Ümumi məlumat
Ödənişsiz: Xarici iştirakçıların təyyarə biletləri və 4 gecəlik (8–11 sentyabr) hotel xərcləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaqdır.
Məskunlaşma: Qonaqların Bakıdakı Badamdar Hotel & Residences mehmanxanasında məskunlaşdırılması nəzərdə tutulur.
Diqqət: Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qonaqların qarşılanması və ölkələrinə yola salınması planlaşdırılmamışdır.
Hava limanını Bakı şəhəri ilə bağlayan müxtəlif nəqliyyat vasitələri mövcuddur. Eyni qaydada şəhərdən Heydər Əliyev Beynəlxalq Hava Limanına yetişmək mümkündür.