Strateji yol xəritəsi

Elm, təhsil və diaspora əməkdaşlığının gələcəyinə dair təkliflər

AZƏRBAYCAN ELM VƏ TƏHSİLİNİN İNKİŞAFINA DAİR YOL XƏRİTƏSİ

Forum iştirakçılarının təklifləri əsasında hazırlanmış strateji hədəflər

Bu təkliflər Azərbaycan elmi və təhsilinin inkişafı üçün reallaşdırılması nəzərdə tutulan çoxşaxəli tədbirləri əhatə edir. Burada xarici və yerli müəllimlərlə ikili və mərhələli tədris proqramlarının təşkili, sertifikatlı kurslar, beynəlxalq universitetlərlə əməkdaşlıq və ikili diplom proqramları kimi təhsil təşəbbüsləri ön plana çəkilir. Elmi sahədə “Scopus” indeksli jurnallarda nəşrlər, beynəlxalq laboratoriyalarda təcrübələr, süni intellekt və rəqəmsal texnologiyalar üzrə tədqiqat mərkəzləri, patentləşdirmə və tərcümə layihələri qeyd olunur.

Bununla yanaşı, virtual universitetlər, onlayn platformalar, “YouTube” kanalları və bilik mübadiləsi sistemləri kimi rəqəmsal alətlər, diasporun iştirakı, ERASMUS və beynəlxalq qrant mexanizmləri ilə əməkdaşlıq təklif edilir. Mədəni və humanitar sahədə Qarabağla bağlı elmi missiyalar, Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təbliği nəzərə alınır. Təkliflər həmçinin bioinformatika, tibbi texnologiyalar, yaşıl enerji, regionların inkişafı kimi sahələrdə müasir yanaşmalar və beynəlxalq inteqrasiyanı təşviq edən fəaliyyətləri əhatə edir.

Təqdim edilmiş bu yol xəritəsi ölkənin qlobal elmi məkanla inteqrasiyasını gücləndirməyə, diaspor potensialını səmərəli şəkildə səfərbər etməyə və davamlı, innovasiya əsaslı inkişaf modelinin formalaşdırılmasına xidmət edən strateji hədəflərdir.

Təhsil və akademik inkişaf

  • İkili və mərhələli tədris proqramlarının təşkili
  • Sertifikatlı intensiv kurslar, yay və qış məktəbləri
  • İkili diplom və iş-tədris modellərinin tətbiqi
  • Bölgələrdə yeni fakültə və araşdırma mərkəzlərinin yaradılması
  • Transliterasiya və tərcümə metodologiyasının tədrisi
  • Xarici universitetlərlə tələbə və müəllim mübadiləsi proqramları

Elmi tədqiqat və nəşrlər

  • “Scopus” və digər nüfuzlu platformalarda məqalələrin dərcinə dəstək
  • Beynəlxalq reytinqli elmi jurnalların təsisi
  • Toponimika, mühacirət tarixi, elat mədəniyyəti və s. sahələrdə tematik tədqiqat mərkəzləri
  • Qarabağ Universiteti ilə əlaqəli elmi mərkəzlərin qurulması
  • Elmi monoqrafiyalar, antologiyalar, ensiklopediyalar və tərcümə layihələri

Rəqəmsal platformalar və virtual infrastruktur

  • Virtual universitetlərin qurulması
  • Onlayn dərs və sertifikat sistemləri
  • Alimlər üçün məlumat bazası və bilik mübadiləsi platformaları
  • “YouTube” və sosial mediada maarifləndirici kontentin yayımı

Beynəlxalq əməkdaşlıq və diaspor inteqrasiyası

  • Xaricdə fəaliyyət göstərən alimlərin tanıdılması və əməkdaşlığa cəlb olunması
  • ERASMUS, Horizon Europe və digər qrant proqramlarında iştirak
  • Xaricdəki diaspor təşkilatları ilə strateji əlaqələrin qurulması
  • Xarici ölkələrdə Azərbaycan dili və ədəbiyyatının tədrisi
  • Alimlərin və tələbələrin qarşılıqlı səfərlərinin təşkili

Gənclər və ictimai maarifləndirmə

  • Məktəblərdə və universitetlərdə alimlərin çıxışları və motivasiya tədbirləri
  • Gənclər üçün elmi maraq doğuracaq görüşlər və təlimlər
  • Mentorluq proqramlarının təşkili (həm yerli, həm diaspor alimləri ilə)

Səhiyyə və biotexnologiyalar

  • Bioinformatika və genetik tədqiqat mərkəzlərinin təşkili
  • Tibbi məlumat bazalarının qurulması
  • Həkimlər və tədqiqatçılar üçün elmi təlimlər, fellovşip proqramları

İncəsənət, dil və mədəni irs

  • Azərbaycan musiqisi və bəstəkarlarının əsərlərinin yayımı və təbliği
  • Borçalı antologiyası və digər regionlar üzrə ədəbi layihələr
  • Türk toponimlərinin araşdırılması və nəşri
  • Azərbaycan yazıçılarının əsərlərinin xaricdə tanıdılması
  • Mühacirət irsi ilə bağlı ensiklopediya və monoqrafiyalar

İdarəçilik, siyasət və hüquqi mexanizmlər

  • Təhsil və elm sahəsində strateji planlaşdırma və siyasət sənədlərinin hazırlanması
  • PhD təhsilində və elmi rəhbərlik sistemində islahatlar
  • Diplomların tanınması və qanunvericilik dəstəyi mexanizmlərinin yaradılması

Enerji, ətraf mühit və regionların inkişafı

  • Yaşıl enerji, günəş texnologiyaları və aqroturizm sahəsində layihələr
  • Elektrik stansiyaları üçün rəqəmsal həllərin tətbiqi
  • Qarabağ və digər regionlar üçün təbii resurslara əsaslanan inkişaf modelləri