Akif Alaferdov
Kitablar

Repressiyaya məruz qalan Qırğızıstan azərbaycanlıları

«Repressiyaya məruz qalan Qırğızıstan azərbaycanlıları» kitabında ilk dəfə olaraq Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin dəstəyi ilə idarə arxiv fondlarından repressiyaya məruz qalmış azərbaycanlılar haqqında yeni arxiv materialları dərc olunmuşdur.

Kitabda repressiyaların səbəbləri, repressiyaya məruz qalan bir azərbaycanlı ailəsinin acı taleyi, qırğız və Azərbaycan xalqlarının dostluq və qardaşlığı, 1920-1950-ci illərin əvvəlinə qədər Stalinizm avtoritarizmi dövründə, eləcə də ictimai-siyasi böhranlar içərisində şərəflə qorunan qarşılıqlı yardımlardan bəhs edilir.

Kitab məktəbli və tələbələr, müəllim və tədqiqatçılar, elmi mütəxəssislər və siyasi tarixlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Репрессированные народы Кыргызыстана

«Репрессированные народы Кыргызыстана» kitabı kütləvi stalinist repressiyalar dövründə sovet xalqlarının yaşadığı faciənin tədqiqinə həsr olunmuşdur; o dövrdə siyasi təqiblərə və deportasiyalara məruz qalan on minlərlə vətəndaş bu gün Qırğızıstanın çoxmillətli xalqını təşkil edir. Bu ümuminsani faciənin tam mənzərəsini əldə etmək üçün əsərdə dünyada insanların mənşəyinə, dini etiqadına və siyasi baxışlarına görə kütləvi təqibinin çoxsaylı nümunələri gətirilir.

Kitab siyasi tarixlə maraqlanan geniş oxucu dairəsi — məktəblilər, tələbələr, aspirantlar, müəllimlər, müəllim heyəti, alimlər və siyasətçilər üçün nəzərdə tutulmuşdur.