nişanı («Мейірім»), 2020
  • Beynəlxalq əlaqələr və diaspor sahəsindəki fəaliyyətlərinə görə 2024-cü ildə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətlərində xidmətlərə görə” medalı ilə təltif edilmişdir
  • Qazaxıstan Xalq Assambleyasının 30 illik yubiley medalı, 2025
QR kodu: ARZU QURBANOVA
Tofiq Aydarov
TOFİQ AYDAROV Ph.D.

Qazaxıstan

M.Auezov adına Cənubi Qazaxıstan Universiteti, Menecment və Marketinq kafedrasının müdiri

İxtisas:Mühəndis

5 monoqrafiyanın, reytinqli elmi jurnallarda dərc olunmuş 7 məqalənin və Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin tövsiyə etdiyi jurnallarda çap olunmuş 15 məqalənin müəllifidir.

Beynəlxalq elmi-praktik konfranslarda çıxışlarla təqdim olunmuş 70-dən çox məqalənin müəllifi, həmçinin 15 magistr tələbənin elmi rəhbəridir.

Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 22.05.2023-cü il tarixli 36257 nömrəli və 26.05.2023-cü il tarixli 36258 nömrəli iki əqli mülkiyyət şəhadətnaməsinin müəllifidir.

Bundan əlavə, 3 elmi layihənin qalibi olmuş və tədris, eləcə də istehsalat proseslərində 70-dən artıq icra aktının müəllifi və iştirakçısıdır.

QR kodu: TOFİQ AYDAROV
Akif Alaferdov
AKİF ALAFERDOV Ph.D.

Qırğızıstan

Qırğızıstan Respublikasının Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri

İxtisas:Həkim

Akif Alaferdov 1933-cü ildə Qırğızıstana deportasiya edilmiş azərbaycanlıların nəslindən olan tanınmış travmatoloqdur.

Akif doktor femur (bud sümükləri) boynu sınıqlarının cərrahi müalicəsi metodologiyasına mühüm töhfələr vermişdir. Mak-Merrey əməliyyatında istifadə olunan “sökülə bilən fiksator”un ixtirasına görə patent almışdır. Akif Alaferdov bir monoqrafiya, 35-dən çox elmi məqalə, 3 metodik vəsait və femur boynu sınıqlarının cərrahi müdaxilə ilə müalicəsinə dair 20-dən çox səmərələşdirici təklifin müəllifidir.

Peşəkar fəaliyyəti dövründə Alaferdov, Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinə aid Milli Hospitalda Mürəkkəb travmalar şöbəsinin rəhbəri və Qırğızıstan Dövlət Tibb İnstitutunun Xüsusi Elmi Şurasının üzvü olmuşdur. O, minlərlə əməliyyat həyata keçirmiş, yüksək ixtisaslı mütəxəssislər yetişdirmişdir. Onun bu sahədəki xidmətləri 1997-ci ildə Qırğızıstan Respublikasının Prezidenti tərəfindən Fəxri Fərmanla qiymətləndirilmiş və 2003-cü ildə isə “Əməkdar həkim” adına layiq görülmüşdür.

Tibb sahəsindəki nailiyyətlərindən əlavə, Alaferdov ictimai və mədəni fəaliyyətlə də məşğul olmuşdur. 1997–2013-cü illər ərzində o, Qırğızıstanda yaşayan azərbaycanlıların “Azəri” İctimai Birliyinin sədri olmuşdur. Onun rəhbərliyi altında Azərbaycan dilində bazar günü məktəbləri açılmış, məscidlər inşa edilmiş və “Ulduzlar” adlı folklor ansamblı yaradılmışdır. O, Azərbaycan və Qırğızıstan arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə bir çox tədbirlərdə iştirak etmiş, hər iki tərəfi təmsil edən deputatlar, yazıçılar, ictimai xadimlər və diaspor nümayəndələrinin iştirakı ilə bir çox illər “Bişkek-Bakı” adlı telekörpülər təşkil etmişdir.

Uzunmüddətli ictimai fəaliyyətinə görə Akif Alaferdov 2008-ci ildə “Dank” dövlət mükafatı, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilmişdir. 2023-cü ildə Qırğızıstan Prezidenti tərəfindən xalqlar arasında sülh, dostluq və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə “Dostuk” ordeni ilə təltif edilmişdir. Mədəniyyət, elm, ədəbiyyat və ictimai fəaliyyət sahələrindəki nailiyyətlərinə görə “Çingiz Aytmatov” medalı ilə mükafatlandırılmışdır.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

QR kodu: AKİF ALAFERDOV
Ağamalı Məmmədov
AĞAMALI MƏMMƏDOV Prof. Dr.

Rusiya Federasiyası

Lomonosov adına Moskva Dövlət Universiteti Kommunikasiya və Sosiologiya Kafedrasının müdiri, Rusiya Yazıçılar Birliyinin üzvü

İxtisas:Fəlsəfə, Hüquq

Professor Məmmədov sosiologiya sahəsində 42 kitabın, 128 elmi məqalənin və 250-dən çox ictimai-publisistik məqalənin müəllifidir. O, 60-dan çox beynəlxalq və yerli elmi konfransda məruzəçi kimi iştirak etmiş, 54 monoqrafiyanın və dərsliyin müəllifi və ya həmmüəllifi olmuşdur. Elmi rəhbərliyi altında 25 elmlər namizədi və 3 elmlər doktoru yetişmişdir.

Elmi və pedaqoji fəaliyyətinə görə Rusiya Prezidentinin Mədəniyyət üzrə mükafatına və V. Potanin Fondunun “Education-Online Grant” mükafatına layiq görülmüşdür. Onun elmi fəaliyyətinin təsir gücünü əks etdirən Hirsch indeksi 49-dur. Eyni zamanda professor A.Məmmədovun yaradıcılığı təkcə elmi sahə ilə məhdudlaşmır. O, bir sıra cizgi filmləri, teatr əsərləri və ssenarilərin müəllifidir. Məqalələri bir çox nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur və müxtəlif ölkələrlə birgə elmi layihələrdə fəal iştirak etmişdir.

QR kodu: AĞAMALI MƏMMƏDOV
Eldar Əhədov
ELDAR ƏHƏDOV Ph.D.

Rusiya Federasiyası

Yazıçı və şair, Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəri

İxtisas:Filologiya

Sankt-Peterburq Mədən Universitetinin məzunudur. TNK-BP və ROSNEFT kimi nüfuzlu şirkətlərdə çalışmışdır. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində nəşr olunmuş 100-ə yaxın kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü (2021), Rusiya Yazıçılar Birliyinin üzvü (2000), Rusiya Milli Coğrafiya Cəmiyyətinin üzvü (2016), PEN International-ın üzvü, Arktika və Sibirin səyyahı və tədqiqatçısıdır.

Avrasiya və Afrika Xalqları Assambleyası Ədəbi Şurasının həmsədri, Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəri və Rusiya Milli Coğrafiya Cəmiyyətinin Krasnoyarsk bölməsinin Toponimik Komissiyasının sədridir. “Sülh naminə” (Rusiya), “Za-Za Verlag” (Almaniya), Vincenzo Padula (İtaliya), Naci Naaman (Livan) mükafatlarına, eləcə də Dünya Yazıçılar Təşkilatının üç gümüş medalına, o cümlədən “Dünya ədəbiyyatının inkişafına töhfəyə görə” medalına layiq görülmüşdür.

QR kodu: ELDAR ƏHƏDOV
Ələddin Allahverdiyev
ƏLƏDDİN ALLAHVERDİYEV Prof. Dr.

Rusiya Federasiyası

Keçmiş SSRİ Elektron Sənayesi Nazirliyi, Elmi Tədqiqat “Fonon” İnstitutu – şöbə müdiri, Moskva Dövlət Biznes İdarəetmə Akademiyası – professor, kafedra müdiri, dekan, prorektor, birinci prorektor, “MİET” Milli Tədqiqat Universiteti – professor, Təhsil Prosesinin Keyfiyyəti sahəsinin rəhbəri, prorektor müavini

İxtisas:Riyaziyyat

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin və onun aspiranturasının məzunudur.

Dünya okeanı və kosmik fəzanın tədqiqi, dəniz seysmik kəşfiyyatı, elektronika, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsinə dair riyazi modellərin və metodların işlənməsi sahəsində tanınmış Sovet, Rusiya və Azərbaycan alimidir.

Uzun illər ərzində həllini tapmayan, dinamik rejimdə əvvəlcədən tələb olunan fiziki xüsusiyyətlərə cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasının müəyyən edilməsi problemini ilk dəfə həll etməyə nail olmuşdur. Bu problemin həlli dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə, müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdən – süni peyklərdən və kosmik gəmilərdən qeydə alınıb, Uçuşları İdarəetmə Mərkəzinə ötürmək və qəbul etmək üçün qəbuledici-ötürücü qurğularının yaradılmasına imkan yaratmışdır. Hərbi texnikada istifadə olunan pyezoelektrik cihazların yaradılmasında vacib olan iki və üçölçülü dinamik məsələlərin həll metodunu da ilk dəfə uğurla tətbiq etmişdir. Disk formalı pyezokeramik membranlarda “kənar effektinin” mövcudluğu da nəzəri cəhətdən ilk dəfə onun tərəfindən açılmışdır. Həmmüəllifləriylə birgə hazırlanmış pyezokeramik ötürücü süni ürək yaratmaq probleminin həllində uğurla istifadə edilmişdir. 450-dən çox açıq və qapalı (məxfi) elmi əsərin, ixtiraların, monoqrafiyaların, ali təhsil dərsliklərinin, ali peşə təhsilinin təşkili problemlərinə və təhsil texnologiyalarına dair bir sıra elmi məqalənin müəllifidir. Elmi rəhbərliyi altında 7 aspirant, o cümlədən 3 azərbaycanlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Ümumiyyətlə, əldə edilmiş elmi nəticələr əsasında 30 beynəlxalq və ümumittifaq qurultay, konqres, konfrans və simpoziumlarda 60-dan çox, o cümlədən 12 sifarişli plenar elmi məruzə ilə çıxış etmişdir.

Professor Ələddin Allahverdiyevin elm, texnika və təhsil sahələrində qazandığı nailiyyətlərə görə aldığı bəzi mükafat və təltifləri:

Rusiya Kosmonavtika Federasiyasının Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, kosmik proqramlar üzrə Dövlət komissiyasının sədri Georgi Aleksandroviç Tyulin adına medal;

Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin Sosialist Əməyi Qəhrəmanı, akademik, dörd Lenin ordenli, bir neçə Dövlət mükafatı laureatı Xəlil Əhmədoviç Raxmatulin adına medal;

“Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adı;

Üç dəfə – 1975, 1977 və 1980-ci illərdə – Sov.İKP MK-nın, keçmiş SSRİ Nazirlər Sovetinin, Həmkarlar İttifaqı MK-nın, ÜİLKGİ MK-nın təsis etdiyi “Sosializm yarışının qalibi” döş nişanları;

“Moskvanın 850 illiyi” dövlət medalı;

“M.V.Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı;

Ümum-Rusiya Sərgi Mərkəzinin qızıl medalı;

Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi diplomu;

4 il dalbadal (2001–2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi “Moskva Qrantı” müsabiqəsinin laureatı adı və pul mükafatları;

Rusiya Federasiyasının, bəzi xarici ölkələrin, bir çox beynəlxalq qurumların, təşkilatların çoxsaylı fəxri fərmanları, diplomları, sertifikatları və s.

QR kodu: ƏLƏDDİN ALLAHVERDİYEV
Əliheydər Rəhimov
ƏLİHEYDƏR RƏHİMOV Prof. Dr.

Rusiya Federasiyası

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Anesteziologiya və Reanimatologiya kafedrasının professoru, tibb elmləri doktoru, professor, ali dərəcəli transfuzioloq həkim

İxtisas:Həkim
E-poçt:ra50@mail.ru

1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1980-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1988-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alıb, 1993-cü ildən professordur.

Transfuziologiya sahəsində 390-dan çox elmi işin, o cümlədən 18 monoqrafiyanın və 13 dərs və metodik vəsaitin müəllifidir. 4 ixtiranın müəllifidir, 15 fəlsəfə doktoru və 6 elmlər doktoru hazırlamışdır. Elmi fəaliyyəti və xidmətlərinə görə “İlin adamı” (2000), “Ən yaxşı elmi monoqrafiya” (2001) mükafatları və “Akademik B.V.Petrovski medalı” (2009) ilə təltif olunmuşdur.

Rusiya və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü, bir sıra nüfuzlu beynəlxalq konfransların iştirakçısı və təşkilatçısıdır. Transfuziologiya sahəsində Rusiya və Azərbaycan elmi cəmiyyətlərində fəal iştirak edir.

QR kodu: ƏLİHEYDƏR RƏHİMOV
Emil Əhmədov
EMİL ƏHMƏDOV Ph.D.

Rusiya Federasiyası

Moskva Fizika-Texniki İnstitutu, L. D. Landau adına Nəzəri Fizika kafedrasının müdiri

İxtisas:Fizika

Nəzəri fizika və riyaziyyat sahəsində 6 elmi kitabın və bir dərsliyin müəllifidir. Nüfuzlu beynəlxalq jurnallarda 80-ə yaxın elmi məqaləsi dərc olunmuşdur. Avropa, Amerika, Hindistan, Koreya və Yaponiyada keçirilən mötəbər beynəlxalq konfranslarda 100-ə yaxın məruzə ilə çıxış etmişdir.

6 PhD tələbəsinin elmi rəhbəri olmuşdur.

Rusiya Elm və Təhsil Nazirliyi, Prezident Fondu və beynəlxalq elmi qurumlar tərəfindən dəfələrlə qrant və təltiflərə layiq görülmüş, Almaniya və Yaponiyada dəvətli professor kimi çalışmış, elmdə və təhsildə fəal xidmətlərinə görə medallarla təltif edilmişdir.

QR kodu: EMİL ƏHMƏDOV
İsmayıl Əliyev
İSMAYİL ƏLİYEV Prof. Dr.

Rusiya Federasiyası

Sankt-Peterburq Dövlət İqtisad Universitetində kafedra müdiri (2020–2023) Sankt-Peterburq Dövlət İqtisad Universiteti “Müəssisələrin və Sənaye Komplekslərinin İqtisadiyyatı və İdarə Edilməsi” kafedrasında professoru

İxtisas:İqtisadiyyat

Professor İsmayıl Əliyevin 150-dən artıq elmi işi çap olunmuşdur. Bu əsərlərə monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, eləcə də yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələr daxildir. Əsas nəşrləri sırasında Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən qrif verilmiş və “Yurayt” nəşriyyatında dəfələrlə nəşr olunmuş “Əməyin iqtisadiyyatı” dərsliyi (V nəşr), “İnsan resurslarının idarə edilməsi” dərsliyi (IV nəşr, sertifikatlaşdırılmış) və “Gəlir və əməkhaqqı siyasəti” dərsliyi xüsusi yer tutur.

Onun elmi fəaliyyəti əməyin iqtisadiyyatı, dövlətin sosial siyasət strategiyası, əhalinin həyat səviyyəsi və keyfiyyəti, sosial-iqtisadi siyasətin formalaşdırılması, əmək və əməkhaqqının idarə edilməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi, həmçinin insan resurslarının idarə olunması kimi prioritet istiqamətləri əhatə edir.

Professor Əliyev elmi-pedaqoji kadr hazırlığı sahəsində də ciddi töhfələr vermişdir. Onun rəhbərliyi altında 10 elmlər namizədi və 2 elmlər doktoru dissertasiya müdafiə etmişdir.

2002–2019-cu illərdə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin “Əməyin İqtisadiyyatı” kafedrasında müdir müavini vəzifəsində çalışmış, 2020–2023-cü illərdə isə həmin universitetin kafedra müdiri olmuşdur. 2023-cü ildən etibarən “Müəssisələrin və sənaye komplekslərinin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının professoru kimi fəaliyyətini davam etdirir.

2022-ci ildə Regional və Sahə İqtisadiyyatı (Əməyin iqtisadiyyatı) üzrə Dissertasiya Şurasının sədri təyin edilmiş və həmin ildən etibarən universitetin “Əməyin İqtisadiyyatı” elmi məktəbinin rəhbəridir.

Təhsilin inkişafına verdiyi töhfələr və uzunmüddətli səmərəli fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. O, 4 may 2018-ci il tarixli, №333/k-n saylı sərəncamla Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Fəxri Fərmanı ilə, eləcə də Sankt-Peterburqda ali təhsilin inkişafında şəxsi töhfəsinə görə Sankt-Peterburq Qanunvericilik Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

QR kodu: İSMAYİL ƏLİYEV
Kamran Rüstəmov
KAMRAN RÜSTƏMOV Prof. Dr.

Rusiya Federasiyası

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının (RAAİSN) əcnəbi üzvü, Azərbaycan və Rusiya jurnalistlər ittifaqlarının üzvü

İxtisas:Mühəndis

Elm və texnikanın neft və qaz yataqlarının işlənməsi və istismarı, qazma hidravlikası, qeyri-Nyuton mexanikası, boru kəmərləri sistemləri kimi müxtəlif sahələri üzrə 300-dən çox elmi məqalə və dərsliyin müəllifidir.

K.E.Rüstəmovun yetişdirdiyi elmlər doktorları, namizədlər, mühəndislər və mütəxəssislər bu gün yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da fəaliyyət göstərirlər.

Publisist kimi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və dövlət siyasəti ilə bağlı həqiqətləri rusdilli auditoriyaya çatdırır.

Onun fəaliyyət göstərdiyi Dzen platforması – İsveçrənin “Yandex Services AG” şirkətinə məxsus internet üzərindən məqalə paylaşımı və məzmun tövsiyəsi xidməti göstərən qlobal platformadır və təxminən 50 dildə istifadə olunur.

QR kodu: KAMRAN RÜSTƏMOV
Nigar Məsumova
NİGAR MƏSUMOVA Ph.D.

Rusiya Federasiyası

İqtisad elmləri namizədi, dosent, Reklam və İctimaiyyətlə Əlaqələr kafedrasının müdiri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Jurnalistika fakültəsinin dekan müavini

İxtisas:İqtisadiyyat

Türkiyə iqtisadiyyatı üzrə ekspertdir. “XX–XXI əsrlərin qovşağında Türkiyə iqtisadiyyatının modernləşdirilməsinin xüsusiyyətləri” monoqrafiyasının müəllifi, “Türkiyə iqtisadiyyatı” dərsliyinin həmmüəllifidir.

Bundan əlavə, “Sənaye siyasəti” və “World Economy and International Business: Theories, Trends and Challenges” (Scopus indeksli) adlı monoqrafiyaların da həmmüəllifidir.

QR kodu: NİGAR MƏSUMOVA
Nizami Məmmədov
NİZAMİ MƏMMƏDOV Prof. Dr.

Rusiya Federasiyası

Rusiya Prezident Akademiyasının (RANEPA) professoru, Rusiyanın fəxri təhsil işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının, Rusiya Ekologiya Akademiyasının və Beynəlxalq Kommunikologiya Akademiyasının həqiqi üzvü, UNESCO-nun rəsmi eksperti

İxtisas:Mühəndis

400-dən çox nəşrin, o cümlədən azərbaycan, ingilis, ispan və rus dillərində çap olunmuş monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. Onun 10–11-ci siniflər üçün hazırladığı “Ekologiya” dərsliyi 1996-cı ildən etibarən nəşr olunur və MDB ölkələrində geniş yayılmışdır. Elmi rəhbərliyi altında 40 namizədlik və doktorluq dissertasiyası uğurla müdafiə olunmuşdur.

QR kodu: NİZAMİ MƏMMƏDOV
Sevinc Əsgərova
SEVİNC ƏSGƏROVA Ph.D.

Rusiya Federasiyası

Tibb elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) akademiki, Əməkdar elm və təhsil xadimi, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru və baş elmi işçisi

İxtisas:Həkim

Avropanın Plastik və Rekonstruktiv Oftalmoloji Cərrahlar Cəmiyyətinin (ESOPRS) həqiqi üzvü, Türkdilli Ölkələrin Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü və koordinatorudur. Eyni zamanda Amerika Oftalmoloqlar Cəmiyyətinin, Beynəlxalq Dakrioloji Cəmiyyətin, Beynəlxalq Uşaq Oftalmoloqları Cəmiyyətinin, Rusiya Oftalmologiya Cəmiyyətinin, Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin, Beynəlxalq Alimlər, Müəllimlər və Mütəxəssislər Birliyinin, həmçinin “Elm və Təhsilin Müasir Problemləri” internet nəşrinin Ekspert Şurasının üzvüdür.

Doktorluq dissertasiyasını 2005-ci ildə Moskva şəhərində S.N.Fyodorov adına Elmi-Texniki Kompleksin Gözün Mikrocərrahiyyəsi İnstitutunda uğurla müdafiə etmişdir.

18 ixtira patentinin, 15 səmərələşdirici təklifin və 140-dan çox elmi məqalə və tezisin müəllifidir. Elmi və pedaqoji fəaliyyətinə görə Hippokrat və V.İ.Vernadski adına qızıl medallarla təltif olunmuşdur.

QR kodu: SEVİNC ƏSGƏROVA
Suleyman Allahverdiyev
SULEYMAN ALLAHVERDİYEV Ph.D.

Rusiya Federasiyası

Biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, REA-nın K.A. Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun “İdarə olunan Fotobiosintez” laboratoriyasının müdiri (Moskva), REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi (Puşçino), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fizika və Texnologiya İnstitutunun professoru, Türkiyədə isə Bahçeşehir Universitetinin “Fotosintez və Hidrogen Enerjisi” laboratoriyasının müdiridir

İxtisas:Fizika

Biofizika, biokimya və molekulyar biologiya sahəsində 12 elmi kitabın müəllifidir – onlardan 4-ü rus, 8-i ingilis dilində nəşr olunmuşdur. Beynəlxalq elmi jurnallarda 450-dən çox məqaləsi dərc olunmuş, 48 kitab fəsli isə Rusiya və xaricdə nəşr edilən elmi toplularda çap olunmuşdur.

“Google Scholar” məlumatına görə, elmi işlərinə 35 000-dən çox istinad edilmiş, H-indeksi 91-dir.

Son 30 il ərzində 75 beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, 7 ixtiranın müəllifi, 11 PhD və 2 elmlər doktorunun elmi rəhbəri olmuşdur.

Elmi nailiyyətlərinə görə Rusiya Federasiyasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, həmçinin Beynəlxalq Qlobal Enerji mükafatının laureatıdır.

QR kodu: SULEYMAN ALLAHVERDİYEV
Vahid Qədimov
VAHİD QƏDİMOV Ph.D.

Rusiya Federasiyası

Rusiya Texnologiya Universiteti (MİREA), Ali Riyaziyyat və Proqramlaşdırma kafedrasının professoru

İxtisas:Riyaziyyat

250-dən çox elmi və tədris əsərinin, o cümlədən bir sıra elmi-texniki hesabatların və 6 müəlliflik şəhadətnaməsinin müəllifidir. Magistrantların, PhD tələbələrinin və dissertantların elmi işlərinə rəhbərlik etmiş, onlardan 5 nəfəri namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Almaniya, Yuqoslaviya, Macarıstan, Yunanıstan, Azərbaycan, Türkiyə və ABŞ-də keçirilən ümum-Rusiya və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

Beynəlxalq elmi cəmiyyətlərin – GAMM və EUROMECH-nin üzvüdür. Tətbiqi riyaziyyat və mexanikanın seçilmiş sahələri üzrə mühazirələr oxumaq və birgə elmi tədqiqatlar aparmaq məqsədilə dəfələrlə Almaniyanın müxtəlif universitetlərinə dəvət olunmuşdur.

QR kodu: VAHİD QƏDİMOV
Zahid Qocayev
ZAHİD QOCAYEV Prof. Dr.

Rusiya Federasiyası

Federal Elmi Aqrotexnika Mərkəzi VIM-in (FGBNU) İnnovasiya və Tətbiqetmə üzrə direktor müavini, Moskva Politexnik Universitetinin və N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professoru, texnika elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü

İxtisas:Mühəndis

150-dən çox elmi işi, monoqrafiyası və ixtirası vardır. Maşınqayırma, tətbiqi riyaziyyat və informatika sahələri üzrə bir sıra dərsliklərin müəllifidir. Son illərdə “İntellektual maşın texnologiyaları”nın yaradılması və nanotexnologiyanın maşınqayırma sahəsində tətbiqi üzrə elmi layihələrə rəhbərlik edir. 2019-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə almış, dəfələrlə keçmiş SSRİ Kənd Təsərrüfatı Avtomobilləri Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2011-ci ildə ona “Rusiyanın fəxri maşınqayırmaçısı” nişanı təqdim edilmişdir.

QR kodu: ZAHİD QOCAYEV
Azər Abdullayev
AZƏR ABDULLAYEV Ph.D.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında Kral Fahad və Sabya xəstəxanalarında Ortopediya şöbəsinin müdiri, cərrah-konsultant

İxtisas:Həkim

Tibb elmləri doktoru, travmatoloq-ortoped cərrah, ixtiraçı professor Azər Cəfər oğlu Abdullayev travmatologiya və ortopediya sahəsində zəngin elmi-praktik təcrübəyə malik tibb alimidir. O, uzun illər Azərbaycan Tibb Universitetində müəllim, assistent və dosent kimi çalışmış, 2004-cü ildən etibarən Səudiyyə Ərəbistanının Gizan şəhərində yerləşən Kral Fahad və Sabya xəstəxanalarında Ortopediya şöbəsinin müdiri və cərrah-konsultant vəzifəsini icra edir.

1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olan Abdullayev 1972-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1979-cu ildə cərrahiyyə üzrə internaturanı bitirmişdir. O, 1989-cu ildə tibb üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Alimin elmi fəaliyyəti yüksək ixtiraçılıq qabiliyyəti ilə müşayiət olunur. Onun müəllifi olduğu 6 ixtira – xarici fiksasiya aparatı, kompressiyaedici ştift və sağaldıcı məlhəm və s. – tibbi praktikada geniş istifadə olunmaqla “Abdullayev aparatı”, “Abdullayev ştifti” və “Abdullayev məlhəmi” kimi adlarla tanınmışdır. Bu ixtiralar minlərlə xəstənin müalicəsində tətbiq edilmiş və müsbət nəticələr vermişdir.

Professor Abdullayevin elmi-pedaqoji fəaliyyəti də zəngindir: 70-dən çox elmi məqalənin, 2 tədris-metodik vəsaitin müəllifi, 6 ixtiranın patent sahibidir. Onun fəaliyyəti travmatologiya və ortopediya sahəsində mühüm elmi yeniliklərlə yanaşı, praktik səhiyyənin inkişafına da əhəmiyyətli töhfələr vermişdir.

QR kodu: AZƏR ABDULLAYEV
Elvin Əfəndi
ELVİN ƏFƏNDİ Ph.D.

Səudiyyə Ərəbistanı

İslam İnkişaf Bankı Qrupu, Korporativ strategiya və tədqiqatlar şöbəsinin rəhbəri

İxtisas:İqtisadiyyat

Elvin Əfəndi iqtisadiyyat və inkişaf sahəsində zəngin beynəlxalq təcrübəyə malik bir iqtisadçıdır. Hazırda o, İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) Strateji departamentində strategiya və tədqiqat bölməsinin rəhbəri kimi fəaliyyət göstərir. Bu vəzifədə o, korporativ və ölkə strategiyalarının hazırlanmasına, iqtisadi tədqiqatların və siyasət sənədlərinin idarə olunmasına, aparıcı hesabatların nəşrinə, həmçinin üzv ölkələrdə özəl sektorun inkişafına yönəlmiş təşəbbüslərin hazırlanmasına rəhbərlik edir.

Bundan əvvəl Elvin Əfəndi Azərbaycan Mərkəzi Bankı, Dünya Bankı və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi kimi qurumlarda iqtisadi təhlil və siyasət planlaşdırılması sahəsində mühüm vəzifələrdə çalışmışdır. O, London Universiteti, Miçiqan Dövlət Universiteti və Bakı Dövlət Universitetində təhsil almış, iqtisadiyyat üzrə PhD dərəcəsi əldə etmişdir.

Elmi fəaliyyəti çərçivəsində Elvin Əfəndi akademik jurnallarda 20-dən artıq rəyli (peer-reviewed) elmi məqalənin, həmçinin 25-dən çox tədqiqat sənədinin (working paper) müəllifidir. O, 10-dan çox beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, 15-dən artıq ölkədə keçirilən tədbirlərdə iştirak etmişdir. İlk dəfə islam ölkələrində özəl sektorun inkişaf səviyyəsini qiymətləndirən “İslam Ölkələrinin Özəl Sektorun İnkişaf İndeksi”ni işləyib hazırlamış və bu akademik yenilik nüfuzlu elmi jurnalda nəşr olunmuşdur. O, Dar Al Hekma Universiteti də daxil olmaqla, müxtəlif universitetlərdə iqtisadi inkişaf, makroiqtisadiyyat, mikroiqtisadiyyat və ekonometriya fənləri üzrə 300-dən çox magistr və bakalavr tələbəsinə dərs demişdir. Xəzər Universiteti və UNEC-də də pedaqoji fəaliyyət göstərmişdir.

Elvin Əfəndi iqtisadi siyasət, inkişaf iqtisadiyyatı, sahibkarlıq və sosial kapital sahələrində dərin tədqiqat təcrübəsinə malikdir. O, bir sıra nüfuzlu akademik jurnalların redaksiya heyətinin üzvü olmuş, müxtəlif beynəlxalq layihələrin rəhbəri və iştirakçısı kimi geniş elmi və təşkilati fəaliyyət göstərmiş, həmçinin müxtəlif mükafat və təqaüdlərə layiq görülmüşdür.

QR kodu: ELVİN ƏFƏNDİ
Afina Məmmədli Barmanbay
AFİNA MƏMMƏDLİ BARMANBAY Ph.D.

Türkiyə

Qars şəhəri, Qafqaz Universiteti Fən və ədəbiyyat fakültəsi

İxtisas:Filologiya

Çağdaş türk ləhcələri və ədəbiyyatları şöbəsində müəllimə

Elmi işləri müasir Azərbaycan ədəbiyyatı, dialektologiya, aşıq ədəbiyyatı, Azərbaycan folkloru ilə bağlıdır. Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbi tənqidinin tarixi və Azərbaycan ədəbi dili tarixi fənlərini tədris edir. Elmi rəhbərliyi altında Türkiyənin Qars şəhərində Azərbaycan ədəbiyyatı üzrə 10 magistr dissertasiyası müdafiə olunmuşdur.

30-dan çox beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, bu məruzələrin əksəriyyəti elmi kitablarda çap olunmuşdur. 10-dan artıq beynəlxalq kitabda və 30-dan çox beynəlxalq jurnalda elmi məqalələri dərc olunmuşdur. Elmi redaktorluğu ilə 10 elmi kitab, Azərbaycan dili və ədəbiyyatı üzrə müəllifi olduğu 4 kitab nəşr etdirmişdir. “Web of Science” və “Scopus” elmi bazalarında indekslənən nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.

“Əhməd Cavad və Türkiyə” adlı doktorluq dissertasiyası Azərbaycanda və Türkiyədə geniş əks-səda doğurmuşdur. “Azərbaycan Romantik Ədəbiyyatında Vətən” kitabı Türkiyədə bu mövzuda yazılmış ilk elmi araşdırmadır. Vasif Sadıqlı ilə birgə hazırladığı “Gürcüstandan Azərbaycana Ağız sözlüyü (Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə)” adlı dialektoloji lüğət kitabı Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya kimi ölkələrin dövri mətbuatında və elmi jurnallarda geniş müzakirə olunaraq çox yüksək qiymətləndirilib.

QR kodu: AFİNA MƏMMƏDLİ BARMANBAY
Cavid Qasımov
CAVİD QASİMOV Prof. Dr.

Türkiyə

Van Yüzüncü Yıl Universiteti Tarix və beynəlxalq münasibətlər fakültəsinin professoru

İxtisas:Tarix, Şərqşünaslıq

Azərbaycanda ilk dəfə olaraq Osmanlı dövlətinin idarəetmə sistemi ilə bağlı tədqiqat aparmışdır. Osmanlı mənbələrində Qarabağ mövzusunda geniş araşdırmalar etmiş və bu sahədə uzun müddət Türkiyə arxivlərində tədqiqatlar aparmışdır. Atatürk Araşdırma Mərkəzi və Türk Tarix Qurumunun üzvüdür. Osmanlı-Rusiya əlaqələri sahəsində tanınmış mütəxəssisdir.

QR kodu: CAVİD QASİMOV
Əbulfəz Suleymanov
ƏBULFƏZ SULEYMANOV Ph.D.

Türkiyə

Üsküdar Universiteti sosiologiya kafedrasının müdiri, Beynəlxalq Türk Akademiyasının eksperti, Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Beynəxalq Fəlsəfə Tədqiqatlar Mərkəzinin (UFAD) idarə heyətinin üzvü

İxtisas:Sosiologiya

Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, İngiltərə, Almaniya, İsveç, İtaliya, Qazaxıstan və digər xarici ölkələrdə miqrasiya, ailə, gənclik və milli kimlik məsələlərinə həsr olunmuş 150-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. 12 məqaləsi “Web of Science” və “Scopus” indeksli jurnallarda dərc olunmuşdur.

Xarici ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda 100-dən çox məruzə ilə çıxış etmişdir.

Google Scholar bazasında elmi metrik göstəriciləri: h-indeksi: 11, i10-indeksi: 14.

Sosioloq alim müntəzəm olaraq Türkiyə mediasında elmi araşdırma sahəsi və Azərbaycanın həqiqətləri ilə bağlı müsahibələr və elmi-sosioloji təhlillər yayımlayır.

QR kodu: ƏBULFƏZ SULEYMANOV
Elçin Bədəlov
ELÇİN BƏDƏLOV Ph.D.

Türkiyə

İstanbul Aydın Universiteti Diş Həkimliyi fakültəsi Ağız Diş və Çənə Cərrahiyəsi kafedrasının professoru

İxtisas:Həkim

Dosent Elçin Bədəlov 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunmuşdur. 2003-cü ildə Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, əlaçı tələbələr üçün keçirilən seçim imtahanından uğurla keçərək xüsusi istedadlı tələbə kimi təhsilini dövlət proqramı çərçivəsində İstanbul Universitetinin Diş Həkimliyi fakültəsində davam etdirmişdir.

2007-ci ildə İstanbul Universitetinin Diş Həkimliyi fakültəsini fərqlənmə ilə bitirmiş və həmin universitetin Oral İmplantologiya kafedrasında doktorantura təhsilinə başlamışdır. 2014-cü ildə “Vasküler Endotelyal Büyüme Faktörünün Deneysel Siçan Modeli Üzerinde Kemik Dokusu Büyümesi Üzerine Etkileri” mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.

2014-cü ildən etibarən İstanbul Aydın Universitetinin Diş Həkimliyi fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərir. 2023-cü ildə dosent elmi dərəcəsinə layiq görülmüşdür.

Dosent E. Bədəlovun rəhbərliyi altında doktorantura təhsili üzrə 7 dissertasiya mövzusu hazırlanmış və hazırda bu istiqamətdə elmi rəhbərlik fəaliyyəti davam edir. O, beynəlxalq indeksli elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin, 3 kitabın müəllifidir. Eyni zamanda onun soyadını daşıyan iki cərrahi üsul tibbi praktikaya tətbiq edilmişdir.

Elmi fəaliyyəti çərçivəsində müxtəlif ölkələrdə keçirilmiş 100-dən artıq beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmiş, cərrahi metodlar və klinik təcrübə ilə bağlı ixtisasartırma kursları və təlimlər təşkil etmişdir.

Son 10 ildən artıq müddətdə Amerika, Almaniya, Türkiyə və İsrail mənşəli dörd beynəlxalq dental implant markasının elmi komitələrinin üzvü (Opinion Leader) kimi fəaliyyət göstərir və həkimlər üçün nəzəri və praktik təlim proqramları həyata keçirir.

Dosent Elçin Bədəlov dental implantologiya sahəsində ixtisaslaşmış və Türkiyədə fəaliyyət göstərən məhdud sayda aparıcı alimlərdən biridir. O, bu sahədə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər arasında seçilən elm adamlarından hesab olunur.

QR kodu: ELÇİN BƏDƏLOV
Əmirullah Məhmədov
ƏMİRULLAH MƏHMƏDOV Prof. Dr.

Türkiyə

Azərbaycanlı Bilim İnsanları Dərnəyinin (Türkiyə) sədri,

İxtisas:Nanotexnologiya

Bilkənd Universitetinin fəxri professoru, Nanotexnologiya Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi

Professor Əmirulla Məmmədov (elmi nəşrlərdə Emirullah M.Mehmetov kimi tanınır) optika, qeyri-xətti optika, lazer fizikası, metamateriallar, topoloji izolyatorlar, fotonika, nanofotonika və bio-tibbi modelləşdirmə sahələrində beynəlxalq səviyyədə tanınan görkəmli alimdir. O, keçmiş SSRİ Elmlər Akademiyasının “İoffe” adına Fiziki-Texniki İnstitutunda fizika və riyaziyyat üzrə fəlsəfə doktoru (PhD), daha sonra elmlər doktoru (habilitatus doctor) elmi dərəcəsi almış və 1988-ci ildə “Optika” üzrə professor adına layiq görülmüşdür.

Tədqiqat fəaliyyətini dünyanın aparıcı elm və texnologiya mərkəzlərində – Stanford, Kaltek, Viskonsin və Roma “La Sapienza” universitetlərində, ABŞ hərbi laboratoriyalarında, eləcə də Yaponiyada və müxtəlif Avropa ölkələrində davam etdirmişdir. Hazırda Bilkent Universitetinin Nanotexnologiya Tədqiqat Mərkəzində (NANOTAM) professor-araşdırmaçı kimi fəaliyyət göstərir.

Professor Məmmədov 350-dən çox nüfuzlu beynəlxalq elmi məqalənin müəllifi, 50-dən artıq beynəlxalq konfransın dəvətli məruzəçisidir. O, ASELSAN və Türkiyə Müdafiə Nazirliyində elmi məsləhətçi kimi də çalışmışdır.

Görkəmli elmi və ictimai fəaliyyətinə görə o, keçmiş SSRİ və Azərbaycan Respublikasının Dövlət Mükafatları ilə təltif olunmuş, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına, “Dostluq” ordeninə, “Diaspor fəaliyyətində xidmətə görə” medalına və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalına layiq görülmüşdür. Eyni zamanda Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurasının üzvü və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Alimlər Assosiasiyasının (ABİD) sədridir. Onun çoxşaxəli elmi fəaliyyəti regionda və dünyada elmi əməkdaşlığın inkişafına mühüm töhfələr vermişdir.

QR kodu: ƏMİRULLAH MƏHMƏDOV
Hacıəli Nəcəfoğlu
HACİƏLİ NƏCƏFOĞLU Prof. Dr.

Türkiyə

Qars şəhəri, Qafqaz Universitetinin Xarici əlaqələr ofisinin rəhbəri, Universitet İdarə Heyətinin üzvü, Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiri, Qeyri-üzvi kimya kafedrasının müdiri

İxtisas:Kimya

Professor Hacalı Nəcəfoğlu Azərbaycan Dövlət Universitetində kimya üzrə ali təhsil almış, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında anorganik kimya üzrə doktorluq dərəcəsini qazanmışdır. 1990-cı illərdən etibarən Türkiyənin müxtəlif universitetlərində, xüsusilə də Qafqaz Universitetində dosent və professor kimi akademik fəaliyyət göstərmişdir.

Elmi yaradıcılığı son dərəcə zəngindir: Kimya sahəsində “Web of Science” və “Scopus” elmi bazalarında indekslənən nüfuzlu jurnallarda 200-dən çox məqaləsi dərc olunmuşdur. Bundan əlavə, humanitar sahələrdə 3 kitab və 26 məqalənin müəllifi, 7 kitabın isə redaktorudur. O həmçinin 104 beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmiş, 1988-ci ildə 1471352 və 1471353 nömrəli ixtiraların müəllifi kimi qeydiyyatdan keçmişdir.

Professor Nəcəfoğlu bu günədək 11 fəlsəfə doktoru (PhD) və 19 magistrantın elmi rəhbəri olmuşdur. Onun əsas tədqiqat sahələri metal komplekslərinin sintezi və onların kristalloqrafik, termik və bioloji xüsusiyyətlərinin öyrənilməsidir. Xüsusilə nikotinamid və müxtəlif metal karboksilat kompleksləri üzərində apardığı fundamental tədqiqatlar kimya elminin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Kristal quruluşların analizi, termik analiz və bioaktiv maddələrin sintezi sahəsindəki işləri ilə elmi ictimaiyyətdə yüksək nüfuz qazanmışdır. Onun çoxşaxəli elmi və pedaqoji fəaliyyəti kimya sahəsində regional və beynəlxalq əməkdaşlığın inkişafında da mühüm rol oynamışdır. Google Scholar bazasında elmi metrik göstəriciləri: h-indeksi: 25, i10-indeksi: 82. WOS h-indeksi: 19.

QR kodu: HACİƏLİ NƏCƏFOĞLU
İlkin Gulusoy
İLKİN GULUSOY Prof. Dr.

Türkiyə

Türkiyə Respublikası Qafqaz Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları (Azərbaycan türkcəsi və ədəbiyyatı) bölümünün rəhbəri

İxtisas:Türkologiya

Qafqaz Universitetində fəaliyyət göstərən Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümü Türkiyədə yeganə 4 illik bölümdür ki, Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis yetişdirir. 2014-cü ildən etibarən İlkin Qulusoyun təşəbbüsü ilə bölümdə magistratura şöbəsi açılmış və bu müddət ərzində 60-a yaxın magistr məzun olmuşdur.

2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 5 beynəlxalq elmi konfrans, Qarabağ Zəfərinin müəllifi, ali baş komandan İlham Əliyevə həsr olunmuş 2 beynəlxalq elmi konfrans, və 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində 3 beynəlxalq konfrans təşkil etmişdir. Konfrans materialları Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ISBN alınaraq nəşr olunmuşdur.

İlkin Qulusoy 12 elmi kitabın müəllifidir. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə 27 məqaləsi dərc olunmuşdur. 70-dən çox beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmiş, 60-dan artıq kitabın elmi redaktorudur. Rəhbərliyi altında 10 nəfər Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə magistr dissertasiyası müdafiə etmişdir.

Türkologiya elminə verdiyi töhfələrinə görə 3 dəfə mükafatla təltif edilmişdir. Sema Şahin Dede ilə birgə hazırladığı “Türkiyə Türkcəsi ilə Azərbaycan Türkcəsinin Müqayisəli Frazeologiyası” kitabı bu sahədə yazılan ilk tədqiqat əsəri kimi yüksək qiymətləndirilmişdir.

QR kodu: İLKİN GULUSOY
İsmixan Bayramov
İSMİXAN BAYRAMOV Prof. Dr.

Türkiyə

İzmir İqtisad Universitetinin professoru, Elmlər fakültəsinin qurucu dekanı və dekanı (2001–2022), Riyaziyyat Kafedrasının müdiri (2001–2014)

İxtisas:Riyaziyyat

Professor İsmixan Bayramoğlu ehtimal nəzəriyyəsi, statistika və stokastik proseslər sahəsində ixtisaslaşmışdır. Onun elmi maraqları riyaziyyat, ehtimal və statistika, etibarlılıq mühəndisliyi kimi sahələri əhatə edir. Xüsusilə ehtimal və statistika, etibarlılıq nəzəriyyəsi, sıralı təsadüfi dəyişənlər, kopula nəzəriyyəsi və asılılığın modelləşdirilməsi istiqamətlərində apardığı araşdırmalar bu sahələrdə yeni konsepsiya və nəzəri yanaşmaların inkişafına mühüm töhfələr vermişdir. 1988-ci ildə Kiyev Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almış, elmi karyerası boyunca Azərbaycan və Türkiyədə bir sıra nüfuzlu elmi və akademik qurumlarda çalışmışdır.

2001-ci ildən etibarən İzmir İqtisadiyyat Universitetində professor və dekan vəzifələrini icra edir. Bundan əvvəl Ankara Universitetində professor, Azərbaycan Milli Aerokosmik Agentliyində isə elmi işçi kimi fəaliyyət göstərmişdir. Tədris fəaliyyəti bakalavr və magistr səviyyələrində Statistika və Riyaziyyat fənlərini əhatə edir. Professor Bayramov 17-dən artıq fəlsəfə doktoru hazırlamış, onların bir çoxu hazırda müxtəlif beynəlxalq universitetlərdə akademik karyeralarını davam etdirirlər. O, yüksək impakt faktorlu beynəlxalq jurnallarda 120-dən çox elmi məqalə dərc etdirmiş, bunlardan 75-i SCI və SCI Expanded indeksli jurnallarda yer almışdır. Eyni zamanda ehtimal və statistika sahəsində üç beynəlxalq kitabın müəllifidir. Bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü olan alim “İstatistik” jurnalının baş redaktoru vəzifəsini də icra edir.

Elmi fəaliyyəti “Web of Science”, “ORCID” və “Google Scholar” kimi nüfuzlu elmi platformalarda ətraflı şəkildə əks olunmuş, çoxsaylı beynəlxalq konfranslara dəvətli spiker kimi qatılmışdır ki, bu da onun sahəsində beynəlxalq nüfuzunun göstəricisidir.

QR kodu: İSMİXAN BAYRAMOV
Makbulə Sabziyeva
MAKBULƏ SABZİYEVA Prof. Dr.

Türkiyə

Anadolu Universitetinin Rus dili və Ədəbiyyatı bölümünün müdiri

İxtisas:Filologiya

Professor Məqbulə Səbziyeva rus dili və ədəbiyyatı sahəsində mütəxəssisdir və hazırda Anadolu Universitetinin Ədəbiyyat fakültəsində Rus Dili və Ədəbiyyatı bölməsinin rəhbəri kimi fəaliyyət göstərir. Moskva Dövlət Universitetində bakalavr və magistr, Bakı Dövlət Universitetində isə doktorantura təhsili almışdır. Doktorluq dissertasiyasını Lev Tolstoyun “Savaş və Sülh” romanının Azərbaycan dilinə tərcüməsi mövzusunda müdafiə etmişdir.

Elmi fəaliyyətində cinsiyyət məsələləri, intertekstuallıq, tərcümə nəzəriyyəsi, folklor, uşaq ədəbiyyatı, metodologiya və rus-türk ədəbi əlaqələri kimi sahələrə fokuslanmışdır. O bu sahələrdə üç elmi kitabın və bir sıra kollektiv əsərlərin müəllifidir. Elmi dövri nəşrlərdə və beynəlxalq indeksli jurnallarda 14 elmi məqaləsi dərc olunmuş, 50-dən çox beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.

Eyni zamanda 20-dən artıq elmi kitab, monoqrafiya və tərcümənin müəllifi və ya redaktoru olan professor Məqbulə Səbziyeva, Tolstoy, Aytmatov kimi klassiklərin əsərlərinin tərcüməsi və tədqiqi sahəsində də tanınır. Türkiyədə dövlət səviyyəsində həyata keçirilən “Türk Ədəbiyyatının Tanıtımı” proqramı çərçivəsində Türkiyə və Rusiyada nəşr olunmuş 20-dən çox kitabı tərcümə etmişdir.

Professor Məqbulə Səbziyeva həmçinin bir sıra beynəlxalq münsiflər heyətinin və redaksiya heyətlərinin üzvü olmuş, nüfuzlu elmi jurnallarda redaktor kimi fəaliyyət göstərmişdir. Türk dünyasına elmi və mədəni töhfələrinə görə iki dəfə beynəlxalq mükafata layiq görülmüşdür. Onun elmi və pedaqoji fəaliyyəti türk və rus ədəbiyyatları arasında körpü rolunu oynayaraq bu sahədə mühüm elmi və mədəni əlaqələrin inkişafına ciddi töhfə vermişdir.

QR kodu: MAKBULƏ SABZİYEVA
Mehdi Ismayilov (Gəncəli)
MEHDİ İSMAYİLOV (GƏNCƏLİ) Prof. Dr.

Türkiyə

Marmara Universitetinin dosenti

İxtisas:Türk Dili və Ədəbiyyatı

Ədəbiyyat və tarix sahəsində beş kitabın müəllifi olan Dr. Mehdi Gəncəli, eyni zamanda bu sahələrdə nəşr olunmuş beş digər kitabda bölmə müəllifi kimi çıxış etmişdir. ADA Universitetinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan” Qəzeti layihəsinin həmmüəlliflərindən biridir. Elmi fəaliyyəti çərçivəsində beş nüfuzlu elmi jurnalda səkkiz məqaləsi dərc olunmuş, səkkiz beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir. Eyni zamanda, 11 magistrantın elmi rəhbəri kimi fəaliyyət göstərmişdir. Onun akademik maraq dairəsinə Azərbaycan və türk ədəbiyyatı, mətbuat tarixi, Qarabağ məsələsi, Azərbaycan-Türkiyə ədəbi əlaqələri və fikir adamlarının irsi kimi mövzular daxildir. O, iki monoqrafiyanın, çoxsaylı elmi məqalə və kitab fəsillərinin müəllifi olmaqla yanaşı, müxtəlif elmi simpozium və konfranslarda da fəal iştirak etmişdir. “Mevlana Değişim Programı” və institut rəhbərliyi kimi akademik və inzibati vəzifələrdə çalışmış, tərcüməçi və redaktor kimi də mühüm layihələrə imza atmışdır. Yeni türk ədəbiyyatı, milli kimlik və türklük ideologiyası, Azərbaycan mətbuatının inkişaf tarixi və türk dünyasına dair fəlsəfi məsələlər onun əsas tədqiqat istiqamətlərini təşkil edir. Rus dilini mükəmməl bilən M.Gəncəli elmi fəaliyyətini hal-hazırda İstanbulda davam etdirir.

QR kodu: MEHDİ İSMAYİLOV (GƏNCƏLİ)
Mehmet Rıza Heyət
MEHMET RİZA HEYƏT Ph.D.

Türkiyə

Ankara Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümü müəllimi

İxtisas:Türk Dili və Ədəbiyyatı

Tarixi mövzuda bir cildlik kitabın tərcüməsini həyata keçirmiş, iki cildlik elmi və iki cildlik ədəbi kitabın tərtibinə rəhbərlik etmişdir. İki elmi-tədqiqat kitabının elmi redaktoru olmuş, bununla yanaşı 18 elmi məqalə dərc etdirmişdir. 11 elmi simpoziumun təşkilat komitəsinin sədri kimi çıxış etmiş, 8 beynəlxalq elmi konfransda məruzəçi qismində iştirak etmişdir. Bir beynəlxalq elmi jurnalın elmi şurasının üzvü, iki beynəlxalq simpoziumun təşkilat komitəsinin sədri, bir elmi jurnalın isə baş redaktoru olmuşdur. Uzun illər “Varlıq” jurnalında redaktor və baş redaktor kimi çalışmış, hazırda da bu nəşrin imtiyaz sahibi və baş redaktoru olaraq fəaliyyət göstərir. TRT-də spiker və tərcüməçi kimi çalışmış, Tehran və Ankara universitetlərində pedaqoji fəaliyyət göstərmişdir.

Hal-hazırda Ankara Universitetində mühazirəçi, eyni zamanda Təbriz Araşdırmaları İnstitutunun (TEBAREN) rəhbəridir. Çağdaş türk ləhcələri və ədəbiyyatları sahəsində elmi fəaliyyət göstərən Professor Mehmet Rıza Heyət 10-dan artıq beynəlxalq simpozium və konfransın təşkilatçılığında rəhbər rol oynamışdır. Onun elmi maraq dairəsinə türkcə mətbuat, İran türkləri, dil siyasəti, milli kimlik məsələləri və Güney Azərbaycan mövzuları daxildir. Bu istiqamətlərdə 100-dən çox elmi məqalə, 5 kitab və çoxsaylı tərcümə əsərlərin müəllifi və ya redaktorudur. Tərcümə və elmi-tədqiqat fəaliyyətində Mirzə Mehdi Xan Əstərabadinin əsərləri, Atatürkün “Nutuk”u və Dr. Cavad Heyətin məqalələr toplusu mühüm yer tutur. Bir sıra nüfuzlu akademik jurnalların redaksiya heyətində təmsil olunur.

Elmi-praktik fəaliyyəti əsasən Türkologiya, Güney Azərbaycan türklərinin dili və mədəniyyəti, iranlı türklərin kimlik məsələləri və dil hüquqları mövzularına yönəlib.

QR kodu: MEHMET RİZA HEYƏT
Oruc Allahverdiyev
ORUC ALLAHVERDİYEV Ph.D.

Türkiyə

Bolu Abant İzzət Baysal Universitetinin Tibb fakültəsi, Farmakologiya kafedrası, təhsil üzrə koordinator

İxtisas:Farmakologiya

Oruc Allahverdiyev İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Tibbi Farmakologiya sahəsində doktoranturadan məzun olub. Tibb və əczaçılıq sahəsində 4 elmi kitabın və 1 dərsliyin, 100-dən çox elmi əsərin həmmüəllifidir. Bir çox elmi simpoziumda, həmçinin Türkiyə və digər ölkələrdə iştirak edib.

Oruc Allahverdiyev orta məktəbdən sonra Azərbaycan Tibb Universiteti Əczaçılıq fakültəsinə qəbul olub. Türk hökumətinin təhsil imtahanında uğur qazanaraq təhsilini İstanbul Universitetində davam etdirmək üçün Türkiyəyə göndərilib. 2006-cı ildə İstanbul Universiteti Əczaçılıq fakültəsindən məzun olduqdan sonra İstanbul Universitetinin Tibb fakültəsi Farmakologiya və Klinik Farmakologiya kafedrasında magistratura təhsilinə başlayıb və 2009-cu ildə məzun olub. Magistratura dövründə baş beyin xəstəlikləri üzərində bir çox elmi tədqiqatlar aparıb və bu tədqiqatlar dünyaca məşhur beynəlxalq jurnallarda dərc olunub. Təhsil müddətində apardığı bir neçə elmi-tədqiqat TÜBİTAK tərəfindən mükafatlandırılıb.

Daha sonra İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Tibbi Farmakologiya kafedrasında doktorantura təhsilinə başlayıb. 2014-cü ildə “Honor Student” olaraq doktorantura təhsilini başa vurub və tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Doktorantura dövründə maddə asılılığı, epilepsiya, depressiya, parkinson və dağınıq skleroz kimi baş beyin xəstəlikləri üzrə bir sıra elmi tədqiqatlar aparıb. Bu tədqiqatlar dünyaca məşhur beynəlxalq simpozium, konqres və konfranslarda təqdim edilib və nüfuzlu jurnallarda dərc olunub.

Oruc Allahverdiyev 2017-ci ildə İstanbul Universiteti Tibb Müəssisələrinin İdarə Edilməsi fakültəsindən məzun olub və Türkiyə Yüksək Öğretim Kurulu (YÖK) tərəfindən Tibbi Farmakologiya sahəsində dosent elmi adını alıb. Elmi rəhbərliyi altında 10-dan çox magistratura tələbəsi yetişdirib. Hazırda 100-dən çox elmi əsərin, 1 dərsliyin və 4 elmi kitabın, eləcə də bir sıra elmi-kütləvi məqalənin həmmüəllifidir. Onun 30-dan çox elmi əsəri “Science Citation Index”li jurnallarda çap olunub. Hal-hazırda dosent Dr. O.Allahverdiyev elmi fəaliyyətini Türkiyədə davam etdirir.

QR kodu: ORUC ALLAHVERDİYEV
Qafar Mehdiyev (Çaxmaxçı)
QAFAR MEHDİYEV (ÇAXMAXÇİ) Prof. Dr.

Türkiyə

Erciyes Universiteti (Kayseri) Ədəbiyyat fakültəsi Erməni dili və mədəniyyəti bölümü rəhbəri

İxtisas:Ermənişünaslıq

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər Azərbaycan mətbuatında jurnalist və redaktor kimi fəaliyyət göstərmişdir. O, “Kommunist” qəzetindən başlayaraq “Millət”, “Yeni Azərbaycan”, “Respublika”, “Azərbaycan Ordusu” və digər nüfuzlu mətbu orqanlarda məsul vəzifələrdə çalışmış, həmçinin BDU-da mətbuat xidmətinə rəhbərlik etmiş və müəllim kimi dərs demişdir. 2007-ci ildə “Erməni məsələsi” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010-cu ildən Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində Erməni dili və mədəniyyəti bölməsində professor kimi fəaliyyət göstərir.

Prof. Qafar Mehdiyev, həmçinin Azərbaycan Ermənişünaslıq Mərkəzinin və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının rəhbəridir. O, erməni məsələsi, erməni ideologiyası, Qarabağ münaqişəsi və erməni faşizmi ilə bağlı 20-dən çox kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir. Əsərləri Azərbaycan, Türkiyə və bir sıra xarici ölkələrdə nəşr olunmuşdur. “Ermənicə dərslər” adlı dərsliyi Türkiyə universitetlərində tədris olunur. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir. Türk, erməni, rus və alman dillərini bilir.

QR kodu: QAFAR MEHDİYEV (ÇAXMAXÇİ)
Ramin Əliyev
RAMİN ƏLİYEV Prof. Dr.

Türkiyə

Hasan Kalyoncu Universiteti, kafedra müdiri

İxtisas:Psixologiya

Türkiyədə öz sahəsində ilk professor ünvanını almış biri olaraq, Təhsil Psixologiyası (Educational Psychology) və Pozitiv Psixologiya (Positive Psychology) sahələrində 3 elmi kitabın, beynəlxalq indeksli jurnallarda 35 elmi məqalənin müəllifi və 40 beynəlxalq elmi konfransda məruzəçi olmuşdur. Həmçinin, 6 PhD (doktorantura) və 19 magistratura tələbəsinə elmi rəhbərlik etmişdir. Təhsildə innovativ yanaşmalar və məktəblərdə pozitiv psixologiyanın tətbiqi sahəsində inkişaf etdirilən 7 beynəlxalq layihədə tədqiqatçı kimi çalışmışdır. Elmi fəaliyyəti və təhsil sahəsinə verdiyi töhfələrə görə müxtəlif mükafatlar və təltiflər almışdır. American Psychological Association və Türk Psixoloji Danışma və Rehberlik Derneği kimi nüfuzlu təşkilatların üzvüdür. Onun rəhbərlik etdiyi layihələr, xüsusilə gənclərin psixoloji rifahı və təhsildə motivasiya sahəsində əhəmiyyətli nəticələr vermişdir. Həmçinin Türkiyədə bir çox universitet və dövlət layihələrində, o cümlədən TÜBİTAK və UNICEF ilə əməkdaşlıqda aktiv iştirak etmişdir. Onun akademik fəaliyyəti təhsil psixologiyası, ailə terapiyası, sosial dəstək sistemləri və pandemiya dövründə psixoloji davamlılıq mövzularını əhatə edir.

QR kodu: RAMİN ƏLİYEV
Şahin Əhmədoğlu
ŞAHİN ƏHMƏDOĞLU Prof. Dr.

Türkiyə

Kilis 7 Aralık Universiteti, Kilisli Muallim Rıfat Eğitim fakültəsi dekanı

İxtisas:Tarix

İlahiyyat və İslam Məzhəbləri Tarixi sahəsində Azərbaycanın ilk professoru olan şəxsdir. İslam Məzhəbləri Tarixi üzrə 6 elmi kitabın, 10 elmi kitab bölümünün və çox sayıda elmi məqalənin müəllifidir. Həmçinin çox sayıda beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.

“İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” adlı Beynəlxalq Simpoziumun (The International Symposium On ‘Practice of Coexistence in Islamic Culture’) ideya müəllifi və təşkilatçılarındandır. Bu simpoziumun birincisi Azərbaycanda (2022), ikincisi Türkiyədə (2023) üçüncüsü isə İndoneziyada (2024) keçirilmişdir. O həmçinin bir sıra beynəlxalq konfransların təşkilatçısı və iştirakçısıdır. Onun elmi fəaliyyəti yalnız akademik deyil, həm də dinin tədrisi və maarifləndirmə sahələrində mühüm təsirə malik olmuş, müxtəlif universitetlərdə dərs demiş, beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Əlavə olaraq, farsça və ərəbcə bir sıra dini və elmi mətnlərin tərcüməsini etmiş, elmi redaktor və tənqidçi kimi də fəaliyyət göstərmişdir. Professor Ş.Əhmədoğlu, həmçinin magistr dissertasiyalarına rəhbərlik etmiş, İslam mədəniyyəti və məzhəblər tarixi sahələrində pedaqoji fəaliyyətlərini davam etdirir.

QR kodu: ŞAHİN ƏHMƏDOĞLU
Saleh Sultansoy
SALEH SULTANSOY Prof. Dr.

Türkiyə

Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) İqtisadiyyat və Texnologiya Universiteti

İxtisas:Fizika

Yüksək Enerji Fizikası və Sürətləndirici Texnologiyaları sahəsində 1500-dən çox elmi məqalənin müəllifi, 100-dən çox beynəlxalq elmi konfransda məruzəçi olmuş, 20-dən çox PhD tələbəsinə elmi rəhbərlik etmişdir.

Professor Saleh Sultansoy hal-hazırda Ankarada yerləşən TOBB İqtisadiyyat və Texnologiya Universitetində çalışır. O, yüksək enerji fizikası, hissəcik sürətləndiriciləri, elm tarixi və elmi siyasət sahəsində ixtisaslaşıb. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb, 1985-ci ildə isə Rusiyanın Serpuxov şəhərində yerləşən Yüksək Enerjili Fizika İnstitutunda fəlsəfə doktoru dərəcəsini alıb. Karyerası boyunca Azərbaycan Milli Elmlər Akademiyası, Ankara Universiteti, DESY (Almaniya), Qazi Universiteti və TOBB ETÜ kimi nüfuzlu qurumlarda çalışmışdır.

Onun əsərlərinə “Web of Science”da 81 000-dən çox, “Google Scholar”da 275 000-dən çox, HEP Inspire tərəfindən isə 235 000-dən çox istinad edilir. H-indeksi müvafiq olaraq 127, 208 və 215-dir.

Onun əsas tədqiqat sahələri yüksək enerji fizikası, sürətləndirici texnologiyaları və elmi strategiyalardır. 2013-cü ildə Türk Fizika Cəmiyyətinin “Engin Arık” elm mükafatına, 2016-cı ildə isə Türk dünyası “Qızıl Alma” elm mükafatına layiq görülüb.

Saleh Sultansoy CERN və digər beynəlxalq araşdırma mərkəzlərində elmi şuraların üzvü olmuş, Türkiyə və Türk dünyasında elmi siyasətin inkişafında fəal iştirak etmişdir. O, uzunmüddətli milli elmi-tədqiqat təşəbbüsü olan Türk Sürətləndirici Kompleksi (TAC) layihəsinin yaradıcısı və rəhbərlərindən biri, ATAM (Ankara Fundamental Araşdırma Mərkəzi) təşəbbüsünün müəllifi, ATLAS, CLIC, LHeC, FCC və digər CERN layihələrində iştirakçı olmuşdur. Həmçinin DPT-TAEK və TÜBİTAK çərçivəsində aparılan sürətləndirici texnologiyaları üzrə bir sıra qabaqcıl layihələrin elmi rəhbəri olmuşdur.

QR kodu: SALEH SULTANSOY
Teymur Rzayev
TEYMUR RZAYEV Prof. Dr.

Türkiyə

DAAB İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Türkiyə Cümhuriyyəti Yeditepe Universiteti Gözəl sənətlər fakültəsi, plastik sənətlər-rəsm bölümü müəllimi

İxtisas:Rəssam

Azərbaycan Respublikasının əməkdar rəssamı, Prof. Dr. Teymur Rzayev 2008-ci ildə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetinin Gözəl sənətlər fakültəsində “Desen Anfisi” (qara qələm rəsm emalatxanası) layihəsinin müəllifi və rəhbəri olmuşdur. Emalatxana Türkiyədə bu sahədə ilk və yeganə nümunə olaraq tələbələrin böyük maraq və zövqlə təhsil aldıqları nüfuzlu bir sənət məkanına çevrilmişdir.

Akademik fəaliyyəti dövründə Prof. Dr. Rzayev çoxsaylı tələbə yetişdirmişdir: bakalavr səviyyəsində onlarla tələbə, 18 magistr və 7 doktorant məzun etmişdir. Eyni zamanda 8 yerli və 5 beynəlxalq elmi jurnalda məqalələri dərc olunmuş, 3 kitab-albomu çap edilmişdir. İndiyədək 43 yerli və 18 beynəlxalq sərgidə, 26 yerli və 12 beynəlxalq simpoziumda iştirak etmiş, sənət əsərləri 3 yerli və 8 beynəlxalq muzeyin daimi kolleksiyalarında nümayiş etdirilməkdədir.

Aldığı rəsmi elmi və fəxri titullar, mükafatlar, vəzifələr:

1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2014-cü ildə Türkiyə Cümhuriyyəti Universitetlərarası Şurası tərəfindən ona dosent elmi adı və vəzifə səlahiyyəti verilmişdir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adı ilə təltif edilmişdir.

2013-cü ildə Rusiya Rəssamlıq Akademiyasının “Şuvalov” medalı ilə təltif olunmuşdur.

2015-ci ildə Rusiya Rəssamlıq Akademiyasının “Akademiyaya xidmətə görə” qızıl medalı ilə təltif edilmişdir.

2016-cı ildə Azərbaycan Respublikasının “III dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

2017-ci ildə Rusiya Rəssamlıq Akademiyasının Fəxri akademiki seçilmişdir.

2020-ci ildə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetinin İdarə Heyəti tərəfindən “professor” elmi adı və səlahiyyəti verilmişdir.

2022-ci ildə Azərbaycan Diasporuna göstərdiyi xidmətlərə görə xüsusi medalla təltif edilmişdir.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlıların Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

2024-cü ildə Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinə üzv seçilmişdir.

QR kodu: TEYMUR RZAYEV
Toğrul İsmayıl
TOĞRUL İSMAYİL Prof. Dr.

Türkiyə

DAAB İdarə Heyətinin üzvü,

İxtisas:Siyasi tarix

Kahramanmaraş Sütçü İmam Universiteti, Siyasət elmi və beynəlxalq əlaqələr bölümünün rəhbəri

Akademik karyerası və elmi fəaliyyəti

Prof. Dr. Toğrul İsmayıl müxtəlif universitetlərdə müəllim və tədqiqatçı kimi fəaliyyət göstərmişdir:

2003–2010-cu illər – Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər bölməsində müəllim olaraq çalışmışdır.

3 may 2004-cü il – Bakı Slavyan Universitetində Türkiyə Araşdırmaları Mərkəzini təsis etmiş və uzun müddət həmin mərkəzə rəhbərlik etmişdir.

Hazırda – Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetində (KSÜ) İqtisadiyyat və idarəetmə fakültəsinin Siyasi elmlər və beynəlxalq münasibətlər bölməsində professor vəzifəsində çalışır. Onun akademik araşdırmaları əsasən beynəlxalq münasibətlər, Türkiyə-Azərbaycan əlaqələri, Cənubi Qafqaz və Orta Asiya siyasəti, Rusiya-Türkiyə münasibətləri və digər geosiyasi məsələləri əhatə edir.

Elmi əsərləri və konfranslar

Prof. Dr. Toğrul İsmayıl müxtəlif beynəlxalq və yerli elmi konfranslarda çıxışlar etmiş, bir çox məqalə və kitablar nəşr etdirmişdir. O, Qafqaz və Orta Asiya regionunun siyasi problemləri, təhlükəsizlik məsələləri, beynəlxalq əlaqələr və diplomatiya mövzularında tədqiqatlar aparmışdır.

Media və cəmiyyətə təsiri

Beynəlxalq və yerli media qurumlarında tez-tez çıxış edir və ekspert kimi siyasi analizlər aparır. Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ münaqişəsi, Rusiya-Türkiyə əlaqələri və bölgədəki geosiyasi dəyişikliklər barədə mülahizələri ilə tanınır.

Mükafatlar və fəxri adlar

Azərbaycan və Türkiyə arasındakı elmi, mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Azərbaycan dövləti tərəfindən mükafatlandırılmışdır.

Akademik fəaliyyəti və beynəlxalq münasibətlər sahəsindəki uğurlarına görə müxtəlif mükafatlar və sertifikatlarla təltif edilmişdir.

QR kodu: TOĞRUL İSMAYİL
Varqa Kələntərov
VARQA KƏLƏNTƏROV Ph.D.

Türkiyə

Hacettepe Universiteti, Koç Universiteti

İxtisas:Riyaziyyat

Riyaziyyat sahəsində müxtəlif elmi jurnallarda dərc olunmuş, “Google Scholar”a görə 2000-dən çox istinad almış, 75 elmi məqalənin, 1 kitabın və 2 dərsliyin müəllifidir. Elmi rəhbərliyi altında 17 namizədlik (PhD) dissertasiyası müdafiə olunmuşdur. Riyaziyyat və tətbiqi riyaziyyat sahəsində 6 beynəlxalq və 3 Azərbaycan jurnalının redaksiya heyətinin üzvüdür. V.A.Steklov Riyaziyyat İnstitutu (Rusiya), Tennessee Universiteti (ABŞ), Fəza Gürsey İnstitutu (Türkiyə), Autonoma Barcelona Universiteti (İspaniya), İpək Yolu Riyaziyyat Mərkəzi (Çin) və digər elmi mərkəzlərdə tədqiqatlar aparmış, silsilə leksiyalar oxumuşdur. 50-dən çox beynəlxalq elmi konfransda məruzəçi olmuşdur.

QR kodu: VARQA KƏLƏNTƏROV
Vəfa Qurban
VƏFA QURBAN Prof. Dr.

Türkiyə

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun

İxtisas:İqtisadiyyat

Sosial, iqtisadi və siyasi əlaqələr şöbəsinin müdiri

Türkiyə və digər ölkələrdə elmi konfranslarda və simpoziumlarda iştirak etmişdir. Dosent və professor kimi elmi vəzifələrdə fəaliyyət göstərmişdir. Türkiyədə müxtəlif mükafatlara layiq görülmüşdür. 86 elmi nəşrin redaktoru olmuşdur. Beynəlxalq nəşrlərdə məqalələri dərc edilmişdir. Ege və Dokuz Eylül universitetlərində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

QR kodu: VƏFA QURBAN
Arif Quliyev
ARİF QULİYEV Ph.D.

Ukrayna

“Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetində Elmi Şuranın üzvü, Konstitusiya, Beynəlxalq hüquq və İctimai-hüquqi fənlər kafedrasının professoru, hüquq elmləri doktoru, professor, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil MEA-nın Akademiki, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” və “Xalq Diplomatiyası İnstitutu” ictimai təşkilatlarının rəhbəri

İxtisas:Beynəlxalq hüquq

2005-ci ildə Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ukraynada və Azərbaycan Respublikasında Prezidentlik İnstitutunun xüsusiyyəti: dövlət-idarəçilik aspekti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Dövlət idarəçiliyi və hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.

2012-ci il Ukrayna Ali Radasının Qanunçuluq İnstitutunda “Beynəlxalq Terrorizmə qarşı mübarizədə Prezidentlik İnstitutu rolunun müqayisəli-hüquqi təhlili (Ukrayna və Azərbaycan Respublikasının nümunəsi əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 8 monoqrafiya, 3 dərslik, 2 tədris vəsaiti, 250-dən çox elmi və publisistik məqalə müəllifidir, 35-dən çox beynəlxalq elmi konfransda məruzələrlə çıxışı, 3 skopus məqaləsi çap olunub. 25 hüquq elmləri namizədinə və 2 doktora elmi rəhbərlik etmişdir. Hazırda Ukraynada 7 elmlər namizədi aspirantı vardır. 70 nəfərə yaxın alim soydaşımızı birləşdirən “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” və “Xalq diplomatiyası İnstitutu” ictimai təşkilatlarının rəhbəridir. Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademikidir. 2013-cü ildə “Ukraynanın Əməkdar təhsil işçisi” fəxri adına, 2016-cı ildə Azərbaycanın “Tərəqqi” medalına layiq görülmüşdür. Diplomatik rütbəsi var.

QR kodu: ARİF QULİYEV
Eldar Vəliyev
ELDAR VƏLİYEV Ph.D.

Ukrayna

Ukrayna Milli Texniki Universiteti Xarkov Politexnik İnstitutunun (NTU “KPI”) elmi və pedaqoji işləri üzrə prorektoru

İxtisas:Mühəndis

Beynəlxalq elmi konfrans olan “Elektromaqnit Nəzəriyyəsində Riyazi Metodlar” (MMET) təşkilat komitəsinin sədridir. 1997-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən ilin adamı elan edilmiş, 1999-cu ildə isə İEEE (Radio Engineers) Beynəlxalq İnstitutunun (ABŞ) baş üzvü seçilmişdir. 2008-ci ildən 2012-ci ilə qədər Əsas Kimya Elmi-Tədqiqat və Layihə İnstitutunun (NIOCHIM, Xarkov) direktoru olaraq çalışmışdır. Ukrayna Milli Texniki Universiteti Xarkov Politexnik İnstitutu (NTU KPI)-da Uzaqdan Təhsil Mərkəzinin rəhbəridir. 2016-cı ildən etibarən həmin institutun elmi və pedaqoji işlər üzrə prorektorudur. Aparıcı milli və beynəlxalq jurnallarda 150-dən çox orijinal elmi məqalənin müəllifi və həmmüəllifidir. Yaponiya və Avropada nəşr olunan 3 kitabın həmmüəllifidir. 7 elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. 2000-ci ildən Tətbiqi Radio Elektronika Akademiyasının akademikidir (Xarkov, Ukrayna).

2011-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuşdur.

QR kodu: ELDAR VƏLİYEV
Murad Ömərov
MURAD ÖMƏROV Ph.D.

Ukrayna

Beynəlxalq əməkdaşlıq üzrə prorektor, Xarkov Milli Radio elektronika Universiteti, Ukrayna Tətbiqi Radioelektronika Elmlər Akademiyasının akademiki

İxtisas:Mühəndis

150-dən çox elmi əsərin həmmüəllifi (onlardan 17-si “Scopus” bazasında indekslənmişdir), 3 monoqrafiyanın və 11 dərsliyin həmmüəllifidir. Ukraynanın 12 müəlliflik şəhadətnaməsi və ixtira patentinə malikdir. 5 aspirantın namizədlik dissertasiyasının yazılmasına və müdafiəsinə elmi rəhbərlik etmişdir. Ukraynanın Xarkov Milli radioelektronika universitetində beynəlxalq əməkdaşlıq üzrə prorektor vəzifəsində çalışır. O, texnika elmləri namizədi (Fiber-optik informasiya ötürmə sistemlərinin tədqiqi və təkmilləşdirilməsi), texnika elmləri doktoru (Paylanmış və kvazipaylanmış qeyri-xətti elementlərlə elektrodinamika cihazlarının layihələşdirilməsi nəzəriyyəsinin inkişafı) elmi dərəcələrinə malikdir. Ali təhsil və elmi-tədqiqat sahəsində 40 ildən artıq təcrübəyə malik olan prof. Ömərov müxtəlif akademik və inzibati vəzifələrdə – professor, kafedra müdiri, xarici tələbələr mərkəzinin direktoru və dekan kimi çalışmışdır.

Onun rəhbərliyi altında bir neçə namizədlik dissertasiyası müdafiə olunmuşdur; bu işlər məsafədən təhsil sistemləri, istehsalat logistikası, robotların ağıllı idarəetmə modelləri və metodları, elektronika sahəsində idarəetmə sistemlərini əhatə edir. O, kompüterləşdirilmiş rabitə sistemləri, robototexnika və ali riyaziyyat kimi fənləri tədris etmişdir. Prof. Ömərov həmçinin milli ekspert şuralarının və beynəlxalq elmi konfransların fəal üzvüdür. 2019-cu ildən etibarən ICONAT konfranslar seriyasına sədirlik edir.

Alimin elmi maraqları informasiya-ölçmə sistemləri, lifli-optik rabitə və qeyri-xətti elementlərə malik elektrodinamik qurğuların layihələndirilməsi sahələrini əhatə edir. O, 2004-cü ildən Ukrayna Tətbiqi Radioelektronika akademiyasının akademikidir. 2016-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

QR kodu: MURAD ÖMƏROV
Xəlil Kələntər
XƏLİL KƏLƏNTƏR Ph.D.

Yaponiya

Qlobal Optik Həllər və Kepler layihələri üzrə baş tədqiqatçı

İxtisas:Fizika

Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi almışdır. Elektron displeylər və sensorların hazırlanması, istehsalı sahəsində aparıcı mütəxəssislərdən biri kimi Yaponiya, ABŞ, Kanada, Avropa, Cənubi Koreya və Tayvan daxil olmaqla, müxtəlif ölkələrdə 105 patent və 28 texniki sənədin müəllifidir. Beynəlxalq elmi jurnallarda 35, yerli nəşrlərdə isə ekran texnologiyaları üzrə 59 məqalə və təqdimatı dərc olunmuşdur. Yapon dilində 5 kitab, ingilis dilində tezislər, 15 kitab fəsli və 7 IEC standart sənədi dərc etdirmiş, eləcə də 9 hökumət layihəsində iştirak etmişdir. Bu layihələri Yaponiyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirmişdir. Bundan əlavə, bir sıra xarici universitetlərdə doktorluq dərəcəsi alan tədqiqatçılara elmi rəhbərlik etmişdir.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

QR kodu: XƏLİL KƏLƏNTƏR
Heç bir profil tapılmadı. Filtri sıfırlayın.