Töhfələr və tərəfdaşlar
Forumun yüksək səviyyədə təşkilinə strateji dəstək göstərən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun rəhbərliyi altında komitə əməkdaşları Şahin Camalov, Leyla Həmzəyeva, Həlimə Fətullazadə, Cahid İsmayılov, Mehriban Sultanova, Tural Səfərov və Vaqif Cəfərov bu missiyaya öz peşəkar fəaliyyətləri ilə bilavasitə töhfə vermişlər.
Forum çərçivəsində foto və video sənədləşməsini həyata keçirən əməkdaşlar, müsahibələrin təşkilini öz üzərinə götürən Diaspor TV və Vəsilə Vahidqızı bu prosesin mühüm bir hissəsini icra etmişlər.
Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev və onun komandası forumun gerçəkləşdirilməsini dəstəkləyən institusional çərçivənin formalaşmasında fəal rol oynamışdır.
AzTV, İctimai TV, Xəzər TV, Real TV və digər media platformaları, o cümlədən "Xalq qəzeti" başda olmaqla mətbuat orqanları forumun ictimai-elmi arenada görünürlüyünü təmin etmək missiyasını öz üzərlərinə almışlar.
Forumun konseptual hazırlığını, proqramın tərtibini, müzakirələrin idarəsini, iştirakçıların rəylərinin sistemli toplanmasını və analitik emalını öz üzərlərinə götürən DAAB İdarə Heyətinin sədri Məsud Əfəndiyev, həmsədrlər Bəxtiyar Siracov və Seymur Nəsirov, İdarə Heyəti üzvü və mətbuat katibi Səadət Kərimi, həmçinin İdarə Heyəti üzvləri Emil Əhmədov, Sevinc Məmmədova, Teymur Rzayev, Toğrul İsmayıl, Toğrul Kərimov və Yulduz Rəhimov bu prosesin strateji arxitekturасını formalaşdırmışlar.
Forum iştirakçıları haqqında məlumat bazasının yaradılması, Prezidentə ünvanlanan müraciətlərin elektron versiyasının hazırlanması, iştirakçı təəssüratlarının sənədləşdirilməsi, eləcə də forumdan ilham alaraq "NUR", "VƏTƏN HİSSLƏRİ", "CIDIR DÜZÜ" və "XƏDİCƏ" adlı dörd ədəbi əsəri qələmə alan yazıçı-şair Eldar Əhədov forumun mənəvi-intellektual irsinin qorunmasına xidmət etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, heykəltaraş Natiq Əliyev və bir sıra digər alimlərimiz forum işinin elmi-institusional potensialının gücləndirilməsinə öz peşəkar iştirakları ilə töhfə vermişlər.
Plenar iclasların, eləcə də qeyri-rəsmi diskussiyaların zənginləşdirilməsinə intellektual töhfə verən Azərbaycan universitetlərinin rektorları akademik mübadilə mühitinin formalaşmasında mühüm bir funksiya yerinə yetirmişlər
Asəf Salamov, Bəxtiyar Siracov, Dinara Abbasova, Eldar Əhədov, Mehdi Gəncəli, Nigar Məsumova, Nizami Məmmədov, Reza Moridi, Səadət Kərimi, Seymur Nəsirov, Toğrul İsmayıl, Toğrul Kərimov, Xədicə Zeynalova və Yulduz Rəhimovun elmi məruzələri forumun proqram məzmununun formalaşdırılmasında əhəmiyyətli töhfə vermişdir.
Xankəndi və Şuşa şəhərlərindəki proqram çərçivəsində iştirakçılara yüksək səviyyəli qonaqpərvərlik göstərən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və universitetin əməkdaşları bu missiyada mühüm strateji rol oynamışlar.
Dünyanın müxtəlif ölkələrindən gələrək elm, sənət və mədəniyyətin bir sıra sahələrini təmsil edən Azərbaycan əsilli alimlərimiz forumun işinə fəal intellektual iştirakları ilə bu tədbirin əsl mənasını müəyyənləşdirən əsas ziyalılarımız olmuşlar.