Forumla bağlı təəssüratlar

İştirakçıların Forum və Qarabağ səfəri ilə bağlı təəssüratları

Afina Məmmədli Barmanbay

Afina Məmmədli Barmanbay

Qars şəhəri, Qafqaz Universiteti, Fən–Ədəbiyyat fakültəsi, Çağdaş türk ləhcələri və ədəbiyyatları şöbəsinin müəllimi

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində Azərbaycanda bizə göstərilən diqqət və qayğının vətənimizə xidmət etmək motivasiyamızı artırdığı danılmaz həqiqətdir. Hətta forumun arxa planında görülən ən xırda təşkilati detallarda belə bu həssas yanaşma hiss olunurdu. Tədbir boyu bütün səfərlərimizin yol polisi və təcili yardım maşınlarının müşayiəti ilə həyata keçirilməsi xaricdə Azərbaycanı təmsil edən alimlərə göstərilən yüksək ehtiramın və diqqətin təzahürü idi.

Forumun Bakının ən mötəbər tədbir məkanlarından biri olan Gülüstan Sarayında keçirilməsi görülən işlərin ciddiliyini və gələcəyə hesablanmış məqsədlərin əhəmiyyətini bir daha vurğuladı. Rəsmi ziyafət isə tədbirin yekun mərhələsi kimi olduqca səmimi və yaddaqalan keçdi. Bakının ən nüfuzlu hotellərindən birində hər bir qonaq üçün ayrıca otaqların ayrılması alimlərə fərdi yanaşmanın zərif nümunəsi idi. Ümumilikdə tədbirin təşkili üçün böyük zəhmət və ciddi maliyyə resurslarının sərf olunduğu açıq şəkildə hiss edilirdi.

Forumun ilk günündəki protokol və rektorların çıxışları məndə tədbirin ciddiliyi və faydalılığı barədə yüksək təəssürat yaratdı. Forumda dövlət rəsmilərinin iştirakı tədbirin nüfuzunu və effektivliyini daha da artırırdı. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının verilən suallara dolğun və əsaslandırılmış cavabları xüsusilə yaddaşımda qaldı.

Forumun ikinci günündə qarışıq masalarda tanış olduğum alimlərlə apardığımız fikir mübadiləsi dünyagörüşümün genişlənməsinə səbəb oldu. Hörmətli Bəxtiyar Siracovun moderator olduğu masada Rusiya Federasiyasından yazıçı, şair və ədəbiyyatşünas Eldar Əhədov, Almaniyadan musiqiçi və bəstəkar Xədicə Zeynalova, Qazaxıstandan hüquqçu Akif Süleymanov, Gürcüstandan iqtisadçı Aygül İsayeva öz bilik və təcrübələri ilə məndə dərin təəssürat yaratdılar. Doktorant Namiq Namazovun fəallığını da xüsusi qeyd etmək istərdim.

Dünyanın müxtəlif ölkələrində və fərqli elm sahələrində çalışan alimlərlə fikir mübadiləsi aparmaq, ölkəmiz üçün nələr edə biləcəyimizi müzakirə etmək həm beynimi, həm də ruhumu canlandırdı. Elm sahələrinə uyğun təşkil olunmuş masanın moderatoru hörmətli Seymur Nəsirov idi. Burada müzakirələr daha dar çərçivədə aparılsa da, konkret nəticələrin əldə olunmasına şərait yarandı. Mövcud problemlər və çatışmazlıqlar müzakirə edildi, təkliflər irəli sürüldü.

“Biz nə edə bilərik?” sualı ətrafında aparılan müzakirələr nəticəsində konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Hesab edirəm ki, masalardakı fikir mübadiləsi son dərəcə məhsuldar keçdi. Hər iki masada aparılmış müzakirələri, təklifləri və qərarları qeyd edərək rəsmi hesabat hazırlamaq mənim üçün həm məsuliyyətli, həm də həyəcanverici təcrübə oldu.

Forum çərçivəsində mənim Vasif Sadıqlı ilə birlikdə hazırladığım və diaspora tərəfindən maliyyələşdirilən “Gürcüstandan Azərbaycana dialekt lüğəti” (“Gürcistandan Azerbaycana Ağız Sözlüğü”) adlı kitabın təqdimatı keçirildi. Bu kitabın müxtəlif ölkələrdən gələn soydaşlarımıza çatdırılmasını mədəniyyətimizin bir hissəsinin dünyaya təqdim olunması kimi dəyərləndirirəm.

Gürcüstandan foruma qatılan Aygül İsayevanın Gürcüstandakı soydaşlarımızın təhsil problemləri ilə bağlı söylədikləri də məndə dərin iz buraxdı. Özüm də Borçalıdan olduğum üçün Gürcüstandakı azərbaycanlıların problemlərini daim diqqətdə saxlamışam. Təhsil sahəsindəki mövcud vəziyyətlə bağlı səsləndirilən fikirlər məni həm düşündürdü, həm də daha fəal olmağa sövq etdi.

Forumun yüksək səviyyədə təşkili xüsusilə diqqət çəkirdi. Almaniyadan foruma qatılan gənc alim Toğrul Kərimovla Qarabağda etdiyimiz söhbəti isə heç vaxt unutmayacağam. Onun “Mən ölkəm üçün nə edə bilərəm?” düşüncəsinin formalaşdığını söyləməsi məni olduqca sevindirdi. Bu, dövlətimizin gənclərə yatırım etməsinin nə qədər vacib olduğunu bir daha göstərirdi.

Forumun son günündə Qarabağa səfərimiz isə yaddaşıma ən təsirli hissələrdən biri kimi həkk olundu. Bu səfər zamanı həm kədərli, həm də qürurverici anlar yaşadıq. Yol boyu keçmişin ağrıları, şəhidlərimizin xatirəsi və xalqımızın yaşadığı faciələr gözlərimin önündən keçirdi.

Xocalıdan keçərkən amansız qətliamın qurbanları, Çingiz Mustafayevin fəryadı və itkin düşən soydaşlarımızın taleyi yenidən xatirimdə canlandı. Ağdamda gördüyüm dağıntılar məni sarsıtsa da, yenidən qurulan yaşayış məntəqələri dövlətimizin iradəsini və gələcəyə inamını nümayiş etdirirdi.

Xankəndidəki abadlıq, Qarabağ Universitetinin fəaliyyəti və Şuşaya səfər isə məndə böyük qürur hissi yaratdı. Şuşa torpağına ilk dəfə qədəm basmağım mənim üçün unudulmaz duyğu idi. Üzeyir Hacıbəyli, Bülbül və Xan qızı Natəvanın xatirəsi qarşısında yaşadığım hissləri sözlə ifadə etmək çətindir.

Birinci forumun belə yüksək səviyyədə təşkil olunması böyük qürur mənbəyidir. DAAB İdarə Heyətinin sədri Məsud Əfəndiyevin təşkilatçılıq qabiliyyəti və yorulmaz fəaliyyəti xüsusi təqdirə layiqdir. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının və bütün təşkilatçıların əməyi forumun uğurunda mühüm rol oynadı.

Biz birlikdə daha güclüyük!

“Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Arif Quliyev

Arif Quliyev

“Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetində Elmi Şuranın üzvü, Konstitusiya, Beynəlxalq hüquq və İctimai-hüquqi fənlər kafedrasının professoru, hüquq elmləri doktoru, professor, diplomat, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil MEA-nın akademiki

Xaricdə yaşayan azərbaycanlı alimlərin Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumuna dəvət olunduğum üçün minnətdarlığımı bildirirəm.

Forumun təşkilatçıları, dövlət qurumları, universitet nümayəndələri və alim soydaşlarımız tərəfindən nümayiş etdirilən diqqət və səmimiyyət məndə çox yüksək təəssürat yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubu isə tədbirin dövlət səviyyəsində nə qədər böyük əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.

Biz 2013-cü ildən Ukraynada “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatını yaratmışıq. Hazırda Ukraynada fəaliyyət göstərən onlarla azərbaycanlı alim mövcuddur. Hesab edirəm ki, xaricdə yaşayan alimlərin potensialından daha səmərəli istifadə etmək üçün dövlət qurumları, səfirliklər və elmi təşkilatlar arasında koordinasiyanın gücləndirilməsinə ciddi ehtiyac var.

Forum çərçivəsində səsləndirilən əməkdaşlıq təşəbbüsləri, xüsusilə Azərbaycan universitetləri ilə xarici universitetlər arasında elmi əlaqələrin genişləndirilməsi istiqamətində aparılan müzakirələr olduqca faydalı idi.

Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlı alimlərin bir platforma altında birləşməsi həm Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasına, həm də yeni elmi layihələrin formalaşmasına mühüm töhfə verəcək.

Hacalı Nəcəfoğlu

Hacalı Nəcəfoğlu

Qars şəhəri, Qafqaz Universitetinin Xarici Əlaqələr Ofisinin rəhbəri, Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiri

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın gələcək inkişaf modeli ilə bağlı geniş ictimai müzakirələrin vacibliyini vurğulamışdı. Mənə elə gəlir ki, xalqımız Azərbaycanı regionun ən güclü dövlətinə çevirmək ideyası ətrafında birləşməli və bunun üçün zəruri fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir.

Böyük mütəfəkkirlərimizin elmə verdiyi dəyər bu gün də aktuallığını qoruyur. Nizami Gəncəvinin “Qüvvət elmdədir” fikri, Hüseyn Cavidin bilik və irfanı ilahi güc kimi təqdim edən misraları, eləcə də professor Xudu Məmmədovun “xalq dünya elm xəzinəsinə verdiyi qədər ondan pay ala bilər” düşüncəsi bizim üçün mühüm yol göstəriciləridir.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər elmə dəyərli töhfələr verməkdədirlər. Azərbaycanın daha da güclənməsi üçün elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi vacibdir. Dövlət başçısının elm və texnologiyanın inkişafına dair səsləndirdiyi fikirlər də göstərir ki, gələcəyin uğuru məhz güclü elmi potensialdan asılıdır.

Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu bu istiqamətdə atılmış mühüm addımdır. İnanıram ki, dünyanın müxtəlif ölkələrində çalışan alimlərimizin bilik və təcrübələrinin birləşdirilməsi Azərbaycan elminin inkişafına mühüm təsir göstərəcək.

İlkin Qulusoy

İlkin Qulusoy

Türkiyə Respublikası Qafqaz Universiteti, Çağdaş türk ləhcələri və ədəbiyyatları (Azərbaycan türkcəsi və ədəbiyyatı) bölümünün rəhbəri

2024-cü ilin sentyabr ayında Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimləri bir araya gətirərək Azərbaycan elminə töhfə vermək məqsədi daşıyırdı.

Forum çərçivəsində müxtəlif ixtisaslar üzrə alimlərin dəyirmi masalarda qruplaşdırılması olduqca faydalı müzakirələrin aparılmasına şərait yaratdı. Burada Azərbaycan elminin inkişafına xidmət edə biləcək çoxsaylı ideyalar və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Xaricdə yaşayan alimlərimizin əsas missiyalarından biri Azərbaycan elm və təhsil mühitini müasir dünya standartlarına yaxınlaşdırmaqdır. Bunun üçün isə alimlərin birgə fəaliyyəti və qarşılıqlı əməkdaşlığı olduqca vacibdir.

Forum çərçivəsində Qarabağa etdiyimiz səfər isə xüsusi emosional təsir bağışladı. Ağdam, Xankəndi və Şuşada gördüklərimiz həm böyük qürur, həm də dərin kövrəklik hissi yaratdı. Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycanın gələcəyi üçün mühüm dönüş nöqtələrindən biridir.

Türkiyədə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlayan bölümün rəhbəri kimi bu forumda iştirak etmək mənim üçün böyük qürur idi. Forum yalnız elmi müzakirələrlə deyil, həm də yaradılan dostluq və əməkdaşlıq mühiti ilə yadda qaldı.

Lev Eppelbaum

Lev Eppelbaum

Tel-Əviv Universitetinin professoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professoru

Keçirilən forum məndə olduqca xoş təəssürat yaratdı. Tədbirdə həm təcrübəli alimlər, həm də dünyanın nüfuzlu universitetlərini yeni bitirmiş gənc mütəxəssislər iştirak edirdilər. Müxtəlif sahələrdən olan alimlərlə aparılan müzakirələr yeni elmi ideyaların formalaşmasına şərait yaradırdı.

Forum zamanı geologiya, geofizika, optika və digər sahələr üzrə maraqlı fikir mübadilələri apardıq. Müasir dövrdə elmdə ən mühüm nəticələrin məhz müxtəlif ixtisasların kəsişməsində yarandığını bir daha müşahidə etdim.

Düşünürəm ki, Azərbaycan alimlərinin mütəmadi forumlarının keçirilməsi ölkə elminin inkişafına mühüm töhfə verəcək. Bu forumlar vasitəsilə həm təcrübəli alimlər, həm də perspektivli gənc tədqiqatçılar arasında əlaqələr daha da möhkəmlənəcək.

Bakıya hər səfərim mənim üçün xüsusi emosional məna daşıyır. Bu şəhər mənim üçün yalnız doğma məkan deyil, həm də isti münasibətlərin, gözəl memarlığın və zəngin mədəniyyətin simvoludur. Bakı bulvarı, şəhərin sürətlə dəyişən görünüşü və insanlarının səmimiyyəti məndə həmişə xüsusi hisslər oyadır.

Forum çərçivəsində müxtəlif elmi layihələr və gələcək nəşrlərlə bağlı mühüm görüşlər də keçirildi. Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə daha fəal iştirak etməsi üçün belə platformaların əhəmiyyətli olduğunu düşünürəm.

Nizami Məmmədov

Nizami Məmmədov

Rusiya Prezident Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya Ekoloji Akademiyasının həqiqi üzvü, UNESCO eksperti

Xaricdə yaşayan azərbaycanlı alimlərin real potensialını üzə çıxarmağa imkan verən bu forumun təşkili olduqca dəyərli təşəbbüsdür. Birinci forum uğurla təşkil olundu və öz missiyasını yerinə yetirdi.

Forum Azərbaycan elminin mövcud inkişaf səviyyəsi haqqında ümumi təsəvvür yaratdı və xaricdə yaşayan alimlərlə ölkə daxilində fəaliyyət göstərən elm adamları arasında əməkdaşlıq imkanlarını müəyyənləşdirdi.

Gələcək forumlarda Azərbaycanın dayanıqlı inkişafı, ekologiya, yaşıl enerji, Xəzər dənizinin problemləri və regionların sosial-iqtisadi inkişafı kimi məsələlərə xüsusi diqqət ayrılmalıdır.

Düşünürəm ki, xaricdə yaşayan alimlərin bilik və təcrübələrinin Azərbaycanda tətbiqi ölkəmizin elmi və texnoloji inkişafına mühüm təsir göstərə bilər.

Ramin Əliyev

Ramin Əliyev

Həsən Kalyoncu Universiteti, Təhsil fakültəsi, pedaqoji psixologiya professoru

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumuna dəvət olunmaq və bu tədbirdə iştirak etmək mənim üçün böyük şərəf idi. Forum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimləri bir araya gətirərək həm elmi, həm də mənəvi baxımdan çox dəyərli mühit formalaşdırdı.

Burada öz sahəsinin peşəkarı olan alimlərlə tanış olmaq, onların təcrübələrindən faydalanmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək mənim üçün çox faydalı oldu. İnanıram ki, forum zamanı qurulan əlaqələr gələcəkdə yeni elmi layihələrin və nəşrlərin yaranmasına təkan verəcək.

Qarabağa səfər forumun ən təsirli hissələrindən biri idi. Tarixi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyan bu səfər məndə dərin duyğular oyatdı. Qarabağın yenidən qurulması və inkişafı üçün elm adamlarının töhfə verməsinin vacibliyini bir daha hiss etdim.

Forumun ümumi atmosferi həmrəylik və əməkdaşlıq ruhu ilə seçilirdi. Azərbaycan elminin beynəlxalq nüfuzunun artırılması üçün alimlərimizin birgə fəaliyyət göstərməsinin nə qədər mühüm olduğunu bir daha dərk etdim.

Belə tədbirlər xaricdə yaşayan azərbaycanlı alimlər arasında əlaqələri daha da gücləndirir və bizi ortaq məqsədlər ətrafında birləşdirir.

Reza Moridi

Reza Moridi

Kanada Radiasiya Təhlükəsizliyi İnstitutunun Direktorlar Şurasının sədri, Toronto Universitetinin Massey Kollecində baş elmi işçi, fizik

Məni Bakıda keçirilən forumda iştirak etməyə dəvət etdiyiniz üçün DAAB rəhbərliyinə və təşkilatçılara təşəkkür edirəm. Bu forum mənim üçün həm elmi, həm də emosional baxımdan çox əlamətdar təcrübə oldu.

2017-ci ildə Bakıya son səfərimdən sonra Azərbaycanda baş verən dəyişikliklər və xüsusilə Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri məndə böyük heyranlıq yaratdı. Ağdamın, Xankəndinin və digər bölgələrin yenidən dirçəldilməsi xalqımızın iradəsini və dövlətimizin gücünü nümayiş etdirir.

Forum zamanı çoxlu yeni dostlar qazandım və xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini bir daha gördüm. Hesab edirəm ki, belə forumlar mütəmadi şəkildə təşkil olunmalı və alimlərimizin fəaliyyəti daha geniş şəkildə dəstəklənməlidir.

Qarabağa səfər isə mənim üçün xüsusi mənəvi məna daşıyırdı. Bu səfər mənim uzun illərdən sonra gerçəkləşən arzum idi.

Seymur Nəsirov

Seymur Nəsirov

Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Uzun illərdir Misirdə ərəb mənbələrində Azərbaycanla bağlı araşdırmalar aparıram. Bu tədqiqatlar nəticəsində yüzlərlə azərbaycanlı alim haqqında məlumat toplamaq və onları elmi ictimaiyyətə təqdim etmək imkanı əldə etmişəm.

Ərəb mənbələrində Azərbaycanın qədim dövrlərdən elm və mədəniyyət mərkəzi kimi təqdim olunması məndə böyük qürur hissi yaradırdı. Həmin alimlərin bugünkü davamçılarının bir araya gəlməsi isə mənim çoxdankı arzum idi.

2022-ci ilin dekabr ayında İstanbulda keçirilən görüş zamanı xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə Dünya Azərbaycanlı Alimlər Birliyinin yaradılması qərarına gəldik. Sonrakı aylarda dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə alim DAAB platformasına qoşuldu.

2024-cü ilin sentyabr ayında Bakıda və Xankəndidə keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu isə bu ideyanın gerçəyə çevrildiyini nümayiş etdirdi. Forumda alimlərimizlə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək olduqca dəyərli idi.

Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubu və Nobel mükafatçılarının göndərdiyi mesajlar tədbirin beynəlxalq səviyyədə necə böyük əhəmiyyət daşıdığını göstərirdi.

Şəhriyar Muxtarov

Şəhriyar Muxtarov

Vistula Universitetində doktorantura proqramının rəhbəri, İqtisadiyyat və Maliyyə kafedrasının professoru, Koreya Universitetinin professoru

Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu Azərbaycan elminin beynəlxalq əlaqələrinin gücləndirilməsi baxımından mühüm hadisə oldu.

Forumda dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı alimlər bir araya gələrək elm, texnologiya, innovasiya və iqtisadi inkişaf sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Mən hesab edirəm ki, belə platformalar “beyin köçü” anlayışını “beyin gücü” modelinə çevirmək üçün olduqca vacibdir. Xaricdə yaşayan alimlərin bilik və təcrübələrinin Azərbaycana yönləndirilməsi ölkəmizin elmi və texnoloji inkişafına ciddi töhfə verə bilər.

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə xaricdə yaşayan alimlərin Azərbaycanın elmi potensialının gücləndirilməsində aktiv rol oynaması olduqca vacibdir. Forum çərçivəsində aparılan müzakirələr gələcək əməkdaşlıq üçün mühüm istiqamətlər müəyyənləşdirdi.

Afina Məmmədli Barmanbay – əlavə yekun düşüncələr

Afina Məmmədli Barmanbay – əlavə yekun düşüncələr

Forumun yaratdığı ən böyük təsirlərdən biri xaricdə yaşayan alimlər arasında milli həmrəylik hissinin daha da güclənməsi oldu. Burada iştirak edən hər bir alim Azərbaycanın gələcəyi üçün məsuliyyət hissi daşıdığını açıq şəkildə nümayiş etdirirdi.

Qarabağa səfər zamanı yaşadığımız duyğular isə forumun yalnız elmi deyil, həm də mənəvi missiya daşıdığını göstərdi. Azad edilmiş torpaqlarda görülən yenidənqurma işləri xalqımızın iradəsinin və dövlətimizin gücünün canlı nümunəsi idi.

Forumla bağlı ümumi düşüncələr

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin bir araya gələrək fikir mübadiləsi aparması, yeni əməkdaşlıq imkanları qurması və Azərbaycanın gələcək elmi inkişafı ilə bağlı ortaq baxış formalaşdırması baxımından mühüm hadisə oldu.

Forum çərçivəsində keçirilən panel müzakirələri, dəyirmi masalar, təqdimatlar və Qarabağa səfər iştirakçılar arasında həm elmi, həm də mənəvi yaxınlaşmanı gücləndirdi. Tədbir göstərdi ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin böyük intellektual potensialı mövcuddur və bu potensialın koordinasiyalı şəkildə birləşdirilməsi Azərbaycan elminin beynəlxalq mövqeyini daha da gücləndirə bilər.

Forum həm də göstərdi ki, diaspor alimlərinin vətənlə əlaqələrinin sistemli şəkildə qurulması yalnız elm sahəsində deyil, təhsil, texnologiya, mədəniyyət və beynəlxalq əməkdaşlıq istiqamətlərində də mühüm nəticələr verə bilər.