22 aprel 2022-ci il tarixində Qarabağın incisi Şuşa şəhərində Dünya Azərbaycanlıların V Qurultayı təşkil edilmişdir. Azərbaycanın müstəqillik tarixində mühüm və əhəmiyyətli tarixi hadisələrdən hesab olunan bu qurultayda 65 ölkədən 400 nəfərə yaxın soydaşımız iştirak etmişdir.
İşğaldan azad edilmiş torpaqlarımızda təşkil edilmiş ən böyük tədbirlərdən hesab edilən Qurultayda ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin söylədiyi ətraflı, çoxşaxəli nitqi günü-gündən inkişaf etməkdə olan Azərbaycan diasporunun qarşısına böyük vəzifə və məsuliyyət qoymuşdur.
Məhz Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu gün diasporun daha mütəşəkkil formada inkişafı üçün məqsədyönlü fəaliyyət aparılmaqdadır.